SİYASƏT
TBMM-in sədri: Bu səfər Türkiyənin Azərbaycan və Türk dünyası ilə əlaqələrinə töhfə verəcək VİDEO

Bakı, 12 iyul, AZƏRTAC
Türkiyə, Azərbaycan və Şimali Kipr “bir millət, üç dövlət” anlayışı ilə hərəkət edən yaxın ölkələrdir. Ümid edirik ki, bu səfərimiz Türkiyənin Azərbaycan və Türk dünyası əlaqələrinə töhfə verəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş söyləyib.
Türkiyənin son dərəcə güclü bir ölkə kimi dost və qardaş dövlətlərlə birgə daha da inkişaf edəcəyini bildirən TBMM sədri deyib: “Bizim Azərbaycana səfərimizin başqa bir mənası var. Bu, türk dövlətləri ilə münasibətlərimizin inkişaf etdirilməsinə daha bir mesajdır. Məqsədimiz gələcəkdə Türk dünyasının dünya siyasətində çox güclü iştirakını təmin etmək, bunun üçün bütün sahələrdə əməkdaşlığımızı mükəmməl səviyyəyə çıxara bilməkdir”.