SİYASƏT
Məzahir Pənahov: Namizədlərin təşviqat aparması üçün 5509 yer müəyyənləşib VİDEO
Bakı, 9 avqust, AZƏRTAC
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı namizədlərin təşviqat mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov avqustun 9-da jurnalistlərə müsahibəsində deyib.
Namizədlərə təşviqat aparmaq üçün geniş şərait yaradıldığını bildirən M.Pənahov qeyd edib ki, bu məqsədlə qapalı və açıq məkanlar da daxil olmaqla, ölkə üzrə 5509 ünvan müəyyənləşib.