SİYASƏT
Tehranda OANA İcraiyyə Şurasının 50-ci iclası keçirilib VİDEO
Bakı, 27 oktyabr, AZƏRTAC
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVIII Baş Assambleyasının işi başa çatandan sonra İran paytaxtında təşkilatın İcraiyyə Şurasının 50-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, OANA-da sədrliyin keçdiyi IRNA agentliyi təşkilatın baş katibi vəzifəsinə Mənsur Fəlsəfini təklif edib. İcraiyyə Şurasının üzvləri bu namizədə səs veriblər.
Anadolu agentliyi büronun 51-ci iclasının 2023-cü ilin sentyabrında Türkiyədə keçirilməsini təklif edib. Bu təklif razılıqla qarşılanıb.
Beləliklə, Tehranda tədbirlər silsiləsi başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.05.2024 [19:53]
Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək
- 06.05.2024 [19:26]
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb
- 06.05.2024 [19:14]
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
- 06.05.2024 [17:52]