Federasiya prezidenti üzgüçülük yarışına qatılan iştirakçıların sayını açıqlayıb VİDEO
Bakı, 23 dekabr, AZƏRTAC
"İdman insan həyatı üçün vacib olan sahədir"
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Üzgüçülük Federasiyanın prezidenti Xanlar Fətiyev bu gün Bakı Su İdman Sarayında start götürən "Birlikdə üzək" adlı yarışın açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəhbəri yarışa marağın böyük olduğunu bildirib: "Əvvəlcə turniri işıqlandıran media nümayəndələrinə təşəkkür edirəm. Sizin sayənizdə digər ölkələr də Azərbaycanda bu cür yarışın keçirildiyi barədə məlumat alırlar. Artıq ənənə halını alan yarış növbəti illərdə də təşkil olunacaq. Ötən il 700 idmançı öz qüvvəsini sınayırdısa, bu il 1200-dən çox iştirakçını burada görürük".
X. Fətiyevin sözlərinə görə, yarışın təşkilində əsas məqsəd gənclərin üzgüçülük idman növünə marağının artırılmasıdır: “Özünüz də şahid olursunuz ki, Azərbaycandakı idman hovuzlarının hər biri yüksək səviyyədə fəaliyyət göstərir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [16:16]
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik edilib
- 05.06.2026 [15:21]
Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayrılıb
- 05.06.2026 [15:04]
Bakıda aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku start götürüb
- 05.06.2026 [14:57]
Toral Bayramov “Bursaspor”a keçidinin səbəbini açıqlayıb
- 05.06.2026 [14:45]
Veteran qapıçı: Minifutbol millisindəki uğurların əsas açarı baş məşqçidir
- 05.06.2026 [14:11]