2004-CÜ İL OLİMPİADASINA HAZIRLIQ NECƏ GEDİR?
Əvvəlcə, 2004-cü ildə Yunanıstanın paytaxtı Afinada keçiriləcək Olimpiya oyunlarının yarışlarına indiyədək nə qədər bilet satıldığı barədə. Olimpiadanın Təşkilat Komitəsinin sədri xanım İoanna Angelopulos məlumat verərək bildirmişdir ki, oyunların yarışlarına indiyədək 47 milyon avro məbləğində 591 min bilet satılmışdır. Onun sözlərinə görə, bu nəticə bilet satışının birinci mərhələsinin 30 günü ərzində əldə edilmiş və biletlərin 82 faizi Yunanıstanda satılmışdır. Təşkilat Komitəsi bildirir ki, Afina Olimpiadasının gedişini dünyada 4 milyard televiziya tamaşaçısı izləyəcəkdir. İndi də idman gurğularının vəziyyəti barədə. Onların əksəriyyətinin tikintisi hələ davam edir. Təşkilat Komissiyasının sədri Dennis Osvald demişdir: “Hazırda bütün Afina inşaat meydançasına çevrilmişdir, haradan baxırsansa, tikinti kranları görünür”. Buna baxmayaraq, bütün idman qurğularının Olimpiadaya qədər tam hazır olacağı, hər halda, şübhə doğurur. Məsələn, İTAR-TASS-ın verdiyi xəbərə görə, 35 min tamaşaçı tutan futbol stadionunun tikintisinə yalnız bu günlərdə başlanmışdır. Bundan əlavə, təşkilatçılar oyunlardan əvvəl bir neçə idman qurğusunda baş məşq keçirməyə macal tapmaya bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]
“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində
- 07.08.2026 [12:25]
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb
- 07.08.2026 [12:08]