CƏMİYYƏT
Bu il ETSN ANAMA-ya 7 min hektardan çox ərazinin təmizlənməsini sifariş edib VİDEO

Zəngilan, 26 yanvar, Göyçək Mahmudlu, Nicat Əlili, Vüsal Tağıyev, AZƏRTAC
“2023-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 5426.5 hektar ərazinin təmizlənməsini sifariş edib. Bunun 22 faizi, yəni 926 hektarı mina və partlamamış hərbi sursatlardan təmizlənib”.
AZƏRTAC xəbər verir ki, bunu Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Minatəmizləmə Agentliyinin (ANAMA) Əməliyyat İdarəsinin rəisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Rahib Quliyev deyib.
O, həmçinin bildirib ki, 2024-cü ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 7033.6 hektar ərazinin təmizlənməsini sifariş edib: "ETSN-in prioritetləri əsasında həmin ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi həyata keçiriləcək".