Goranboyda yağış və sel bir sıra fəsadlar törədib VİDEO
Goranboy, 22 iyun, Elcan Məmmədov, AZƏRTAC
İyunun 22-də Goranboy rayonu ərazisində şiddətli yağış bir sıra fəsadlara yol açıb.
Goranboy Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şiddətli yağan yağış və sel suları rayonun bir sıra kəndlərində, xüsusilə Ağcakənd ərazisində evlərə və təsərrüfatlara ziyan vurub.