Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdi

20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdi

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 34 il ötür. Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaq əsl hünər, şərəf və ləyaqət nümunəsidir. Otuz dörd il əvvəl ölkəmizə ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar əməllərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçə və meydanlarına axışaraq buna qəti etirazını bildirən xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməyən faciəyə gətirib çıxardı. Kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha göstərdi. Sovet imperiyasının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə yazıldı. 20 Yanvar faciəsi Azərbaycan xalqının mübarizliyini, əyilməzliyini və məğrurluğunu bütün dünyaya nümayiş etdirdi.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir. Ancaq təkcə faciə deyil, eyni zamanda, bu tarix Azərbaycan dövlətinin istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, xalqın azadlıq istəyinin oyanış günü idi. 20 Yanvar uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Baş redaktor bu mühüm məqamı xüsusi vurğulayıb ki, 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qətliamını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Həmçinin qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 1990-cı il 21 noyabr tarixli qərar qəbul etdi. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü il martın 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar şəhidi” fəxri adı təsis edildi. Qanlı Yanvar faciəsinin tədqiqi ilə bağlı aparılan bütün işlər daim Ulu Öndər Heydər Əliyevin diqqətində oldu.

Baş redaktor bildirib ki, 20 Yanvar Azərbaycan xalqının 1991-ci ildə dövlət müstəqilliyinin bərpası yolunda qanla yazılmış tarixdir. Təəssüf ki, müstəqilliyimizin bərpasının ilk illəri də xalqımız üçün faciələrlə, böyük təhlükələrlə zəngin dövr oldu. Həmin illərdə ölkəyə rəhbərlik edən ünsürlərin siyasi savadsızlığı, idarəçilik qabiliyyətlərinin yoxluğu, öz şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə çətin məqamda Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni bir dövrün başlanğıcı oldu. Ümummilli Lider həmin illərdə belə bir çağırışı səsləndirmişdi ki, bu çətin günlər keçib gedəcək, vaxt gələcək hər kəs qüdrətli Azərbaycanın vətəndaşı olması ilə qürur duyacaq. Ulu Öndər, həmçinin bu çağırışı da etmişdi ki, müstəqilliyimiz bizim tarixi nailiyyətimizdir. Müstəqilliyimizin və suverenliyimizin möhkəmləndirilməsi, daimi olması üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan vahid amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmək tələb olunur. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində harada yaşamasından asılı olmayaraq, dünya azərbaycanlılarının birliyi 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi.

V.Rəhimzadə vurğulayıb ki, Vətən müharibəsində tarixi Zəfərimiz və ondan üç il sonra suverenliyimizin təmin edilməsi xalqımızın vətənpərvərliyini və mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi. Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından qürurla danışırıq. Bütün dünyaya fəxrlə bəyan edirik ki, müstəqilliyimiz əbədi və dönməzdir, işğaldan azad edilmiş torpaqlarımızda daim yaşayacağıq. Bu gün ölkəmizdə 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərilir, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün səmərəli sosial müdafiə sistemi formalaşıb, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

Baş redaktor qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. 1990-cı ildən başlanan ağır, çətin, eyni zamanda, şərəfli yol Qarabağ Zəfəri ilə ən uca zirvəyə çatdı. Bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Şanlı Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı işğaldan azad edib yeni reallıq yaratdı. “Dəmir yumruq” birliyimizin rəmzinə çevrilib. İşğaldan azad edilmiş bütün torpaqlarımızda qalibiyyət rəmzi olan üçrəngli Bayrağımızın dalğalanması özündə mühüm çağırışları ehtiva edir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir və keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdırlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zeynal Nağdəliyev: 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir

Azərbaycanda buğda istehsalı üzrə hədəflərə çatmaq üçün nəzərdə tutulan tədbirlər açıqlanıb

Şahmar Mövsümov: Regional müşavirənin məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəfləri birgə müzakirə etməkdir

Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab Ferdinand Romualdez Markosa

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Prezidentin köməkçisi: Aqrar sahədə keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirib

“Kəpəz” Arif Əsədovla danışıqlar aparır

Nazir müavini: Bizim qərarlarımız real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır

Milli Məclis növbədənkənar sessiya çərçivəsində daha 10 məsələnin müzakirəsinə başlayıb

Kembric və ALTE ilə əməkdaşlıq: DİM beynəlxalq imtahan standartlarını Azərbaycana gətirir

Ağdaşda regional müzakirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunur

Göygöl rayonunda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilir

Bilal Dündar: 1994-cü ildən başlanan enerji siyasəti Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi olub

Beş ayda “Şuşa KOB evi”ndə sahibkarlara 560-dək xidmət göstərilib

Astara Terminalında tranzit daşımaların həcmi artıb

Xalid Əhədov: Qarşıdakı dövrdə özəl sektor aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir

BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır

DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 19 mindən çox şəxs qəbul edilib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyuna çıxır

Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - tədqiqat

Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO

Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO

Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri

Xalid Əhədov: Aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunması əsas hədəfdir

BDYPİ “Son zəng” günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib

Gələn ildən futbolçuların müqavilələrinə sərbəstqalma bəndinin daxil edilməsi məcburi olacaq

Prezidentin köməkçisi: 2015-2025-ci illərdə istifadə olunmayan 169 min hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılıb

Dünya çempionatının ən yaxşı futbolçuları açıqlanıb

Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir

Soçi hava limanında 57 reys təxirə salınıb

DİM: Magistraturaya qəbul imtahanında 15 min 719 bakalavr iştirak edəcək

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

FHN “Son zəng”lə bağlı avtonəqliyyat vasitələrinin sürücülərinə müraciət edib

Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub

İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə regional müşavirə başlayıb

Dünya çempionatı: B qrupunda mübarizəyə start verilir

Azərbaycan nefti 96 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 96 dollardan baha satılır VİDEO

Aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirələrə start verilir

İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür

Dünya çempionatı: “Beşiktaş”ın hücumçusu Cənubi Koreya millisinə qələbə qazandırıb

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

“Fars”: İran hələ ABŞ ilə razılaşmanın heç bir mətnini təsdiqləməyib

İlon Mask tarixdə ilk trilyonçu olub

Konqo Demokratik Respublikasının milli komandasına ABŞ-yə getməyə icazə verilib

İsrail ordusunun Livana son hücumları nəticəsində 15 nəfər ölüb, 70 nəfər yaralanıb

Astronomlar qalaktikada qeyri-adi kütləyə malik qara dəlik aşkar ediblər

Tramp: Bu gün İranla müharibəyə son qoyduq

Media: Gələn həftənin əvvəlində ABŞ və İran arasında anlaşma memorandumu imzalanacaq

Mərkəzi Komandanlıq: Hörmüz boğazı blokadanı pozmayan bütün ticarət gəmiləri üçün açıqdır

Tramp Netanyahu ilə İranla bağlı razılaşmaları müzakirə edib

Britaniyada daha bir nazir istefa verib

CNN: İran müqavilənin son layihəsini Qətər vasitəsilə ABŞ-yə təqdim edib

DÇ-2026: Açılış oyununda 2 qol, 3 qırmızı vərəqə və ev sahibi Meksikanın qələbəsi YENİLƏNİB 2

Bundestaq Almaniya hərbçilərinin Bosniya və Herseqovinada və Kosovodakı beynəlxalq missiyalarda iştirakını bir il uzadıb

Tramp: İranla saziş böyük ehtimal ki, Avropada imzalanacaq

Türkiyə və Ukrayna arasında regional müdafiə və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb

Azərbaycan və Tailand Xarici İşlər nazirlikləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Dünya çempionatına Mexikodakı təntənəli açılış mərasimi ilə start verilib YENİLƏNİB

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr aparılıb

Tramp Milli Kəşfiyyatın yeni direktoru vəzifəsinə namizədini açıqlayıb

Medianın İnkişafı Agentliyində məzun könüllülər və növbəti proqramın iştirakçıları ilə görüş olub

Joze Mourinyo yenidən “Real Madrid”in baş məşqçisi təyin olunub

Pentaqonda təhlükəli maddə ilə bağlı yanlış həyəcan siqnalı verildiyi təsdiqlənib

“Platinum Wolf - 2026” təlimində "Yüksəksəviyyəli Müşahidəçi Günü" keçirilib

Hikmət Quliyev: Milli Qurtuluşun ən mühüm nəticələrindən biri ərazi bütövlüyümüzün tam bərpasıdır

Tramp İrana qarşı planlaşdırılan hücumları ləğv edib: Sazişin imzalanma vaxtı tezliklə açıqlanacaq

Azərbaycan millisinin basketbolçusu dünya reytinqində ilk pilləyə yüksəlib

Riqada “Latviya və Azərbaycan: həyat hekayələrindən üzə çıxan tarix” kitabı təqdim olunub

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Beyləqanda yol qəzası olub, xəsarət alanlar var VİDEO

Moskvada azərbaycanlı gənclərin iştirakı ilə ailə festivalı

Azərbaycan aqrar sektorda intensiv və innovativ inkişaf mərhələsinə daxil olur - ŞƏRH

BDU-da Respublika Fənn Olimpiadalarının humanitar fənlər üzrə qalibləri mükafatlandırılıb

Albaniya Respublikasının Baş naziri Edi Ramadan

Qambiya Respublikasının Prezidenti Adama Barroudan

Tufan Erhürman: Lefkoşa beynəlxalq təşkilatlarda müşahidəçi statusundan ŞKTC-nin maraqları naminə istifadə edir

Bu saata olan əsas xəbərlər

Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur

Aİ-nin Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiya 200 milyard dolları keçib

FHN-in əməkdaşları avarçəkmə yarışında qızıl medal qazanıblar

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

Parlamentdə kənd təsərrüfatının inkişafına dair ictimai dinləmə təşkil olunub VİDEO

COP29-dan COP31-ə: Azərbaycan ilə Türkiyənin iqlim və yaşıl enerji sahəsində əməkdaşlığı

Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb

Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub

“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb

Gürcüstan DİN Ukrayna vətəndaşlarının sərhəddə saxlanılmasının səbəbini açıqlayıb

Səhiyyə naziri ilə elm və təhsil naziri Qarabağ Universitetində olublar

Aqrar sahənin inkişafı ölkə iqtisadiyyatının modernləşməsinə mühüm töhfə verəcək - ŞƏRH

Bu il Gəncə Dövlət Universitetindən iki mindən çox tələbə məzun olur

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Bartaz dağlarında möhtəşəm mənzərə: Bezoar dağ keçiləri sürü halında VİDEO

Son illər Şəkidə heyvan sahiblərinə 2,7 milyon manatdan çox subsidiya ödənilib

Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Culfada yanğında xəsarət alan uşaq ölüb - YENİLƏNİB-2 VİDEO

Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir

“Zirə” milli komandanın futbolçusunu transfer edib

Ukraynalı uşaqların ölkəmizin tarixi və görməli yerlərinə ekskursiyası təşkil olunub

Milli Kitabxanada “Dilimiz milli-mədəni kimliyimizin təməlidir" mövzusunda seminar təşkil olunub

Ekologiya və təbii sərvətlər naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq