Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda qida standartlarının təkmilləşdirilməsinə dair beynəlxalq tədbirə start verilib VİDEO

Bakı, 14 sentyabr, AZƏRTAC

Bu gün Bakıda “Avropa və Mərkəzi Asiyada Qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentariusun fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda ikigünlük beynəlxalq tədbir işə başlayıb.

AZƏRTAC xəbər verir ki, 15-ə yaxın ölkəni təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən tədbirə Azərbaycan Respublikasının müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri, həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Ticarət Təşkilatı (ÜTT), UNICEF, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu qurumların ümumilikdə 60-dan çox nümayəndəsi qatılıb. Tədbirdə qida təhlükəsizliyi standartları diqqət mərkəzində saxlanılır, regionda Kodeksdən istifadə və Kodeksdə iştirakla bağlı irəliləyişlər və problemlər müzakirə edilir və “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinin müvafiq aspektləri nəzərdən keçirilir.

Tədbirin açılışında çıxış edən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, ölkədə qida təhlükəsizliyinə nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətin həyata keçirilməsi məqsədilə yaradılan agentlik Milli Kodeks Sisteminin formalaşdırılması üçün FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional ofisi ilə fəal və səmərəli əməkdaşlıq edir. Agentlik sədri mötəbər tədbirin AQTA-nın 5, Kodeks Alimentariusun 60 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə adlandırıb. Vurğulayıb ki, Avropa və Mərkəzi Asiya regionunun Kodeks və qida təhlükəsizliyi sahəsində fəal tərəfdaşları bu əlamətdar ili qeyd etmək məqsədilə ikigünlük yüksək səviyyəli konfransı birlikdə keçirirlər. Eyni zamanda Q.Təhməzli çıxışı zamanı vurğulayıb ki, AQTA-nın fəaliyyət göstərdiyi dövrdə respublikamızda qida təhlükəsizliyi sahəsində bir sıra islahatlar aparılıb. Agentliyin yaranması ilə ölkəmizdə qida təhlükəsizliyi üzrə multi tipli idarəetmə sistemindən vahid səlahiyyətli qurum idarəetməsinə keçid təmin olunub. Həmçinin “tarladan süfrəyədək” prinsipi əsasında qida zəncirinin bütün mərhələlərində risk əsaslı nəzarətin həyata keçirilməsinə başlanılıb. Qabaqcıl beynəlxalq təcrübəyə və tələblərə uyğun qida təhlükəsizliyi sisteminin qurulmasını təmin etmək üçün təsdiqlənmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin olunmasına dair 2019-2025-ci illər üçün Dövlət Proqamı”ı qəbul edilib və uğurla icra olunmaqdadır. Həmçinin “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu beynəlxalq təcrübəyə uyğun hazırlanıb və bu ilin yanvarın 1-dən etibarən qanun qüvvəyə minib. Eləcə də Dövlət Proqramının icrasından irəli gələrək bu dövr ərzində qida məhsullarının təhlükəsizliyinə dair normativ hüquqi aktların, sanitariya, fitosanitariya və baytarlıq norma və qaydalarının “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyanın, Kodeks Alimentarius Komissiyasının və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının standartlarına və tələblərinə uyğunlaşdırılması istiqamətində yeni 15 sanitar, fitosanitar və baytarlıq normaları qəbul edilib. Hazırda da qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alimentarius Komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunmuş beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması və yeni normaların hazırlanması işləri səylə davam etdirilir. AQTA sədri qeyd edib ki, agentlik tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ölkənin ixrac potensialına da töhfə verməkdədir. Belə ki, həyata keçirilən tədbirlər sayəsində Avropa İttifaqına yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr əldə edilib. Q.Təhməzli deyib ki, qeyd olunan faktlar Kodeks Alimentarius Komissiyası ilə əməkdaşlığın ölkəmizin qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyini ən qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırmağa kömək etməklə, həm daxili istehlak, həm də ixrac üçün olan qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına şərait yaratdığını deməyə imkan verir. Bu əməkdaşlıq isə “Made in Azerbaijan” brendi altında dünya bazarlarına çıxarılacaq qida məhsullarının keyfiyyətinə olan inamı da möhkəmləndirəcək. Bununla yanaşı, müasir dünyada qida təhlükəsizliyinin təmin edilməsində “Vahid Sağlamlıq” konsepsiyası yanaşmasının aktual məsələyə çevrildiyini vurğulayan Q.Təhməzli bu yanaşmanın əhəmiyyətli olduğunu önə çəkib.

Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev qida təhlükəsizliyinin əhalinin sağlamlığının və səhiyyə sisteminin mümkün təhdidlərdən qorunmasında mühüm rol oynadığını vurğuladı: “Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Sərəncamına əsasən, vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi əsas məqsədlərdəndir. Həmçinin Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında uşaqların sağlam həyat tərzi və sağlam qidalanmanın təşviqi yuxarıda qeyd olunan məqsədə çatmaq üçün əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilib”.

Bu baxımdan, qida təhlükəsizliyinin sağlamlığın qorunması prizması çərçivəsində Səhiyyə Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi arasında fəal əməkdaşlıq aparıldığı, xüsusən də məktəblilərin düzgün qidalanmasının təşviqinə dair tədbirlər həyata keçirildiyi bildirildi.

Qanunvericilikdə sağlam və təhlükəsiz qidalar istehsal edən bizneslər üçün dəstəkləyici mühitin formalaşdırılmasının önəmini vurğulayan nazir bu sahədə innovativ texnologiyaların tətbiqi, stimullaşdırıcı mexanizmin yaradılması, müxtəlif tədqiqatlar sayəsində müəssisələrin fəaliyyəti üçün əlavə imkanların yaratdığını qeyd etdi.

Daha sonra çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, dünyada qlobal təhlükələr və risklər - su çatışmazlığı, quraqlıq, istiləşmə, səhralaşma, sənayeləşmə, beynəlxalq konfliktlər, pandemiyalar, epidemiyalar dövründə ərzaq və qida təhlükəsizliyi bəşəriyyət üçün prioritet sahələrdir. Azərbaycan Respublikası hər zaman olduğu kimi müasir çağırışlara uyğun beynəlxalq standartlara cavab verən qida təhlükəsizliyi sistemi yaradıb. Ərzaq və qida təhlükəsizliyi sahəsində beynəlxalq təcrübələr nəzərə alınaraq islahatlar aparılır, sahibkarlara, fermerlərə dövlət dəstəyi göstərilir. Məşğul əhalinin işlə təmin edilməsi, ərzaq məhsullarının qiymətlərinin əlçatan olması və yoxsulluğun aradan qaldırılması daim dövlətimizin diqqət mərkəzindədir.

Tədbirdə çıxış edən FAO-nun Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat vurğulayıb ki, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən qurumlar istehlakçıları təhlükəsiz qida məhsulları ilə təmin etmək üçün fəal şəkildə çalışır. Qida təhlükəsizliyinin idarə edilməsində davamlı olaraq yeni imkanlar və çağırışlar meydana çıxır və elm əsaslı qida standartları tətbiq edilir.

Kodeks Alimentarius Komissiyası Katibliyində qida standartları üzrə baş katib Hilde Kruse bildirib ki, FAO/ÜST Kodeks Etimad Fondu layihələri ölkələrə Kodeks işində iştirak etmək üçün möhkəm və davamlı milli potensialın yaradılmasına dəstək verir. Azərbaycan hökuməti də daxil olmaqla, regionun bir çox ölkələri bu dəstəkdən faydalanır.

Daha sonra tədbir “Qida təhlükəsizliyi prioritetləri haqqında regiondakı yeniliklər”, “Təhlükəsiz qida üçün standartların rolu və istifadəsi” və “Qida təhlükəsizliyində “Vahid Sağlamlıq” yanaşmasının gücləndirilməsi” mövzularında sessiyalarla davam edib.

Qeyd edək ki, tədbirdə AQTA-nın 5 illik fəaliyyətinə həsr olunan “5 dəqiqədə 5 il” adlı videoçarx nümayiş etdirilib.

Tədbir işini sabah da davam etdirəcək.

Bakıda qida standartlarının təkmilləşdirilməsinə dair beynəlxalq tədbirə start verilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib