SİYASƏT
Azərbaycanın İtaliyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə davam edir VİDEO
Roma, 7 fevral, AZƏRTAC
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə prosesi davam edir.
AZƏRTAC xəbər verir ki, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 11:00) başlayan səsvermədə İtaliya, Malta və San-Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, yaşı 18-ə çatmış və fəal seçki hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak edirlər.
Məntəqə bütün zəruri vəsaitlə təmin olunub, seçicilərin iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun qaydada davam edir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma