“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər VİDEO
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən "Xəzri-2023" birgə taktiki təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plana uyğun olaraq hərbi gəmilərin təlim rayonlarında digər qoşun növləri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları məşq etdirilib.
“Xəzri-2023” birgə taktiki təlimində hər iki ölkənin hərbi dənizçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.
Qeyd edək ki, oktyabrın 8-dək davam edəcək təlimdə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti müşahidəçi qismində iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:50]
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər
- 05.10.2026 [16:09]
Polşa portalı “ADEX 2026” sərgisindən yazıb
- 05.10.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 5 oktyabr
- 04.10.2026 [21:22]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 04.10.2026 [12:00]