Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var VİDEO
Kürdəmir, 19 iyun, AZƏRTAC
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.
AZƏRTAC xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Kürdəmirin Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb. “Toyota” markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında gedən yanacaq daşıyan avtomobilə çırpılıb. Nəticədə "Toyota"da olan sürücü, Şəki şəhər sakini Xatəm Baydaşov və sərnişini Fərid Nəsibov hadisə yerində ölüblər.Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.