Azərbaycan Dövlət İnformasiya Agentliyi

1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil olub

Naxçıvan, 12 iyul, AZƏRTAC

İyulun 12-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə Naxçıvanda “14 iyul 1969-cu il: Azərbaycanda milli intibahın başlanğıcı” adlı konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.

Sonra Heydər Əliyev Sarayının foyesində təşkil edilən sərgiyə baxış olub. Sərgidə Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində mühafizə olunan və 1969-cu ildə hakimiyyətə gəldikdən sonra Ulu Öndərin Naxçıvan səfərlərinin yaddaqalan məqamlarını, muxtar respublika sakinləri ilə səmimi görüşlərini və mətbuatda çıxışlarını əks etdirən fotolar nümayiş etdirilib.

Daha sonra konfrans işə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 2024-cü il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 55-ci ildönümü münasibətilə hər kəsi təbrik edib.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Fuad Nəcəfli bildirib ki, ötən əsrin 60-cı illərində Azərbaycanda durğunluq hökm sürürdü, respublika iqtisadi göstəricilərinə görə, ittifaq miqyasında sonuncu yerlərdən birində idi. Bu acınacaqlı vəziyyətə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra son qoyulub. Beləliklə, 1969-1982-ci illər Azərbaycan tarixinə intibah dövrü kimi daxil olub. Həmin illərdə 250-dən çox zavod, fabrik, istehsal sexləri, obyektlər istifadəyə verilib, 630 min yeni iş yeri açılıb. Sənaye istehsalı 2,7, tələbat mallarının istehsalı 3, kənd təsərrüfatı istehsalı 2,7, neft hasilatı 2,8, maşınqayırma və metal emalı 3,3 dəfə artıb. Əgər 1969-cu ilədək olan 50 il ərzində Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə onların sayı 1048 olub. 1969-1982-ci illərdə 770-ə qədər məktəb binası istifadəyə verilib, respublikada ali məktəblərin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılıb.

Diqqətə çatdırılıb ki, ötən əsrin 70-ci illərində Ulu Öndər xalqın yaradıcılıq enerjisini vahid məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində gələcəyə hesablanmış qətiyyətli addımlar atıb, mühüm qərarlar qəbul edib, milli hərbi kadrların yetişdirilməsi məqsədilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəb yaradılıb. Məhz görülən bu işlərin sayəsində Azərbaycanda milli ruh canlanıb, özünüdərk və soy-kökə qayıdışı təmin edilib, azadlıq və müstəqillik duyğuları milli düşüncədə üstünlük təşkil etməyə başlayıb, bir sözlə, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşları qoyulub.

Səlahiyyətli nümayəndə 1982-ci ildə Ümummilli Liderin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsini və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmasını Azərbaycan tarixində mühüm tarixi hadisə kimi dəyərləndirib. Vurğulayıb ki, imperiya idarəçiliyində ən yüksək pilləyə yüksələn yeganə azərbaycanlı kimi Ulu Öndər o illərdə də Azərbaycana diqqət və qayğısını əsirgəməyib, respublikamızın ictimai-mədəni həyatı ilə daim maraqlanaraq Azərbaycanın gələcək müstəqilliyi üçün ciddi əsaslar yaradıb.

Fuad Nəcəfli Ümummilli Liderin dövlətçilik fəaliyyətindən danışarkən böyük ömrün 1990-1993-cü illəri əhatə edən Naxçıvan mərhələsindən xüsusi bəhs edib. Bildirib ki, həmin illərdə dahi şəxsiyyət, bütövlükdə, müstəqil dövlətçiliyimizin əsaslarını işləyib hazırlayıb. Ulu Öndərin hakimiyyətə qayıtdığı 1993-cü ilin 15 iyun günü Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi yazılıb. Bu dövrdən etibarən Ulu Öndər müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə yeni inkişaf strategiyasının təməlini qoyub. İqtisadiyyatın bütün sahələrində aparılan düzgün və səmərəli siyasət nəticəsində ölkədə ümumi daxili məhsul 1996-2002-ci illərdə 71 faiz artıb, “Əsrin müqaviləsi”nin praktiki cəhətdən reallaşması və bir çox sahələrə sərmayələrin yönəldilməsi sənayedə dirçəlişin təməlini qoyub. 1993-cü ildən başlayaraq kənd təsərrüfatı sahəsi yenidən dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib. 1993-2002-ci illərdə istehsal və qeyri-istehsal sahələrinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən 70-dən çox yeni obyekt inşa olunub, bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatının və sosial sahələrin inkişafına 8,2 milyard manat investisiya yönəldilib. 2002-ci ildə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1993-cü ilə nisbətən 36,3 dəfə, dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85,1 dəfə artıb, 74 mindən çox yeni mənzil, 82 yeni ümumtəhsil məktəbi istifadəyə verilib.

“Bu gün Azərbaycan dünyada sürətlə və dinamik inkişaf edən dövlətdir”, – deyən Fuad Nəcəfli vurğulayıb ki, ölkənin iqtisadi qüdrətinin artması onun müstəqil siyasət yeritməsinə, əhalinin rifah halının ildən-ilə yüksəlməsinə imkan yaradır. İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Qələbə güclü dövlət-güclü ordu konsepsiyasının və Xalq-Lider birliyinin təntənəsidir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı böyük Qələbəyə və uğurlara çatdırmaqla ata vəsiyyətini layiqincə yerinə yetirib. Bu gün dünya gücləri Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşırlar. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına uyğun olaraq nəhəng transmilli nəqliyyat və enerji layihələri həyata keçirən Azərbaycanın bu təşəbbüsləri dünyanın aparıcı dövlətləri tərəfindən dəstəklənir, ölkəmizə iqtisadi-siyasi dividentlər qazandırır. Azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri heç kəsdən yardım alınmadan Azərbaycanın öz imkanları hesabına sürətlə davam etdirilir, “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurlu addımlar atılır.

Səlahiyyətli nümayəndə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işləri də xüsusi qeyd edib. Vurğulayıb ki, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi, həmçinin Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədilə mühüm addımlar atan Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilib. Mehriban xanım Əliyevanın sivilizasiyalararası dialoqa verdiyi töhfələr, Azərbaycanın siyasi, ictimai, sosial və mədəni həyatında fəal iştirakı, Azərbaycan mədəniyyətinin dünyada təbliği sahəsində əvəzsiz xidmətləri, həmçinin ümumdünya mədəni irsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyi, sosial ədalət və humanizm prinsiplərinə sadiqliyi ona böyük xalq sevgisi qazandırıb.

Fuad Nəcəfli çıxışının sonunda Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib və fəxrlə vurğulayıb ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq dövrü respublikamızın inkişaf və tərəqqi illəri kimi səciyyələndirib. Qeyd edib ki, Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəlməsi ərəfəsində respublikamız çox ciddi problemlərlə üz-üzə idi. Amma dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda bütün sahələr inkişaf etməyə başladı. Bir sıra mühüm qərarlar qəbul edildi və nəticədə Azərbaycan keçmiş İttifaq respublikaları arasında ön sıralara çıxdı.

YAP Veteranlar Şurasının sədri qeyd edib ki, Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ilə, ilk növbədə, Azərbaycan parçalanmaqdan, bir dövlət kimi məhv olmaqdan xilas edildi. Azərbaycanın başının üstünü almış təhlükələr Heydər Əliyev dühası, Ümummilli Liderin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində aradan qaldırıldı, ölkəmiz inkişaf yoluna qədəm qoydu.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında diqqətə çatdırıb ki, Ulu Öndərin respublikamızın problemlərini dərindən bilməsi, onların həlli yollarını müəyyənləşdirməsi, ən başlıcası isə bütün xalqı vahid məqsəd ətrafında birləşdirməsi gələcək uğurlar və inkişaf üçün əsas oldu. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində Azərbaycanı geridə qalmış aqrar ölkədən inkişaf etmiş aqrar-sənaye ölkəsinə çevirdi.

İsmayıl Hacıyev vurğulayıb ki, milli ideologiyanın, dəyərlər sisteminin yaradıcısı olan Heydər Əliyev bu sistemin qorunub saxlanılmasına, onun gələcək nəsillərə çatdırılmasına da öz töhfəsini verib. Ulu Öndər bütün dünya azərbaycanlılarını vahid ideya ətrafında sıx birləşdirməyi bacarıb. Çünki onun siyasətinin kökündə milli təfəkkür, milli şüur, milli düşüncə, Azərbaycançılıq məfkurəsi dayanırdı.

Konfrans Naxçıvan Televiziyasının təqdim etdiyi “14 iyul Zirvəsi” adlı sənədli filmin nümayişi ilə başa çatıb. Filmdə Ulu Öndər Heydər Əliyevin 1969-1982-ci illərdə milli dövlətçiliyimizin yaradılması və gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs edən arxiv materialları, çıxışları təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir