Bakıda saxlanılan narkokuryerlərdən 2 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Əfsun İbrahimli və İbrahim Abıyev saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdən və mənzillərindən 2 kiloqrama yaxın marixuana, metamfetamin, psixotrop tərkibli 830 metadon həbi və narkotiklərin satışında istifadə etdikləri 2 elektron tərəzi aşkarlanıb.
Dindirmə zamanı saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onların daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.