19 YAŞLILARDAN İBARƏT YIĞMA FUTBOL KOMANDAMIZIN HEYƏTİ MƏLUM OLDU
AZƏRTAC xəbər verir ki, ölkəmizin 19 yaşlılardan ibarət yığma futbol komandası aprelin 6-12-də Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək turnirdə iştirak edəcəkdir. Baş məşqçi Arif Əsədov aprelin 2-dən Zuğulbada təlim-məşq toplanışına yığışacaq komandanın heyətinə “Şahdağ”dan beş, “Neftçi-2” və “Olimpik”dən dörd, “Turan”dan iki, “Bakı” və “Qarabağ” klublarının hərəsindən bir futbolçu cəlb etmişdir. Bundan əlavə, yığmanın heyətində Rusiyadan da iki futbolçu yer almışdır.
Turnirdə iştirakdan əsas məqsəd qitə birinciliyinin qrup oyunlarına hazırlaşmaqdır. Xatırladaq ki, sentyabrın sonlarında Kiprdə keçiriləcək Avropa birinciliyinin qrup oyunlarında futbolçularımızın rəqibləri meydan sahibləri ilə yanaşı, Ermənistan və Macarıstan milli kollektivləri olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]