Azərbaycan Dövlət İnformasiya Agentliyi

648 bal toplayan xaçmazlı məzun riyaziyyat müəllimi olacaq VİDEO

648 bal toplayan xaçmazlı məzun riyaziyyat müəllimi olacaq VİDEO

Xaçmaz, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən, Xaçmaz rayonu üzrə ən yüksək bal toplayan Aysel İbrahimova riyaziyyat müəllimi olacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, imtahanlarda 648,2 bal nəticə əldə edən Aysel Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi (tədris ingilis dilində) ixtisasına qəbul olub.

Aysel Ramiz qızı İbrahimova Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin məzunudur. O, məktəbi fərqlənmə attestatı ilə bitirib. Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən rayonda birinci, region üzrə ikinci ən yüksək bal toplayan məzundur.

“Bu il keçirilən buraxılış imtahanlarında 266,7, qəbul imtahanında isə 381,5 bal topladım. Bu göstərici ilə də arzusunda olduğum riyaziyyat müəllimliyi ixtisasına qəbul olundum. Toladığım bal məlum olandan sonra ixtisas seçimində birinci müəllimliyi göstərmişdim. Sinif yoldaşlarım, qohumlar hətta bəzi müəllimlərim söylədilər ki, bu balla daha iddialı ixtisaslar seçə bilərdin. Amma müəllimlik mənim uşaqlıq arzum olub. Riyaziyyat müəllimi olacağıma isə artıq yuxarı siniflərdə oxuyanda qərar vermişəm. Uşaqlarla vaxt keçirməyi sevirəm. Bu da müəllimliyi seçməyimdə rol oynayıb”, - deyə Aysel İbrahimova söyləyib.

Aysel deyir ki, ali məktəbə hazırlaşarkən gününün 10-12 saatını dərs oxumaqla keçirib. Amma əlavə məşğuliyyətlərindən də kənar qalmayıb. Hobbisi kitab oxumaqdır. Bundan əlavə, film izləməyi və pianinoda ifa etməyi də çox xoşlayır: “Müasir dövrdə ətrafımızda bizi özünə cəlb edən çoxlu maraqlı əyləncələr, məşğuliyyətlər var. Amma qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün fədakarlıq etməliyik. Bakı Dövlət Universitetinin qapısından içəri girəcəyim günü səbirsizliklə gözləyirəm. Artıq sayılı günlər qalıb. Bu, sevincli və qürurverici bir hissdir”.

Ayselin təhsil aldığı Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 60 nəfərdən çox məzunu tələbə adını qazanıb.

“Bizim məktəb rayondakı ən böyük təhsil ocaqlarındandır. Bu il artıq 55 nəfərin Azərbaycanın ali məktəblərinə qəbul olunduğu müəyyənləşib. Bundan başqa, 8 məzunumuz Türkiyə və digər xarici ölkələrin ali məktəblərinə qəbul olub. Məzunlarımız arasında ən yüksək nəticə qazanan Ayseldir. Çox sevinirik ki, Aysel ölkəmizin sayılıb-seçilən universitetlərindən birinə qəbul olub. Həm də onun müəllim ixtisasına yiyələnməsi bizi ikiqat qürurlandırır”, - deyə məktəbin direktor müavini Namik Müzəffərov bildirib.

Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi rayonlar üzrə 29 məzun 600 baldan yuxarı nəticə qazanıb. Tələbə adını qazanan həmin məzunların 11-i Quba, 8-i Siyəzən, 5-i Xaçmaz, 5-i Şabran məktəblərində təhsil alıb. Qusarlı iki məzun isə 599 bal toplayıb.

648 bal toplayan xaçmazlı məzun riyaziyyat müəllimi olacaq VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AzMİU-nun proqramları QS 2027 reytinqlərində yüksək nəticələr göstərib

Türkiyə və İranın XİN başçıları arasında telefonla danışığı olub

BDU-da tələbələrlə görüş: suveren Azərbaycan - qürurumuz, Zəfərimiz

Rumıniya nəşri Prezident İlham Əliyevin Avropa Parlamenti barədə fikirlərini dərc edib

Bakı regionun infrastruktur, enerji və logistika baxımından qarşılıqlı bağlantısını formalaşdırır ŞƏRH

“Azərkosmos” Niderlandda beynəlxalq sərgidə peykəsaslı həllərini nümayiş etdirib

Dəmir yolunun Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təşkil ediləcək

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Xankəndi şəhərində olublar

“Neftçi” Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq

FHN-in karate komandası beynəlxalq turnirdə yüksək nəticələr əldə edib

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Türk dövlətlərinin aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransı” keçirilib VİDEO

“Eurosport”: Formula 1-də Bakı yeniliyi – Azərbaycan Qran-Prisi niyə ilk dəfə şənbə günü keçiriləcək?

Media: ABŞ rəsmiləri Oman Sultanlığında husilərlə görüşüb

Şahin Mustafayev yenidən Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib

® “Bolt for Business” Baku ID 2026-nın dəstək tərəfdaşıdır

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz VİDEO

Ekspert: Azərbaycanın öz ərazilərində səfərlər təşkil etməsinə heç bir irad bildirilə bilməz VİDEO

Kanada Avropa İttifaqının ilk assosiativ üzvü ola bilər

Tarixi izlərin məhv edilməsi ərazinin keçmişinə dair ictimai təsəvvürə təsir edən yaddaş siyasətidir - RƏY

® ABB partnyorları ilə görüş

İraq Avropaya neft ixracını artırmaq və ixrac marşrutlarını şaxələndirmək istəyir

Almaniyanın texnologiya şirkətləri ilə süni intellekt sahəsində əməkdaşlıq nəzərdən keçirilib

Bense Varkonyi: “Qarabağ”a keçidim Macarıstan yığmasına çağırılmağıma təkan verdi

İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri və piyadalar qaydalara əməl etməyə çağırılıb VİDEO

İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri və piyadalar qaydalara əməl etməyə çağırılıb VİDEO

Alpinist Vəfa Musayeva: Bu film çox insanın həyatına toxunacaq

Konfrans iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar VİDEO

Konfrans iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar VİDEO

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 17 mart tarixli 379-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 30 iyul tarixli 368 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikasının Qarayazı Dövlət Təbiət Qoruğunun sanitariya-mühafizə zonasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Türk ekspert: TÜRKPOL hüquq-mühafizə sahəsində əməkdaşlığı daha da institusionallaşdıracaq

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

Qərb bölgəsində forel balığı istehsalına maraq artır

Prezident İlham Əliyevin geosiyasətin etikası barədə mühüm mesajları – TƏHLİL

Politoloq: Prezident İlham Əliyevin çıxışı regiondan kənarda da böyük əks-səda doğurur VİDEO

Politoloq: Prezident İlham Əliyevin çıxışı regiondan kənarda da böyük əks-səda doğurur VİDEO

Baş prokuror Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

Everest zirvəsinə qalxmış Vəfa Musayevanın həyatından bəhs edən filmin təqdimatı keçirilib

Dini-mənəvi əməkdaşlıqda yeni perspektivlər nəzərdən keçirilib

Pilotsuz dəniz sistemlərinin sürətli işlənməsi üçün mühəndislik metodologiyası təqdim edilib

Bu il “Gənc istedadlar” liseyinin 16 məzunu qəbul imtahanlarında 600-dan yüksək bal toplayıb

Şahbuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Pakistanlı tədqiqatçı: Prezident İlham Əliyev Qərb mediasında saxta narrativlərin necə formalaşdırıldığını faktlarla göstərir

Rəhman Quliyev: Qarabağın tarixi-mədəni irsinin bərpası turizmin inkişafına böyük töhfə verəcək

NİİM: Nəqliyyat sıxlığına səbəb olan halların operativ aradan qaldırılması məqsədilə əlaqələndirilmiş iş görülür VİDEO

NİİM: Nəqliyyat sıxlığına səbəb olan halların operativ aradan qaldırılması məqsədilə əlaqələndirilmiş iş görülür VİDEO

Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Səttar Bəhlulzadə yaradıcılığında Füzuli obrazı: Muzey Mərkəzində növbəti mühazirə

Azərbaycanla Avropa strukturları ilə münasibətlər kifayət qədər praqmatik xarakter daşıyır RƏY

Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələrlə bağlı fikir mübadiləsi aparılıb

Professor: Ermənistan mədəni irsə qarşı əməllərinə görə beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb olunmalıdır

Türkiyədə zəlzələ bölgələrində mədəni irs obyektlərinin bərpasına 700 milyon dollaradək vəsait xərclənəcək VİDEO

Türkiyədə zəlzələ bölgələrində mədəni irs obyektlərinin bərpasına 700 milyon dollaradək vəsait xərclənəcək VİDEO

Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçıları Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər

2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib

Siyasi şərhçi: Prezidentin İslam aləminin birliyi barədə qeyd etdiyi məqamlar xüsusi məna daşıyır VİDEO

Siyasi şərhçi: Prezidentin İslam aləminin birliyi barədə qeyd etdiyi məqamlar xüsusi məna daşıyır VİDEO

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb

Simiç: “Sabah”dakı uğurlarım ən gözəl xatirələrdən biri kimi həmişəlik yaddaşımda qalacaq – MÜSAHİBƏ

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir ŞƏRH

Abşeron dairəvi dəmir yolu üzrə sərnişin daşınmasında rekord göstərici qeydə alınıb

Auditorlar Palatası ilə Pakistanın İmtiyazlı Mühasiblər İnstitutu arasında yenilənmiş Anlaşma Memorandumu imzalanıb

Qazaxıstan 8,4 GVt gücündə bərpaolunan enerji mənbələri obyektlərini istifadəyə verməyi planlaşdırır

“İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi işıq üzü görüb

BDYPİ: Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

Cozef Aun: Livanda BMT-nin Müvəqqəti Qüvvələrinin çıxarılmasından sonra boşluğa yol verilməməlidir

“Airbus” Çindəki yeni montaj xəttindən ilk təyyarəni təhvil verir VİDEO

“Airbus” Çindəki yeni montaj xəttindən ilk təyyarəni təhvil verir VİDEO

Almaniya Kansleri BMT Baş Məclisinin sessiyasında iştirak etməyəcək

2035-ci ilədək Türkiyənin enerji şəbəkələrinə 28 milyard dollar investisiya yatırılması planlaşdırılır

Türk Dövlətlərinin Mühasibat və Audit Peşə Tənzimləyici Qurumları Birliyinin yaradılmasına dair Saziş imzalanıb

Raffaele Palladino “Bolonya”nın yeni baş məşqçisi olub

Benzin və dizelin bahalaşması Böyük Britaniyada inflyasiyanı yüksəldib

SOCAR-la Corc Vaşinqton Universitetinin imzaladığı Niyyət Məktubunun icrası üzrə görülən işlər nəzərdən keçirilib

Sudanda qızıl mədəninin çökməsi nəticəsində azı 60 işçi ölüb

Nuriddin Xaliknazarov: Prezident İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib VİDEO

Nuriddin Xaliknazarov: Prezident İlham Əliyevin yüksək iradəsi və xalqın birliyi sayəsində böyük işlər həyata keçirilib VİDEO

İngiltərənin kəndində hüquqi qüvvəsi olmayan səsvermə keçirilib, sakinlər Böyük Britaniyadan ayrılmaq istədiklərini bildiriblər

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB VİDEO

Yəhya Bakuvi Beynəlxalq Konfransı Ağdamda davam edib YENİLƏNİB VİDEO

Tokayev: Orta Dəhlizi TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiya etmək mümkündür

Türkiyədə AKINCI-nın sınaqları davam edir VİDEO

Türkiyədə AKINCI-nın sınaqları davam edir VİDEO

Yeni tədris ilində Türkiyə-Azərbaycan Universitetində 289 tələbə təhsil alacaq

® “İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başlayıb VİDEO

® “İrşad”da yeni tədris ilinə özəl “Yaşıl Cümə” fürsətləri başlayıb VİDEO

ICPAI prezidenti: Auditorlar Palatası ilə İsrail İnstitutu arasındakı əməkdaşlıq gələcək illərdə də inkişaf edəcək

“Real Madrid”in kapitanı İspaniya çempionatında 250-ci matçına çıxıb

“AzerGold” dağ-mədən sahəsində peşə təhsilinin rəqəmsallaşdırılmasına dəstək göstərəcək

Samir Səlimli: 2016–2021-ci illərdə "Azərikimya"da icra edilən layihə məhsuldarlığı artırıb

Yurdagül Aydoğan: Təhsil Türkiyə-Azərbaycan əlaqələrinin ən strateji nöqtəsidir

Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir olub

IV Avropa Oyunları: Azərbaycan gimnastları lisenziya qazanmağa davam edirlər

Balazs Hendrich: TDT-yə üzv ölkələr arasında gömrük və tranzit prosedurlarının sadələşdirilməsi mühüm əhəmiyyət daşıyır

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub VİDEO

Həmid Şəhriyari: Seyid Yəhya Bakuvinin elm, din, mənəviyyat sahəsində çox böyük xidmətləri olub VİDEO

Borçalının ziyalı qadını – Esmira Ələkbərlinin məktəb, dil və milli yaddaş uğrunda fəaliyyəti

“Naxçıvan” legioner basketbolçu ilə yeni müqavilə imzalayıb

BMU-nun əcnəbi tələbəsi yüksək akademik göstəricilərinə görə təltif olunub

Hesablama Palatası: Auditorlar Palatasının 30 illik fəaliyyəti audit işinin formalaşmasında xüsusi əhəmiyyət daşıyıb

200 milyon kilovat-saat enerji, təbii qaza qənaət və daha az karbon – “Qobustan” GES-in göstəriciləri açıqlandı

ABŞ-nin sanksiyalarına məruz qalan İran aviaşirkətlərinin Gürcüstana uçuşları sentyabrın 21-dən dayandırılacaq

2027-ci il Formula 1 Azərbaycan Qran-Prisinin tarixi açıqlanıb

Deputat: Hər bir dövlət özünün müstəqil audit sistemini qurmalıdır

Şimali makedoniyalı mütəxəssis “Qəbələ”nin baş məşqçisi təyin olunub

"Azərikimya": Etilen-Polietilen zavodunda növbəti əsaslı təmir 2027-ci ilin ikinci rübündə planlaşdırılır

Britaniya Kanadanın təşəbbüsü ilə yaradılan qlobal müdafiə bankına qoşula bilər

İsa Həbibbəyli: Auditorlar Palatası bazar iqtisadiyyatına əsaslanan yeni cəmiyyət quruculuğunun tənzimlənməsinə mühüm töhfələr verib

® “Veysəloğlu” Acarıstanda: yeni tərəfdaşlıqlar və investisiya imkanları gündəmdə