23-cü Şanxay Beynəlxalq Film Festivalı açıq elan olunub
Bakı, 25 iyul, AZƏRTAC
İyulun 25-də Şanxay Beynəlxalq Film Festivalı (SIFF) pandemiya ilə əlaqədar proqramını qısaltmaqla bir çox tədbirlərini onlayn rejimə keçirib.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, filmlərin bütün nominasiyalar üzrə seçilməsinə baxmayaraq, qaliblərə mükafatlar verilməyəcək. İştirakçıların hər il mükafatlandırma mərasimindən əvvəl xalça üzərindən keçməsi də baş tutmayacaq. Əsas mərasimin keçirilməsi də pandemiya ilə əlaqədar ləğv olunub.
İzolyasiya müddətində böyük ekrandan ötrü darıxmış çinli kino həvəskarları iyulun 20-dən etibarən kinoteatrları ziyarət etmək fürsəti qazanıblar. Festivalın budəfəki proqramına 320 rejissor işi daxil edilib. Filmlərə Şanxayın 29 kinoteatrında baxmaq mümkün olacaq.
Biletlərin onlayn satışı artıq iyulun 20-dən başlanıb və kinosevərlər arasında ajiotaj yaradıb. İlk saatlarda rəsmi məlumata görə, 128 mindən çox bilet satılıb.
Festival avqustun 2-dək davam edəcək.
Qeyd edək ki, Şanxay Beynəlxalq Film festivalı 1993-cü ildən keçirilir. Festivalın münsiflər heyətinə müxtəlif vaxtlarda Oliver Stoun və digər dünya şöhrətli kinematoqrafçılar daxil olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]