Azərbaycanın Vətən müharibəsi qaziləri Türkiyədə böyük ehtiram və izzətlə qarşılanır VİDEO
Ankara, 8 yanvar, AZƏRTAC
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı, Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanıb. Bu Qələbə ilə qürur duyuruq və olduqca məğruruq. Türkiyədə hər yerdə bizi təbrik edir, böyük Zəfərdən danışırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli ifadə edib.
Vətən müharibəsi qazilərimizin qardaş Türkiyədə böyük ehtiram və izzətlə qarsalandığını diqqətə çatdıran E.Həsənli bildirib ki, Azərbaycan və Türkiyə qaziləri Mersin və Adanada dövlət bayraqlarımıza sarılaraq birlik mesajı veriblər.
Qeyd edək ki, Vətən müharibəsi qazilərindən ibarət qrupun qardaş ölkəyə səfəri Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti, Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara