Bakıda bağlı qapı arxasında köməksiz qalmış 3 və 5 yaşlı uşaqlar xilas edilib VİDEO
Bakı, 13 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” - qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunun Babək prospektində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2019-cu və 2021-ci il təvəllüdlü azyaşlıları xilas ediblər.