SİYASƏT
Əhliman Əmiraslanov: Əminəm ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi olacaq VİDEO
Ankara, 17 dekabr, AZƏRTAC
Ankarada təqdimatı keçirilən “Bərabər yürüdük biz bu yollarda” kitabı bütövlükdə Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edir. İki qardaş ölkənin rəhbərlərinin - Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarının mətnləri kitabda əksini tapıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ifadə edib.
Kitabda Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!” və ümummilli lider Heydər Əliyevin “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir!” şüarlarının yer aldığını xatırladan akademik Əhliman Əmiraslanov 44 günlük Vətən müharibəsində Türkiyənin sərgilədiyi qətiyyətli qardaşlıq mövqeyini bir daha yüksək dəyərləndirib. Əminliklə bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədi olacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara