Səid Yaqublu: Səsvermə hüququmdan Romadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində istifadə etdim VİDEO
Roma, 7 fevral, AZƏRTAC
“Növbədənkənar prezident seçkilərində ölkəmizdə ola bilməsəm də, öz səsvermə hüququmdan Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsində istifadə etdim”.
Bunu AZƏRTAC-a müsahibəsində BMT konfransında iştirak etmək üçün Romada səfərdə olan həmvətənimiz Səid Yaqublu deyib.
“Düşünürəm ki, 2023-cü il bizim üçün çox önəmli və yaddaqalan illərdən biri oldu. Ərazi bütövlüyümüz tam olaraq bərpa edildi. Demokratik ölkənin vətəndaşı olaraq bizə də öz seçki hüququmuzdan istifadə etmək və doğru qərar vermək düşür”, - deyə S.Yaqublu qeyd edib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma