Hacı Əliyev: Karyeramda ilk dəfə hərbçilərin dünya çempionatında iştirak edəcəyəm VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
Ölkəmizdə keçiriləcək hərbiçilər arasında güləş üzrə 36-cı dünya çempionatı bizim üçün çox yaxşı fürsətdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev hərbçilər arasında keçiriləcək güləş üzrə 36-cı dünya çempionatı ilə əlaqədar təşkil olunan mətbuat konfransında deyib.
Güləşçi həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandaların bu yarışda yaxşı nəticələr göstərəcəyinə əminliyini ifadə edərək bildirib: “Karyeramda ilk dəfə hərbçilərin dünya çempionatında iştirak edəcəyəm. Düşünürəm ki, qalib gəlsəm, mənim üçün unudulmaz uğur olacaq. Qalib ölkənin idmançıları kimi bu yarışda iştirak edəcəyik. Yaxşı hazırlıq keçmişik, inşallah, uğurlu nəticələrə imza atarıq”.