Azərbaycan Dövlət İnformasiya Agentliyi

2015-ci il dövlət büdcəsi təsdiqlənib

Bakı, 28 noyabr, Aidə Quluzadə, AZƏRTAC

Milli Məclisin noyabrın 28-də keçirilən növbəti iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, iclasda büdcə zərfinə daxil olan digər qanun layihələri də qəbul edilib.

2015-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat proqnozlaşdırılmaqla təsdiqlənib.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov büdcə paketi səsverməyə çıxarılmamışdan əvvəl deputatların üç günlük müzakirələrdə səsləndirdiyi təkliflərə hökumətdə baxıldığını və büdcədə bəzi dəyişikliklər edildiyini söyləyib.

Nazir qeyd edib ki, hökumət elm xərclərinin artırılması ilə bağlı təklifləri nəzərə alaraq bu xərclərin 8 milyon manat məbləğində artırılmasını məqbul hesab edir. Beləliklə, artım baş verdikdə elm xərcləri 150,5 milyon manat təşkil edəcək. Bu, 2014-cü illə müqayisədə 3,6 milyon manat və ya 2,5 faiz çoxdur.

Samir Şərifov siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı vəsaitin artırılması təkliflərinin də nəzərə alındığını bildirib. Qeyd edilib ki, “Siyasi partiyalar haqqında” Qanunun 17-ci maddəsinə müvafiq olaraq 2014-cü ilin dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Qənaət olunan bu vəsaitin istifadəsi üçün Qanunda düzəliş edilməlidir. Beləliklə, vəsaitin tam məbləğdə partiyalar arasında bölüşdürülməsinə şərait yaranacaq. Yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə daxil olacaq.

Diqqətə çatdırılıb ki, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait 2014-cü illə müqayisədə 50 faiz artıb. Deputatların fikirlərini əsas götürərək 2015-ci ildə hökumət QHT-lərin xərclərinin əlavə 600 min manat artırılması təklifini də qəbul edib. Bu da QHT-lərin fəaliyyətinə qayğının təzahürüdür.

Nazir bildirib ki, deputatların bələdiyyələrə nəzərdə tutulan dotasiyaların artırılması haqqında təklifləri ilə bağlı bir sıra təhlillər aparılıb. Nəticələrə əsasən qeyd etmək lazımdır ki, bir neçə il ərzində bələdiyyələrin gəlirlərinin icrası qənaətbəxş deyil. 2002-2013-cü illər ərzində maksimal icra 89 faiz təşkil edib. Amma ortalama hesabla bu, təxminən 50-60 faiz səviyyəsindədir. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsidir. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən birbaşa maliyyə yardımı ayrılması məqsədəuyğun deyil. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlir əldə etsinlər. Bu məqsədlə Milli Məclis tərəfindən artıq Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilib. Bu, bələdiyyələrin maliyyə təminatını xeyli yaxşılaşdıracaq.

Nazir bildirib ki, Milli Məclisin büdcəsi ilə bağlı irəli sürülən təkliflərə əsasən hökumət əlavə 450 min manat vəsaitin artırılmasını məqsədəuyğun hesab edir. Bununla 2015-ci ildə Milli Məclisin büdcəsi 23 milyon 807 min manata çatdırılacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev müzakirələr zamanı deputatların irəli sürdüyü bəzi təkliflərin “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” çərçivəsində həyata keçirilməsi üçün tədbirlər görüləcəyini deyib.

Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsini gəlirləri və xərcləri 3 milyard 56 milyon 285 min manat proqnozlaşdırılmaqla təsdiq edib. Bu, cari ilin büdcə proqnozundan 4,4 faiz çoxdur.

İclasda “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə də baxılıb. Eyni zamanda, “İcbari sığortalar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Məşğulluq haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Bundan başqa, Azərbaycan Respublikasının Vergi, Əmək Məcəllələrində dəyişiklik edilməsi haqqında, M.N.Əlişanovanın Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilməsi haqqında, Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında məsələlərə də baxılıb.

Müzakirə edilən qanun layihələri qəbul olunub.

Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin prezidenti Martin Şultsun qurumun noyabrın 26-da Strasburqda keçirilmiş iclasında ölkəmizlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Oqtay Əsədov deyib ki, belə əsassız bəyanatlar səsləndirənlər Azərbaycandakı hadisələrə dərhal mənfi münasibət bildirmək əvəzinə, ilk növbədə, öz ölkələrində cərəyan edən proseslərə baxmalıdırlar. Avropa İttifaqı ölkələrindəki antisemitim, diskriminasiya hallarını, miqrantlara qarşı mənfi münasibəti, eyni zamanda, başqa dövlətlərdə polislərin qəddarlığını görməlidirlər. Onlar açıq yalan danışmaqla məşğuldurlar. Biz hər dəfə çalışırıq ki, Avropa Parlamenti ilə əlaqələri yüksək səviyyədə quraq. Deputatlarımız bu qurumun iclaslarında tam sayda iştirak edirlər. Lakin bundan sonra necə münasibətlə üzləşiriksə, qarşılığında da o cür münasibət göstərəcəyik.

Azərbaycan kimi müstəqil siyasi iradəyə, mövqeyə malik ölkələrin olmasının bəzi insanlar üçün məhdudiyyətlər yaratdığını deyən Milli Məclis sədrinin müavini Bahar Muradova ölkəmizdə heç kimə təzyiq edilmədiyini bildirib. Bahar Muradova qeyd edib ki, Azərbaycanda hər kəs qanun qarşısında bərabər cavabdehlik daşıyır. Hər kəs də törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Ən böyük cinayəti törətmək dövlətə xəyanət, onun maraqlarını satmaqdır. Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, o, bağışlanmayacaq.

Milli Məclis sədrinin müavini bildirib ki, Avropa qurumları ilə əlaqələrimizə də dövlətin, xalqın maraqları baxımından yanaşmalıyıq. Müstəqil siyasi iradə sahibi olan bir ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar, insan hüquqlarını qoruyan təşkilatlar və ayrı-ayrı şəxslər qanunun aliliyi, ədalət prinsipini rəhbər tutaraq öz mövqelərini bildirməlidirlər. Hesabatlar tərtib edərkən və münasibət bildirərkən dövlətin və xalqın maraqları mütləq nəzərə alınmalıdır. Azərbaycan qanunları hər zaman üstün tutulub və Azərbaycanın qazandığı uğurlar da məhz qanunların hər kəsə eyni şəkildə, bərabər məsuliyyət şəklində tətbiqindən keçir. Kimlərinsə mənafeləri bizi tutduğumuz mövqedən yayındırmamalıdır.

Çıxış edən deputatlar son vaxtlar Azərbaycana qarşı müşahidə edilən bu cür təzyiqlərə etiraz ediblər. Bildiriblər ki, bəzi Avropa təşkilatları Azərbaycanın bugünkü inkişafından narahatdır. Bu, Azərbaycanın inkişafını gözügötürməzlikdən başqa bir şey deyil. Belə açıqlamaların verilməsində məqsəd Azərbaycandakı sabitliyə, siyasi və iqtisadi uğurlara kölgə salmaqdır. Deputatlar Avropa qurumlarını Azərbaycana qarşı bu qərəzli mövqedən əl çəkməyə çağırıblar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb