Astarada Düriyyə‒Şümrüd avtomobil yolunun əsaslı təmirinə başlanılıb VİDEO
Bakı, 8 yanvar, AZƏRTAC
Astara rayonunun Düriyyə - Şümrüd avtomobil yolunun əsaslı təmirinə başlanılıb.
AZƏRTAC Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, ümumi uzunluğu 5 kilometr təşkil edən yolun eni 8 metrə qədər genişləndirilir, bura 4 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, kipləşdirmə işləri aparılır, zəruri yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruları quraşdırılır. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolların yenidən qurulmasında məqsəd yolboyu 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.