Aygün Əliyeva: Əminik ki, beynəlxalq qurumlar Xocalı faciəsinə hüquqi qiymət verəcək VİDEO
Bakı, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımına hələ də beynəlxalq hüquqi qiymət verilməyib. Əminik ki, sülhsevər dövlətlər və beynəlxalq qurumlar bu faciəyə beynəlxalq hüquqi qiymət verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva deyib.
“Azərbaycan müxtəlif dövrlərdə mərhələli şəkildə soyqırımlarına məruz qalıb. Xocalı faciəsi isə onların arasında ən dəhşətlisidir. Xocalı faciəsi dünya tarixində ən qanlı hadisələrdən biridir”, - deyən Aygün Əliyeva hələ də bu hadisəyə beynəlxalq hüquqi qiymət verilmədiyini vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:40]
Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib
- 05.06.2026 [15:21]
Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [14:34]