İQTİSADİYYAT
Bakı-Quba yolunda yeni yerüstü piyada keçidi tikilir VİDEO
Bakı, 21 fevral, AZƏRTAC
M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72,5-ci kilometrində yeni yerüstü piyada keçidi tikilir.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadla xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48,6 metr, eni isə 3 metrdir. Yol səviyyəsindən hündürlüyü 5,5 metr olan keçid metal konstruksiyalıdır. Hazırda layihə üzrə keçidin aşırım hissəsinin quraşdırılması işləri aparılıb.
Layihə çərçivəsində avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.