20 Yanvar faciəsi xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub
Bakı, 20 yanvar, Elvin Camalov, AZƏRTAC
20 Yanvar faciəsi xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Bu sözləri 20 Yanvar faciəsinin qurbanlarını yad etmək üçün Şəhidlər xiyabanına gələn Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Asif Əhədov AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, müstəqilliyimiz şəhidlərimizin qanı bahasına qazanılıb. Nə silah, nə siyasi qüvvələr xalqımızın mübarizə əzmini qıra bilmədi. Onlar vətənin azadlığını canlarından üstün tutaraq silahların üstünə əliyalın getdilər.
A.Əhədov qeyd edib ki, hər il xalqımız Şəhidlər xiyabanına gələrək onların əziz xatirəsini uca tutur. Onlara olan mənəvi borcumuzu hər zaman xatırlamalı, ruhlarını ehtiramla yad etməliyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]