20 Yanvar faciəsi qurbanlarının xatirəsi Yevlaxda da dərin ehtiramla anılıb
Yevlax, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsi qurbanlarının xatirəsi respublikamızın bütün bölgələrində olduğu kimi, Yevlax rayonunda da dərin ehtiramla anılıb. Faciənin 34-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq- mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayon sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Şəhidlər xiyabanda 20 Yanvar abidəsini, şəhidlərin xatirəsinə ucaldılmış abidəni və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının məzarlarını ziyarət edərək önünə gül dəstələri qoyublar. Şəhidlərin ruhlarına dualar oxuyub, xatirələri ehtiramla yad edilib.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, küçələrdə hərəkət dayandırılıb, siqnallar verilib.