REGİONLAR
Şirvan sakininin evindən külli miqdarda heroin aşkarlanıb VİDEO
Şirvan, 13 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı bir büküm heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə məxsus evə keçirilən baxış zamanı oradan təmiz çəkisi 1 kiloqram 310 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb. Dindirilmə zamanı şəxs narkotik vasitələrinin ona məxsus olduğu etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:45]
Naxçıvan şəhərində evdə yanğın olub
- 30.04.2024 [17:06]
ETSN rəsmisi: Şam ağaclarının qurumasının əsas səbəbi zərərvericilərdir
- 30.04.2024 [16:33]
Laçında daha 23 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO
- 30.04.2024 [16:32]
Laçının şəfalı bitkiləri qablaşdırılaraq satışa çıxarılır FOTO
- 30.04.2024 [16:28]
Naxçıvan Gənclərinin Həmrəylik Forumu keçirilib
- 30.04.2024 [15:52]
Lənkəranda baş verən qəzada piyada ölüb
- 30.04.2024 [14:58]