Karlil Korbən: Polineziyanın azadlığı uğrunda mübarizəmizi davam etdirəcəyik VİDEO
Cenevrə, 15 dekabr, AZƏRTAC
Fransanın dənizaşırı ərazilərlə bağlı əsas siyasəti müstəmləkə təsirini mümkün qədər davam etdirməkdir. Fransız Polineziyası 2013-cü ildə öz azadlığını elan edib və bu, Birləşmiş Millətlər Təşkilatı tərəfindən də tanınıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin dekolonizasiya komitəsinin eksperti, Fransız Polineziyasından olan Karlil Korbən deyib.
O bildirib ki, Polineziyanın azadlığı BMT tərəfindən tanınsa da, Fransa bunu qəbul etmək istəmir. Rəsmi Paris Polineziyanın özünüidarə hüququnu qəbul etdiyini rəsmi şəkildə BMT-yə bildirməli idi. Ancaq rəsmi Paris bu günə qədər bunu etməyib. Bu, müstəmləkəçiliyin yeni forması -neokolonializmdir.
“Biz bu istiqamətdə mübarizəmizi davam etdirəcəyik. Fransa Polineziyanın müstəqilliyini rəsmi qəbul edənə qədər fəaliyyətimizi əzmlə davam etdirəcəyik”, - deyə BMT-nin dekolonizasiya komitəsinin eksperti vurğulayıb.