Ceni Bojak: Qarabağda dağıdılmış tikililəri görmək dəhşətlidir VİDEO
Laçın, 5 fevral, AZƏRTAC
Qarabağı, azad olunmuş əraziləri gəzərkən dağıdılmış tikililəri görmək dəhşətlidir. Bu səyahət mənə böyük təcrübələr qazandırdı. Dağıntıları kənara qoysaq, bu bölgənin möhtəşəm təbiəti və gözəl mənzərələri var.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qarabağda səfərdə olan britaniyalı səyyah Ceni Bojak söyləyib.
Doğum gününü Azərbaycanda qeyd etməsinin onun üçün böyük sevinc olduğunu bildirən C.Bojak bildirib: “Əminəm ki, bu ərazilər qışda olduğu kimi, yayda da gözəl olur. Laçında bərpa işlərinin aparıldığını görürük. İnanıram ki, gələcəkdə bura daha gözəl olacaq”.