Azərbaycan Dövlət İnformasiya Agentliyi

“2005-Cİ İL PARLAMENT SEÇKİLƏRİ: İLKİN TƏHLİL (YEKUNLAR VƏ NƏTİCƏLƏR)”

“Bizim gözəl iqtisadi perspektivlərimiz bilavasitə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlıdır. Azərbaycanda vətəndaş cəmiyyətinin yaranması, azad cəmiyyətin yaranması bizim başlıca vəzifəmizdir”.

Dövlətimizin başçısı İlham Əliyevin bu sözləri 2005-ci il noyabrın 7-də Azərbaycan televiziyasına müsahibəsindən götürülmüşdür. Azərbaycan Prezidentinin İcra Aparatının rəhbəri, fəlsəfə elmləri doktoru, professor Ramiz Mehdiyevin ölkəmizdə sonuncu parlament seçkilərinin müxtəlif mərhələlərinin, habelə seçkilərin yekunlarının ilkin təhlilinə həsr olunmuş və “Şərq-Qərb” mətbəəsində rus dilində yenicə çapdan çıxmış kitabı həmin müsahibədən geniş sitatla başlayır.

Professor Ramiz Mehdiyevin son dövrdə oxuculara təqdim etdiyi və geniş təhlilə əsaslanan bu əsər “Seçki prosesinin mərhələləri”, “Beynəlxalq müşahidəçilər” “Qələbə kampaniyası” bölmələrindən və geniş “Nəticə”dən ibarətdir. Müəllif oxuculara müraciətlə yazır ki, üçüncü çağırış Milli Məclisə seçkilər artıq tarixə qovuşsa da, hələ də diqqətdən kənarda qalmamışdır. Çünki ona təkcə Azərbaycanda deyil, xaricdə də böyük maraq göstərilirdi. Müasir dünyanın ən böyük dövlətlərinin maraq dairəsinə daxil olan və strateji əhəmiyyət kəsb edən regionda yerləşən, zəngin təbii sərvətlərə malik Azərbaycan bölgədə lider dövlətə çevrilmişdir. Beynəlxalq ictimaiyyət Azərbaycanda şəffaf, demokratik seçkilərin keçirilməsini gözləyirdi. Müəyyən nöqsanlara, qanun pozuntularına baxmayaraq, bütünlükdə seçkilər bu ümidləri doğrultdu. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalq seçkilərdə öz sözünü dedi, Azərbaycan özünün demokratik inkişafında yeni mərhələyə qədəm qoydu.

Müəllif haqlı olaraq qeyd edir ki, bütün bunlar, ilk növbədə, Azərbaycan iqtidarının iradəsi, seçkiqabağı gördüyü ardıcıl və qətiyyətli tədbirlər sayəsində mümkün olmuşdur. Bunu ölkəmizdə parlament seçkilərini izləmiş çoxsaylı beynəlxalq və yerli müşahidəçilər, tanınmış xarici politoloqlar da təsdiq etmişlər.

Azərbaycanda 2005-ci il parlament seçkiləri radikal, dağıdıcı müxalifətin növbəti məğlubiyyəti ilə nəticələnmişdir və onlar bunun səbəblərini araşdırmaq əvəzinə, yenə də seçkilərin nəticələrinin saxtalaşdırıldığı haqqında əsassız iddialarından əl çəkmir və hətta ASPA-da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq olunmaması barədə rüsvayçı təkliflə çıxış edirlər. Radikal müxalifət dərk etmək istəmir ki, onun növbəti məğlubiyyətini və hakim partiyanın da növbəti qələbəsini şərtləndirən obyektiv və subyektiv səbəblər var. Əgər xarici politoloqların təbirincə ümumi şəkildə desək, Azərbaycanın siyasi səhnəsində irəliyə baxan Prezident və geriyə baxan müxalifət vardır.

Professor Ramiz Mehdiyev kitabın ilk bölməsində seçki qanunvericiliyinin təkmilləşdirilməsindən, seçki kampaniyasının başlanması və gedişindən, səsvermə prosesindən və nəhayət, seçki kampaniyası zamanı yol verilmiş qanun pozuntularının aradan qaldırılması üçün görülmüş tədbirlərdən ətraflı bəhs edir. Burada Prezidentin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamlarının əhəmiyyəti xüsusi vurğulanır. Bildirilir ki, bu sənədlər xarici dövlətlərin və beynəlxalq təşkilatların təmsilçiləri tərəfindən də müsbət qarşılanmışdır. Təsadüfi deyil ki, ABŞ Prezidenti Corc Buş Prezident İlham Əliyevə məktubunda dövlətimizin başçısının seçkilərin demokratik standartlara uyğun keçirilməsi üçün nümayiş etdirdiyi siyasi əzmkarlığı alqışladığını, onunla əməkdaşlığı seçkilərdən sonra da davam etdirəcəyini vurğulamışdı.

Əsərin sonrakı bölməsində beynəlxalq müşahidəçilərin - ATƏT, MDB, ABŞ, Avropa strukturları və dövlətləri, Rusiya, Türkiyə və İran təmsilçilərinin seçkilərlə bağlı rəyləri geniş əksini tapmışdır. Həmin rəyləri ümumiləşdirilmiş şəkildə belə ifadə etmək olar ki, Azərbaycanda sonuncu parlament seçkilərində mühüm irəliləyişlər olmuş, seçkilər əsasən azad, demokratik və ədalətli keçmişdir. Professor Ramiz Mehdiyev beynəlxalq müşahidəçilərin rəylərindən danışarkən belə bir cəhətə diqqəti cəlb edir ki, onlar öz ölkələrində ictimai rəyə ciddi təsir göstərən şəxslərdir. Bu baxımdan da onların qənaətlərinin Azərbaycandakı seçkilər barədə həmin ölkələrdə və bütövlükdə dünyada müsbət ictimai rəyin formalaşmasına əhəmiyyətli töhfəsi olacaqdır. Eyni zamanda, müəllif yazır ki, beynəlxalq müşahidəçilərin Azərbaycanda seçkilərlə əlaqədar bu rəyləri iki müsbət meylin əsasını qoyur. Birincisi, bu seçki ilə gələcək seçkilərdə də müxtəlif ölkələrin nümayəndələrinin müşahidələrinin və qənaətlərinin üst-üstə düşməsi ənənəsi yaranmış oldu. İkincisi, bu ənənə təkcə Azərbaycanın çərçivələri ilə məhdudlaşmayaraq, daha geniş məkanı, yəni postsovet ölkələrini də əhatə edə bilər.

Sonuncu, üçüncü bölmədə iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşmasından, xarici siyasət və Dağlıq Qarabağ probleminin həllinə yönəldilmiş fəaliyyətdən, korrupsiyaya qarşı mübarizədən, “Azadlıq” blokunun parlament seçkiləri ilə bağlı planlarının bəzi cizgilərindən, müxalifətin məğlubiyyətinin səbəblərindən, onun böhrana köklənmiş təşviqat kampaniyasından, “narıncı inqilab” eyforiyasından, radikal müxalifətin xaricdən birbaşa dəstəklənməməsini şərtləndirən amillərdən, hakimiyyət iddiasında olan dağıdıcı müxalifət düşərgəsində birliyin baş tutmamasının səbəblərindən söhbət açılır. Müəllif bütün bunları ətraflı təhlil edərək, birmənalı şəkildə vurğulayır ki, dünya birliyi demokratik inkişafın təkamül yolunu Azərbaycan üçün ən optimal yol hesab edir. Ona görə də radikal müxalifətin hər hansı digər cəhdləri iflasa məhkumdur. Radikalların düşərgəsində dərin böhran hökm sürür və 1993-cü ildən bəri heç bir konkret siyasi proqramla çıxış edə bilməyən radikal müxalifətçilik siyasi səhnədən getməlidir. 2003-cü ilin prezident seçkilərindən sonra həyatının yeni dövrünə qədəm qoymuş Azərbaycan cəmiyyətində yeni, sivil müxalifətə sosial tələbat var.

Konkret faktlara söykənən ciddi təhlilin aparıldığı bu kitab, şübhəsiz, ən müxtəlif peşə sahibləri, ilk növbədə, filosoflar, tarixçilər, politoloq və sosioloqlar, habelə ali məktəblərin müvafiq fakültələrinin müəllim və tələbələri üçün böyük maraq doğuracaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?

Türk siyasi ekspert: Orta Dəhliz Avrasiyanın yeni geosiyasi reallıqlarında mühüm rol oynayır

“Slaviya”da oynamış azərbaycanlı futbolçu: "Sabah" rəqibin boşluqlarından istifadə edə bilər

Soltan Soltanlı Serbiyada keçirilən beynəlxalq yarışmada üçüncü yeri tutub

Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub

Beyləqan pambıqçıları qısa vaxtda 3600 tondan çox məhsul toplayıblar

YAP Türkiyənin siyasi dairələrini Azərbaycanın suverenliyinə və daxili işlərinə hörmət etməyə çağırıb

Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb

Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində xidmətlərin həcmi 10 faiz artıb

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Nazir: Respublika Olimpiya İdman Liseyinin zallarında dünya çempionları yetişib VİDEO

Vəhşi təbiət bütün gözəlliyi ilə FOTOLAR

Belçikada polis əməkdaşı əməliyyat zamanı öldürülüb

Ukrayna ordusu Kursk vilayətində “İskander-M” kompleksinin təmir bazasını vurub

Bolqarıstan sahillərində iki gəmiyə hücum edilib, 8 Azərbaycan vətəndaşı xəsarət alıb

Tələbələr üçün faydalı mənbə: “Heyvan biotexnologiyası” dərs vəsaiti çapdan çıxıb

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Dövlət qulluğu üzrə imtahan verəcək namizədlərin nəzərinə: buraxılış vərəqələri aktiv edildi

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNİB VİDEO

Laos Prezidenti Zəfər parkını ziyarət edib

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb

Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib VİDEO

Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır

Leyla Məmmədova: Təhsil millətin gələcəyidir, bu yol isə məktəbdən başlayır

“Ryanair” Budapeştdən Böyük Britaniyaya yeni aviareys açır

Səbail rayonunda su təchizatı bərpa olunub

UEFA-dan Əliyar Ağayeva növbəti təyinat

92 nömrəli marşrutun bütün avtobusları yenilənir

Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur

Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb

Borclunun qiymətli kağızlarına tələbin yönəldilməsi mexanizmi müəyyənləşdirilir

Bu ilin III rübündə bp şirkəti 3 milyard funt sterlinq itki proqnozlaşdırır

Beynəlxalq platformalarda sədrlik Azərbaycanın xarici siyasətində yeni imkanlar yaradır ŞƏRH

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi baş məşqçi ilə müqavilənin müddətini uzadıb

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub VİDEO

Respublika Olimpiya İdman Liseyinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub VİDEO

Hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

“Texniki tənzimləmə haqqında” Qanuna yeni maddə əlavə edilir

İstanbulda ədəbi-bədii proqram: “Zəfər yolundan Türk dünyasına”

Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

Gürcüstan Rusiya ilə sərhəddə müasir keçid məntəqəsi inşa edib

“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib

Kiprin iki icmasının liderləri BMT Baş katibinin təşəbbüslərini müzakirə edəcəklər

“Bug bounty” proqramına start verilir

Balıqçılıq sahəsində nəzarət və aqrar müəssisələr üçün ƏMTQ meyarları dəyişdirilir

Dünyada bütöv bir saat naminə “uzun saniyə” meyarından imtina edilə bilər

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Avtomobil və motosiklet toqquşub, 2 gənc ölüb

Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının 35-ci ildönümü qeyd olunub

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Azərbaycanla Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Parlament Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib

Milli Məclis Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında sazişi təsdiqləyib