20 Yanvar dünya tarixində ən dəhşətli faciələrdən biridir
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar Azərbaycanın müstəqillik yolundakı ən böyük, dünya tarixində ən dəhşətli faciələrdən biridir.
Bu sözləri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarətə gələn “ASAN xidmət”in əməkdaşı Alim İsmayılov AZƏRTAC-a müsahibəsində bildirib.
“Biz xalqımızın tarixinə qanlı gün kimi yazılan 20 Yanvarı körpələr arasında da təblığ etməli, nəsildən-nəslə ötürülməsi üçün əlimizdən gələni etməliyik. Bu məqsədlə mən hər il olduğu kimi bu gün də övladlarımı dövlətimizin azadlığı uğrunda canlarından keçmiş qəhrəmanlarımızın məzarını ziyarət etməyə və bir daha onları yad etməyə gətirmişəm”, - deyə Alim İsmayılov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]