Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda Türkiyə-Azərbaycan əlaqələrinin dünəni və sabahı mövzusunda simpozium keçirilib VİDEO

Bakı, 15 sentyabr, AZƏRTAC

Sentyabrın 15-də Bakıda Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfi və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Mədəniyyət Nazirliyinin, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Köklü keçmiş, güclü gələcək - Türkiyə-Azərbaycan əlaqələrinin dünəni-sabahı” adlı simpozium keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Türkiyənin və Azərbaycanın tanınmış elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, hər iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri professor Aygün Attar tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, tədbirin keçirilməsində məqsəd Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümünün qeyd olunması, Türkiyə və Azərbaycan əlaqələrinin dünəni, bu günü və gələcəyi ilə bağlı müzakirələrin aparılması, həmçinin son günlər Ermənistanın törətdiyi təxribat nəticəsində şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsinin anılmasıdır. O, son günlər Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı məlumat verib, Ermənistanın törətdiyi təxribatın cavabsız qalmadığını qeyd edib. Deyib ki, hazırda xalqımız həm acı, həm də qürurlu günlərini yaşayır. Çünki şanlı Ordumuz Vətən torpaqlarına göz dikən, hər cür beynəlxalq prinsiplərə zidd olaraq, Azərbaycanın ərazi bütövlüyünə təhdid törədən Ermənistana lazımi cavabı verib.

Aygün Attar 104 il əvvəl - 1918-ci il sentyabrın 15-də Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakını azad etməsindən danışıb. Diqqətə çatdırıb ki, bu, ölkəmizin qurtuluş tarixidir. İkinci Qarabağ müharibəsinə də toxunan A.Attar Türkiyə hökumətinin və millətinin ölkəmizin haqq savaşında Azərbaycanın yanında olduğunu və hər zaman onun haqlı mövqeyini dəstəklədiyini qeyd edib.

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxışında bildirib ki, 104 il əvvəl Nuru paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Azərbaycanın səsinə səs verdi, Azərbaycan-Türkiyə qardaşlığının yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdi.

T.Rüstəmxanlı deyib ki, 44 günlük Vətən müharibəsindən sonra hər kəs Azərbaycan-Türkiyə birliyinin Türk dünyasının ümidi olduğunu gördü. O qeyd edib ki, Azərbaycan və Türkiyə bayraqları heç zaman enməyəcək, ölkələrimizin birliyi daimi olacaq.

“Azərbaycan Türkiyə Evi tərəfindən Türkiyə və Azərbaycanın elm adamları arasında əlaqələrin genişləndirilməsi üçün elmi simpoziumlar təşkil edilir. Belə tədbirlər çərçivəsində elm xadimləri arasında aparılan fikir mübadilələri iki qardaş ölkənin münasibətlərini daha da gücləndirəcək”, - deyə o qeyd edib.

Sonra çıxış edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimli qardaş Türkiyənin dəstəyi ilə Azərbaycanın 1918-ci il sentyabrın 15-də Bakının daşnak-bolşeviklər tərəfindən işğalına son qoyulduğunu xatırladıb. O deyib: “O dövrdə Azərbaycanın tək güman və güvən yeri Türkiyə idi. Ancaq digər ölkələr Türk qoşunlarının Azərbaycana girişinə maneə yaradırdı. Hətta bolşevik Rusiyası Qafqaz İslam Ordusunun Bakıya daxil olmasının qarşısını almaq məqsədilə Almaniya ilə müqavilə imzalamışdı. Lakin bu da xilaskar ordunun yürüşünü dayandıra bilməmişdi. Bütün maneələrə baxmayaraq, qardaş Türkiyənin göstərdiyi dəstəklə Bakı işğaldan azad olundu”.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Azərbaycan üzrə koordinatoru Fatih Yılmaz bildirib ki, 104 il əvvəl qazanılan Bakı zəfəri müstəqilliyimizin bu gününə də işıq salır. Vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr dünyada bənzəri olmayan qardaşlıq münasibətləridir. Bu birliyi ulu öndər Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ümummilli lider Heydər Əliyev “Bir millət, iki dövlət” kəlamları ilə ifadə ediblər.

F.Yılmaz qeyd edib ki, TİKA iki ölkə arasındakı münasibətlərin inkişaf etməsinə töhfə vermək məqsədilə 30 ilə yaxındır fəaliyyət göstərir. Onun sözlərinə görə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Azərbaycanla Türkiyə arasında iqtisadiyyat, ticarət, mədəniyyət, elm və digər sahələrdə münasibətlərin daha irəliyə aparılması üçün çalışır.

Atatürk Mədəniyyət, Dil və Tarix Baş İdarəsi sədrinin köməkçisi Yüksel Özgen Azərbaycan və Türkiyənin sevincini və kədərini tarix boyu birlikdə yaşadığı üçün bir-birinə bu qədər yaxın olduğunu, bu səbəbdən də ölkələrimizin bu mövzuda bir-birini yaxşı anladığını söyləyib. O, Azərbaycanın və Türkiyənin gücünü uzaq keçmişindən və birgə gələcəyindən aldığını diqqətə çatdırıb.

Yüksel Özgen Atatürk Araşdırma Mərkəzi tərəfindən “Türk dünyası Ensiklopediası”nın hazırlandığını qeyd edib. Bildirib ki, vizual ensiklopediya “Türk dövlətləri”, “Türk dövlət adamları” və “Türk dünyasının ortaq mədəniyyəti və sivilizasiyası” alt başlıqları ilə bu ilin sonunadək istifadəyə veriləcək. Onun sözlərinə görə, bu ensiklopediya Türk dünyasının ortaq gələcəyində vacib yer alacaq.

Sonra simpozium panel müzakirələri ilə davam edib.

Milli Məclisin deputatı Sabir Rüstəmxanlının moderatorluğu ilə keçirilən birinci paneldə deputatlar Arzu Nağıyev və Ramil Həsən, türkiyəli professor İbrahim Ethem Atnur və türkiyəli dosent Oğuzhan Bilgin çıxış ediblər. Paneldə “Azərbaycan-Türkiyə parlament münasibətləri”, “Tarixin aynasından Türklərin Zəngəzur məsələsi”, “Qafqaz İslam Ordusu Şuşa Bəyannaməsinin təməl daşıdır” və “Türkiyə-Azərbaycan münasibətlərinin ictimai diplomatiya ölçüsü” mövzuları müzakirə olunub.

Türkiyəli professor Nejat Boranın moderatorluğu ilə keçirilən digər paneldə isə ehtiyatda olan polkovnik Atilla Gürel, türkiyəli professorlar Mustafa Budak, Selma Yel, Ünsal Dönmez və Yalçın Sarıkaya çıxış ediblər. Panel müzakirələrində “Qafqaz İslam Ordusunun quruluşu”, “Qafqaz İslam Ordusunun quruluşunda Nuru Paşanın rolu”, Şuşa Bəyannaməsi çərçivəsində Qafqaz İslam Ordusuna baxış” və “Türkiyə-Azərbaycan əlaqələri hüquqi müstəvidə” mövzuları üzrə fikir mübadiləsi aparılıb.

Bakıda Türkiyə-Azərbaycan əlaqələrinin dünəni və sabahı mövzusunda simpozium keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İtaliyalı ekspert: Azərbaycanın azad edilmiş əraziləri innovativ şəhərsalma laboratoriyasına çevrilir

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir

Putin miqrantların tibbi müayinədən keçirilməsi ilə bağlı yeni qaydaları nəzərdə tutan qanunu imzalayıb

“Qəhrəmanlıq Zirvəsi” kitabının təqdimatı olub

Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndə heyəti Qarabağ Universitetində olub

Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb

Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

İkiqat Avropa çempionu olan baş məşqçi: Azərbaycanın futbol ölkəsi olmadığı fikri ilə razı deyiləm – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

ABŞ səfirliyinin nümayəndə heyəti Azərbaycan İdman Akademiyası ilə tanış olub

Uşaqların zərərli informasiyadan qorunmasına yönəlmiş normativ hüquqi akt layihəsi müzakirə olunub YENİLƏNİB

“Code for Future” layihəsinin cari il məzunları 87 faiz performans göstəriblər

Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında nümayiş olunub

Samir Mahmudov: Sağlam cəmiyyətin təməli möhkəm ailə və hüquqi maarifləndirmədən keçir

® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib

Psixoloq: Sosial şəbəkə məhdudiyyətləri uşaqların emosional inkişafına müsbət təsir edəcək

Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsi və yaşıl enerji perspektivləri - ŞƏRH

“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb

Astanada İpək Yolunun gələcəyi – energetikadan mədəniyyətə qədər müxtəlif istiqamətlər müzakirə olunub

Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb

İsmət Əliyev: Risk altında olan uşaqların müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb

COP31 Sədrliyi 2035-ci ilədək qlobal elektrikləşmənin 35 faizə çatdırılmasını hədəfləyir

Oğuzda ilk dəfə keçirilən “Aykido və Yapon Mədəniyyəti Günü” festivalı böyük marağa səbəb olub

Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir

Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir

® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər

Anar Bağırov: Uşaqların hüquqlarının müdafiəsində vəkilliyin rolu xüsusi əhəmiyyət daşıyır

Sabunçu rayonunda 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib

Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY

Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?

Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb

Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə 1 milyard barel itkiyə səbəb olub

“Rəqəmsal həllərdə dövlət-özəl tərəfdaşlığı” mövzusunda infosessiya baş tutub

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Emin Əmrullayev: Uşaqların rəqəmsal mühitdə davranışları ilə bağlı qərarlar faktlara və araşdırmalara əsaslanmalıdır

Nazir: Təhsil seçimləri maraq və bacarıqlara əsaslanmalıdır

Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Milli Məclisdə kitabxana sisteminin aktual məsələlərinə həsr olunmuş ictimai müzakirə keçirilib

Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb

Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

Bəzi sosial şəbəkələrdə uşaqların intihara, terrorizmə, kiberbullinqə məruz qalma ehtimalı daha çoxdur

ADU-da “Çin dili körpüsü” müsabiqəsinə yekun vurulub

Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir

Almaniya səfiri Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunmuş nailiyyətləri təqdir edib

Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub

Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Xızıda konsert proqramı ilə çıxış edib

Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları

Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Konstitusiya Məhkəməsi Palatasının iclasında Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılıb

Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib

Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün proqnozlaşdırılabilən, etibarlı biznes mühiti yaradılacaq - ŞƏRH

Baş prokuror: Dünyada uşaqlara qarşı zorakılıq halları ciddi narahatlıq doğurur

Kembricdə təhsil alan azərbaycanlı tədqiqatçı: Qarabağdakı layihələr şəhərsalmanın ölkə üçün vacibliyini göstərir - MÜSAHİBƏ

Aytən Məmmədova: Qanun layihəsi qlobal qanunvericiliyin müasir çağırışlarını özündə əks etdirir

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib

Masallıda şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək

Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb

XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır

Azərbaycan və Böyük Britaniya arasında minatəmizləmə sahəsində gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb

Məktəblərdə mobil telefonların qadağası ilə bağlı nəzarət mexanizmləri tətbiq edilir

Seymur Məmmədov: Azyaşlılar qanunda təklif olunan dəyişikliklər barədə düzgün maarifləndirilməlidir

Ekspert: Uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi davamlı maarifləndirmə tələb edir

Sosial şəbəkədə yaş qadağasına əməl olunmasına ciddi nəzarət ediləcək

İnformasiya təhlükəsizliyi sahəsindəki islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır - RƏY

Şəhid və Vətən müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları Azərbaycanın enerji tarixi ilə tanış olublar

U-21 millisinin baş məşqçisi: Eqosunu komandadan üstün tutan futbolçunun yığmada yeri olmayacaq

Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT

Nazir müavini: Bir çox valideyn uşağının sosial şəbəkədən istifadəsinə nəzarət edə bilmir

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

AZƏRTAC-ın Uşaq Bilik Portalının sədası Ağdamdan gəlir VİDEO

BMU və İCMA arasında birgə fəaliyyət istiqamətləri müəyyənləşib

Gəncə Dövlət Aqrar Kollecinin ilk məzun buraxılışı olub

Azərbaycanın enerji diplomatiyası: Qlobal enerji təhlükəsizliyinə inteqrasiya olunmuş strateji inkişaf modeli - ŞƏRH

Azərbaycanla Yaponiya arasında əməkdaşlıq dərinləşir

Azərbaycan uşaqların maraqlarını və təhlükəsizliyini prioritet hesab edən hüquqi mexanizmlər formalaşdırır – ŞƏRH

Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib

Agentlik: Yeni təmayül tədris modeli ali təhsilə hazırlığı daha əlçatan edir

Elmir Vəlizadə: Qanun layihəsinin əsas mahiyyəti uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasıdır

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

Əmanət, qızıl, yoxsa daşınmaz əmlak : Vətəndaşlar yığımlarını necə dəyərləndirməlidir? VİDEO

“Uşaqlar və Hüquq” – Yeni kitab təqdimatı

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub

“Azəriqaz”ın baş direktoru Cəbrayılda vətəndaşların müraciətlərini dinləyəcək

Bahar Muradova: Uşaqların hüquq düşüncəsinin formalaşdırılması onların gələcəyi üçün mühüm investisiyadır

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert