SİYASƏT
Azərbaycanlı deputat AŞPA-nın xüsusi iclasına sədrlik edib VİDEO
Strasburq, 11 oktyabr, AZƏRTAC
Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində “Süd vəzi xərçənginin skrininqi və müalicəsində maneələr” adlı xüsusi iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı çərçivəsində keçirilmiş iclasa AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva sədrlik edib. Əvvəlcə, süd vəzi xərçənginin skrininqi və müalicəsində maneələr mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
İclasda Mammalogiya Beynəlxalq Cəmiyyətinin vitse-prezidenti, Fransa Milli Cərrahiyyə Akademiyasının üzvü, Fransa Universitetlərinin professoru, mama-ginekoloq Pr. Karol Matelən çıxış edərək, süd vəzi xərçəngi ilə bağlı beynəlxalq səviyyədə, eləcə də Fransada mövcud vəziyyət haqqında məlumat verib. Bu sahədəki çətinliklərdən danışıb.
Sonra o, iclas iştirakçılarının suallarını cavablandırıb. İclasın sonunda mövzu ilə bağlı təkliflər tərtib edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq