Binəqədi rayonunda mebel sexində baş verən yanğın söndürülüb YENİLƏNİB VİDEO
Bakı, 15 yanvar, AZƏRTAC
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
14:57
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
12:12
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan ilkin məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev yerləşən mebel sexində yanğın baş verib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Əlavə məlumat veriləcək.