Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad” adlı yubiley tədbiri keçirilib VİDEO

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin Əhməd Cavadın anadan olmasının 130 illiyi haqqında 2022-ci il 20 aprel tarixli Sərəncamına əsasən ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Ordusunda da silsilə tədbirlər həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qoşun növü, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil edilən mədəni-kütləvi tədbirlərdə, ictimai-siyasi hazırlıq dərslərində şəxsi heyətin nəzərinə çatdırılır ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəqil mövqeyə malik söz ustalarındandır. O, bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalıb, azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulub. Azərbaycanın dövlət rəmzlərini yüksək səviyyədə alovlu tərənnüm edib, müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.

Vətən əsgərləri məlumatlandırılır ki, daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olan, dövrün görkəmli şəxsiyyətləri sıralarında keçən əsrin 30-cu illərinin ağır repressiyalarına məruz qalaraq sovet totalitarizmin qurbanına çevrilən Əhməd Cavadın mübarizələrlə dolu 45 illik həyatı bu günümüzün gəncliyi, eləcə də Vətən müdafiəçiləri üçün örnəkdir və hər kəsi vətəndaşı olduğu Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət etməyə, ulu babalarımızdan bizə əmanət olan müqəddəs torpaqlarımızı ürəkdən sevməyə, onun uğrunda hər an canından, qanından keçməyə hazır olmağa çağırır.

Mayın 5-də - unudulmaz istiqlal şairimizin ad günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad” adlı yubiley gecəsində dövlət himnimizin müəllifinin doğma Vətənin azadlığı, müstəqilliyi naminə mübarizələrdə keçən ağır, eyni zamanda, şərəfli ömür yoluna çıraq tutulub, xatirəsi əsgəri ehtiramla yad edilib.

Müdafiə Nazirliyi rəsmilərinin, Bakı Qarnizonundakı hərbi hissələrin və ictimaiyyət nümayəndələrinin, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri yubiley mərasimində əvvəlcə əsgər xoru və bütün tədbir iştirakçıları dünyaşöhrətli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə yazdığı Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib.

Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxışının əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlət himnimiz haqqında söylədiyi dəyərli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Azərbaycanın gözəl himni var. Sevindirici haldır ki, bu himn hələ 1918-ci ildə yazılıb. Bunun müəllifi bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyovdur. Himnimizin sözlərini Əhməd Cavad yazıb. Onun musiqisi də çox gözəldir, sözləri də çox mənalıdır, gözəldir. Mən xarici ölkələrə səfər edərkən hər yerdə iki himn çalınır - Azərbaycanın himni, bir də getdiyimiz ölkənin himni. Hər ölkənin himni özünə əzizdir. Öz xalqının musiqisini, mənəvi xüsusiyyətlərini əks etdirir. Bu, təbiidir. Ancaq mən hər yerdə müqayisə edib görürəm ki, bizim himnin müəllifləri bu himni nə qədər böyük məharətlə yaradıblar. Hər dəfə xarici ölkələrdə bu himni dinləyərkən mən yenidən iftixar hissi duyuram”.

Polkovnik A.Qurbani qeyd edib ki, yeraltı və yerüstü sərvətləri ilə zəngin, füsunkar gözəlliklərə malik, geostrateji maraqların mərkəzində yerləşən ölkəmiz zaman-zaman yadellilərin hücumlarına məruz qalsa da, torpaqlarımızda qanlar tökülsə də, igidlərimiz savaş meydanında şəhid olsa da, varımız-sərvətimiz talansa da, heç kim, heç nə xalqımızın döyüş ruhunu, mübarizə əzmini, azadlıq duyğusunu əlindən ala bilməyib. Ən ağır zamanlarda, elə şahidi olduğumuz 44 günlük Vətən müharibəsində də xalqımız dəmir yumruq olaraq bir bayraq altında, bir amal uğrunda birləşib. Ötən əsrin 30-cu illərində xalqımızın vətənpərvər ziyalılarının, müstəqilliyimiz uğrunda mübarizənin fəal iştirakçılarının, görkəmli hərbi xadimlərimizin, o cümlədən qələmini süngüyə çevirərək xalqı müstəqillik uğrunda mübarizəyə çağıran yazarlarımızın böyük bir hissəsi totalitarizmin qurbanı olsa da, Uzaq Sibirə, Şərqi Qazaxıstana sürülsə də, olmazın işgəncə və iztirablarına məruz qalsa da əsrin sonlarında Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ilə repressiya qurbanlarına yenidən yaşamaq hüququ verilib. Bu sahədə ulu öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir və xalqımız yaxşı bilir ki, hələ respublikamıza rəhbərliyinin ilk günlərindən Heydər Əliyev bu istiqamətdə qətiyyətli addımlar ataraq qırmızı terrorun qurbanı olan Cəmşid xan Naxçıvanskinin adını əbədiləşdirib, Hüseyn Cavidin nəşini Uzaq Sibirdən Vətənə gətirərək doğma torpağına əmanət edib, məzarı üzərində əzəmətli abidə inşa etdirib, Bakıda möhtəşəm abidəsini ucaltdırıb.

Dahi Liderimizin ənənələrini uğurla davam etdirən Prezident İlham Əliyevin gördüyü işlər isə göz qabağındadır. Əhməd Cavadın anadan olmasının 120 və 130 illik yubileylərinin keçirilməsi haqqında, Əhməd Cavadın “Seçilmiş əsərləri”nin latın qrafikası ilə çap olunmasına dair Prezident sərəncamlarını xatırlamaq kifayətdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin Əhməd Cavadın ədəbi yaradıcılığı, həmçinin həm qələmi, həm də silahı ilə mübarizələrdə keçən həyatı barədə real sənədlərə, tədqiqat materiallarına əsaslanan əhatəli çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

“Birinci Cahan savaşı istiqlal şairimizi əymədi, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu onu sındırmadı. 1923-cü ildə güllələnəcək fədailərin sırasında adının keçməsi onu mübarizəsindən döndərmədi, “Göygöl” şeirinə görə 5 ay zindanda yatması onu ruhdan salmadı. Döyülərək, işgəncələr verilərək məhkəmə qarşısına çıxarılsa da, əqidəsini dəyişmədi, “Mən çeynənən bir ölkənin haqq bağıran səsiyəm!” deyərək qamətini dik tutdu. Nahaq yerə, günahsız olaraq güllələnsə də, ruhən ölmədi, dünyasını dəyişərək əbədiyyətə qovuşdu Əhməd Cavad”, - professor B.Əhmədli deyib.

Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev gənclərimizin vətənpərvərlik tərbiyəsinə həmişə xüsusi önəm verərdi. Ulu Öndərimiz hələ neçə illər öncə demişdir: “Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik böyük bir məfhumdur. Bu, sadəcə, orduda xidmət etmək deyil. Vətənə bağlı olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik”. Qalib Azərbaycan Ordusunun hər bir əsgəri vətənpərvərdir. Vətən uğrunda, öz torpağı uğrunda canından, qanından keçməyə belə hazırdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev bir neçə gün əvvəl Azərbaycan xüsusi təyinatlıları qarşısında Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən danışarkən bir daha vurğulayıb ki, bizi irəliyə aparan Vətən sevgisi idi. Bu, həqiqətən də belədir. Vətən sevgisi, Vətən məhəbbəti, vətənpərvərlik hissi, yüksək mənəvi-psixoloji hazırlıq, döyüş ruhu yoxdursa, heç bir qələbədən, uğurdan, zəfərdən danışmağa dəyməz. Bu mənada, Əhməd Cavadın Vətən sevgisi, müstəqillik, azadlıq duyğuları hər bir əsgərimiz üçün nümunədir və Vətən müdafiəçilərini daha böyük uğurlara ruhlandırır.

Əməkdar jurnalist, ehtiyatda olan mayor, vətənpərvərlik mövzusunda onlarla kitabın, sənədli filmin ssenari müəllifi Rəşid Faxralı Əhməd Cavadın yubileyinə həsr etdiyi şeiri oxuyub və bu şeir alqışlarla qarşılanıb:

Qarı dünya, gözünü aç, “Qoşma”nı gör, “Göygöl”ü gör,

Yerə-göyə sığışmayan dəyanətdi Əhməd Cavad.

“Vətən!” dedi, “Bayraq!” dedi “Dalğa”sının pıçıltısı,

Azərbaycan, adın boyda məhəbbətdi Əhməd Cavad.

Aşıb-daşan boz selləri uğurundan saxlayandı,

Şər gətirən yolu-izi himnimizlə bağlayandı,

Dağımıza daş atanı “Dağlar”ıyla dağlayandı,

“Azərbaycan!” deyənlərə zəmanətdi Əhməd Cavad,

Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad!

“45 illik ömrü təlatümlər qoynunda, iztirablar içində, mübarizələrdə keçsə də, övladları doğma yurd-yuvasından pərən-pərən düşsə də, güllələnəndən sonra dünyalarca sevdiyi Şükriyyəsi zindanlara atılıb Vətənindən uzaqlarda sürgünlük həyatına məhkum edilsə də, Əhməd Cavad ölmədi. Məncə Əhməd Cavad dünyanın ən xoşbəxt şairi, ləyaqət, mərdlik simvoludur. Hər sabahımızı Əhməd Cavad misraları ilə açır, keçən günümüzü Əhməd Cavad şeiri ilə başa vururuq. Dünyada bundan gözəl nə ola bilər ki... Vətən müharibəsində qələbəyə gedən yollarda Əhməd Cavad şeirləri, həmin şeirlərə yazılan mahnılar bizə ruh verirdi. Kənd və şəhərlərimizi bir-bir azad edərək zirvələrə Zəfər bayrağımızı hər dəfə sancanda sözləri Əhməd Cavada aid olan dövlət himnimizi bir ağızdan böyük coşqu ilə oxuyardıq. Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti və biz varıq, deməli, Əhməd Cavad da qan yaddaşımızda yaşayacaq”, - bu sözləri isə Vətən müharibəsinin iştirakçısı polkovnik Elşad Əbilov deyib.

Tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əhməd Cavadın şeirlərinə yazılan “Çırpınırdın Qara dəniz”, “Bismillah”, “Gəncədən gəlirəm”, “Şükriyyə”, “Can Azərbaycan” mahnılarını ifa edib, şairin şeirləri səsləndirilib.

Yubiley mərasimi “Zəfər təntənəsi” xoreoqrafik kompozisiyası və aparıcının söylədiyi “Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad” misrasının bütün iştirakçılar tərəfindən təkrarlaması ilə başa çatıb.

“Nəsillərdən-nəsillərə əmanətdi Əhməd Cavad” adlı yubiley tədbiri keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı