Xocavənddə aşkarlanan 1 tondan çox çətənə kolu yandırılaraq məhv edilib VİDEO
Xocavənd, 15 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı işğaldan azad edilmiş Böyük Tağlar kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 1 tondan artıq olan 2436 ədəd çətənə kolu yandırılaraq məhv edilib.