Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar yaddaşlara Vətən sevgisinin izharı kimi həkk olundu – Məqalə

20 Yanvar yaddaşlara Vətən sevgisinin izharı kimi həkk olundu – Məqalə

Bakı, 20 yanvar, AZƏRTAC

“Dağ çəkən dağlar...” - bu sərlövhə heç də təsadüfi seçilməyib. Məlum olduğu kimi, ən uca zirvə şəhidlik zirvəsidir və mənim fikrimcə, şəhidlər təkcə zirvə deyil, həm də dağdırlar, sözün hər iki mənasında dağ... Yəni, həm sağlığında güvəndiyimiz və şəhadətindən sonra gözümüzdə ucalan dağ, həm də sinəmizə çəkilən dağ... Sözsüz ki, biz hər bir şəhidimizə sağlığında söykəndiyimiz əzəmətli dağ kimi baxmışıq, şəhid olduqdan sonra isə onları ucalıq rəmzi olaraq dağ sanırıq və qürur duyuruq, ancaq onlar bizim vüqarlı dağımız olmaqla bərabər, həm də sinəmizə çəkilən dağdır. Bütün bunlara görə də, zənnimcə, onları dağ çəkən dağlar kimi də ifadə etmək olar...

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyevin “Dağ çəkən dağlar...” sərlövhəli məqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik:

“Bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi, antiterror şəhidlərinin əziz və unudulmaz xatirəsini dərin ehtiramla yad edərək, Uca Tanrıdan onlara rəhmət diləyirəm. Allah qazilərimizə şəfa versin.

Vətən var olsun!

Bu gün Qanlı 20 Yanvar faciəsinin və eyni zamanda, millətin məğrurluğunun növbəti dəfə təsdiq olunduğu günün 35-ci ildönümüdür. Neçə belə illər, qərinələr və əsrlər keçsə də, millətimiz o dəhşətli və eyni zamanda, qürur dolu günü unutmayacaq. 1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən kədərli günlərdən biri, eyni zamanda, xalqımızda olan mətanətin, vətənpərvərliyin və qəhrəmanlığın ifadə olunduğu gün kimi daxil oldu və bununla da həmin tarix Vətən sevgisinin izharı kimi yaddaşlara həkk olundu. 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü olmaqla bərabər, ümummilli qürur günüdür. Həmin gün ölkəmizə qarşı əsassız ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar davranışlarına və keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqe tutaraq onlara havadarlıq etməklə məkrli siyasəti aşkar dəstəkləməsinə, eləcə də dövlətimizin o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə hiddətlənərək, buna etiraz əlaməti olaraq, Bakının küçə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun hərbi hissələri yeridilərək qanunlar və beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla dinc əhaliyə divan tutuldu, xeyli insan həyatdan məhrum edildi, bir neçə nəfər itkin düşdü və çoxsaylı şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildi. Bununla da Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən dəhşətli cinayətə imza atdı. Suveren, müstəqil və demokratik bir dövlət yaratmaq məqsədilə ayağa qalxmış xalqın əzmini sındırmaq, milli qürurunu qırmaq, eləcə də azadlıq hərəkatını boğmaq üçün törədilən bu çirkin əməllər, silahlanmış hərbçilərin üzərinə əliyalın gedən vətənpərvər insanları azadlıq uğrunda mübarizədən daşındıra, qəhrəmanların iradəsini sarsıda bilmədi. Xalq həmin gün üstünə şığıyan qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməklə özünün kimliyini növbəti dəfə əyani şəkildə sübut etdi. Dövlətin suverenliyini, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları ali amallar uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucaldılar və bununla da millətin haqq səsini bütün dünyaya daha ucadan bəyan etmiş oldular. Bu tarixi faciə millətimizi daha da sıx birləşdirdi, müstəqilliyimizi və firavan gələcəyimizi şərtləndirdi.

Vurğulanmalıdır ki, zamanında hərtərəfli araşdırılmayan və adekvat qiymət verilməyən qanlı faciəyə yalnız bir neçə ildən, məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra rəsmi münasibət bildirildi. Belə ki, ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda etmiş həmvətənlərimizin - günahsız Qanlı Yanvar qurbanlarının əziz xatirəsini uca tutan Ulu Öndərin təşəbbüsü ilə sözügedən faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında, həmçinin Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması da tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki, məhz Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən, Bakı şəhərinin ən hündür və mənzərəli yerində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb.

Böyük ehtiramla onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Şəhidlər xiyabanı rekonstruksiya olunmuş, o cümlədən “Əbədi məşəl” abidəsinin sütunları bir qədər də hündürləşdirilib, abidədəki səkkizguşəli ulduz və məsamələri müasir üslubda işlənib. Bundan başqa, dövlət başçısının təşəbbüsü ilə Bakı şəhərinin Yasamal rayonundakı “20 Yanvar” dairəsində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə abidə-kompleksi inşa edilib. Bütün bunlar müqəddəs insanların ruhuna dövlət səviyyəsində verilən dəyərin bariz nümunələridir.

Bu gün 20 Yanvar şəhidlərinin anım günü olduğundan, o barədə daha çox bəhs etsəm də, digər şəhidləri də yad etməyi, bütün şəhidlərimiz haqda söz açmağı, bu barədə danışmağı da müqəddəs borc, eyni zamanda, böyük şərəf hesab edirəm. Təbii ki, hər bir şəhidimizin əziz və unudulmaz xatirəsi dövlətimiz və xalqımız, o cümlədən mənim üçün eyni dərəcədə əzizdir. Tarix boyu Azərbaycan xalqı və dövləti yolunda şəhid olan Vətən övladları olmuşdur ki, onların da heç birini millətimiz və dövlətimiz unutmayacaq, daim dərin hörmətlə anacaqdır.

Fərəhləndirici və qürurverici haldır ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi və onların rifahının yaxşılaşdırılması daim dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Ölkəmizdə şəhid ailələrinə və müharibə əlillərinə hər zaman dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilib, onlar müxtəlif növ dövlət təminatı ilə təchiz olunublar. Bu diqqət və qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin 31 mart 1998-ci il tarixli Fərmanı ilə 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verildi, bundan sonra şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi və pensiya təminatı da mütəmadi olaraq gücləndirildi.

Hazırda bu ənənə ölkə rəhbəri tərəfindən uğurla davam etdirilir. Möhtərəm cənab Prezident İlham Əliyev deyib: "Mən bütün dövlət qurumlarına tapşırmışam ki, şəhid ailələrinin həyatında heç bir problem olmasın.". Təsadüfi deyil ki, dövlət başçısının 2018-ci il prezident seçkilərindən sonra imzaladığı ilk Fərman da şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı olub. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun qorunması ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, eləcə də şəhid ailələri üçün verilən Prezident təqaüdünün artırılması məqsədilə Prezidentin ard-arda bir neçə Fərman və Sərəncam imzalaması bu qəbildən olan insanlara göstərilən diqqət və qayğının bənzəri olmayan ən yüksək təzahürüdür. Dövlətimizin başçısının 2020-ci il 8 dekabr tarixli müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması bu istiqamətdə görülən işlərə, sözün əsl mənasında, çox böyük dəstək olub.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mütəmadi olaraq şəhid ailələri və müharibə əlilləri ilə görüşmələri, onların qayğı və problemləri ilə maraqlanmaları, onlara hərtərəfli dəstək göstərmələri, mənzil və avtomobillər təqdim etmələri bu qəbildən olan insanlara dövlət səviyyəsində yüksək diqqətin və göstərilən böyük qayğının təzahürüdür.

Sevindirici və iftixarlandırıcı haldır ki, şəhid ailələrinə, müharibə əlillərinə və Vətənin müdafiəsində iştirak edən digər şəxslərə mənəvi dəstək, onların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istər dövlətimizin, istərsə də xalqımızın daim diqqət mərkəzindədir. Bu müqəddəs missiyanın həyata keçirilməsində prokurorluq, o cümlədən hərbi prokurorluq orqanlarının əməkdaşları da layiqincə iştirak edir. Belə ki, istər Baş prokuror Kamran Əliyevin, istərsə də Hərbi prokuror Xanlar Vəliyevin tapşırıq və tövsiyələri, eləcə də dəstəkləri əsasında bütün prokurorluq işçiləri, o cümlədən hərbi prokurorluq əməkdaşları bu zümrədən olan insanlara daim diqqət və qayğı göstərir, onlarla həm prokurorluqlarda, həm də kənarda görüşlər keçirir, hər bir müraciətlərinə isə xüsusi həssaslıqla yanaşır və həlli istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin edirlər.

Bir daha Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa arzulayıram.

Vətən var olsun!!!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb