Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında...VİDEO

Bakı, 15 iyul, AZƏRTAC

Müasir Azərbaycan dövlətinin böyük bir tarixi dünyaşöhrətli siyasətçi, dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan rəhbərliyinə gəldiyi 1969-cu il 15 iyuldan başlayaraq ölkəmiz tərəqqi yoluna qədəm qoymuş, iqtisadi, siyasi, sosial, mədəni və mənəvi sahələrdə böyük irəliləyişlərə nail olmuşdur.

Xalq və dövlət həyatının bütün istiqamətlərində mühüm addımlar atılmış, milli özünüdərk prosesi vüsət alaraq daha geniş mənalar kəsb etmiş, azərbaycançılıq ideyası məhz bu prosesin tərkib hissəsi kimi dahi rəhbərin siyasi fəaliyyətinin əsasına çevrilmişdir. Heydər Əliyev bütün sahələrdə olduğu kimi milli ordu quruculuğunda da yeni mərhələnin təməlini qoymuşdur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən “Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında” adlı tədbirdə səsləndirilib.

Müdafiə nazirliyinin rəsmiləri, xüsusi təyinatlı təhsil müəssisələrinin, Bakı Qarnizonundakı qoşun növləri və hərbi hissələrin nümayəndələri əvvəlcə “Heydər Əliyev muzey - lektoriyası”nda Ulu Öndərin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış qüdrətli şəxsiyyət Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi ənənəvi olaraq bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan unudulmaz Heydər Əliyevin ordu quruculuğundakı müstəsna xidmətlərindən, xalqımızın şanlı döyüş ənənələrinin, hərbi şöhrət tarixinin öyrənilməsi, tədqiqi, həmçinin gənclərlə hərbi vətənpərvərlik işinin təşkili, onların orduya hazırlanması, hərbi peşələrə yiyələnməsi istiqamətində qəbul etdiyi qərarlardan danışıb.

Nəzərə çatdırılıb ki, Heydər Əliyev 1971-ci ildə böyük uzaqgörənliklə indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi yaradıb. O vaxtlar bu, nəzəriyyə deyil, Azərbaycanın gələcəyinə, haçansa müstəqilliyini bərpa edəcəyinə böyük baxış idi. Sovet sisteminin o zamankı tələbləri ilə uyğunlaşmayan belə bir təşəbbüsü göstərmək, reallaşdırmaq böyük qətiyyət, cəsarət tələb edirdi. Ulu Öndər bu təşəbbüsün sonralar yarada biləcəyi siyasi problemləri çox gözəl bilməsinə baxmayaraq, öz ideyalarından bir addım da olsun geri çəkilmir, Moskvanın qadağalarına, təhdidlərinə baxmayaraq, hərbi liseyin təşəkkülü üzərində möhkəm dayanır və istəyinə nail olur. Bu hərbi lisey Heydər Əliyevin Azərbaycanın hərb tarixində yaratdığı ən monumental abidələrdən biridir.

Hərbi liseyin yetirməsi, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı indiki hərbi liseyin, eləcə də onun Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına hərbi liseyin yetirmələrinin Qarabağ uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıb. Onlardan 19 nəfərinin “Vətən Müharibəsi Qəhrəmanı”, 11 nəfərinin “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü, 20-dən çox məzunun ali hərbi rütbələrə yüksəldiyini, bu liseydən pərvazlanan yüzlərlə zabitin döyüş orden və medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Polkovnik E.Əbilov qeyd edib ki, bu gün də “Heydər Əliyev məktəbi”nin məzunları işğaldan azad edilən tarixi torpaqlarımızda xidmətlərini uğurla davam etdirir, düşmən təxribatlarının qarşısını mərdliklə, qətiyyətlə alır və Azərbaycan uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hər an hazırdırlar.

Milli Müdafiə Universiteti Hərbi Elmi-Tədqiqat İnstitutunun humanitar elmlər şöbəsinin professor-məsləhətçisi, tarix elmləri doktoru polkovnik Mehman Süleymanov müasir Azərbaycan Ordusunun yaranmasında, formalaşmasında, mütəşəkkil qüvvəyə çevrilməsində Heydər Əliyevin müstəsna xidmətlərinin elmi şəkildə izahını verib və Ulu Öndərin mənalı ömür yolunun və zəngin irsinin bu gün də ali hərbi məktəblərimizdə dərindən öyrənildiyini vurğulayıb.

Azərbaycan xalqının və dövlətinin gələcəyi naminə Ümummilli Liderin hələ yarım əsr öncə çoxlarına bəlli olmayan fəaliyyətindən bəhs edən polkovnik M.Süleymanov elmi araşdırmalar zamanı arxivlərdən üzə çıxardığı nadir sənədlərlə buna aydınlıq gətirib, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanov Ulu Öndərlə görüşlərini xatırlayıb, 9 may 1994-cü ildə indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin ərazisində görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsinin açılış mərasimində Heydər Əliyevin kursantlar qarşısında tarixi çıxışını yada salıb. Hələ o vaxt Ulu Öndər demişdir ki, hər bir kursant Vətənini Həzi Aslanov kimi sevməli, hərbi peşəni Həzi Aslanov kimi mənimsəməlidir.

Polkovnik N.Mövlanov Ulu Öndərin arzularının həyata keçdiyini, Azərbaycan Ordusunda bu gün yüzlərlə, minlərlə Həzi Aslanov kimi vətənpərvər oğulların olduğunu qürurla qeyd edib.

Polkovnik Fərman Mustafayev, ehtiyatda olan polkovnik Əhməd Məmmədov, polkovnik-leytenant Cahangir Qurbanov, Firavan Şərfalıyev, ədliyyə kapitanı Rüstəm Əliyev və başqaları çıxış edərək Vətənimizin təhlükəsizliyinin qarantı olan Azərbaycan Ordusunun Heydər Əliyev zəkasının işığında daha da gücləndiyini, qüdrətləndiyini, maddi-texniki bazasının möhkəmləndiyini, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib bir orduya çevrildiyini nəzərə çatdırıblar.

Tədbirin sonunda Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı “Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında” filmi nümayiş etdirilib.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri müasir Azərbaycan Ordusunun memarı Heydər Əliyevin sevdiyi və Ulu Öndərə həsr olunmuş musiqi əsərlərindən nümunələr ifa ediblər.

Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında...VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib