Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda klinika açan azərbaycanlı stomatoloq: Bəzən dişi min funt-sterlinqə çəkirik - MÜSAHİBƏ VİDEO

London, 18 sentyabr, AZƏRTAC

Soydaşımız Çingiz Qədimli bu ilin yanvar ayında Londonda öz klinikasını açıb. AZƏRTAC-ın müxbiri həmyerlimizlə onun Böyük Britaniyadakı həyatı və fəaliyyəti barədə danışıb.

-Neçə ildir Londonda yaşayırsınız?

-Londona 2021-ci ilin aprel ayında ailəmlə birlikdə köçmüşəm. Artıq 4 ilə yaxındır ki, buradayıq. İlk iki ildə klinika açmaq üçün çalışdım. Burada klinika açmaq üçün müəyyən mərhələlərdən keçmək, sertifikatlar, icazələr almaq lazımdır. Bütün bu proses bir xeyli çəkdi. Bu ilin yanvarından artıq klinikamız fəaliyyətdədir. İki türk ortağım var, buranı birgə açmışıq. İstədik ki, öz iş yerimiz olsun, ona görə belə bir qərara gəldik.

-Londonda özəl klinika açmaq hansı dərəcədə çətin proses idi?

-Mən bundan əvvəl Türkiyədə iki dəfə klinika açmışam, ona görə ümumiyyətlə klinika açmaq haqqında məlumatlıydım. Hazırda Antalyadakı klinikam hələ də fəaliyyət göstərir, fürsət olanda gedib-gəlirəm. Klinika açmaq üçün ən çox lazım olan şey zamandır. Müəyyən sertifikatlar, sənədlər üçün müraciət edəndə bunları əldə etmək vaxt aparır, ona görə iş uzanır. Londonda öz klinikamızı açmaq və hər şeyi tamamlamaq iki ildən çox vaxt apardı. İşdən başqa çətinliklərimiz isə uşaqların məktəb işlərini həll etmək, qalmağa yaxşı yer tapmaq idi. Bunlar ailəli olan hər kəsin ən vacib işləridir. İlk aylarımız çətin keçsə də, müəyyən müddətdən sonra bütün bunları yoluna qoyduq.

-Klinikanıza müraciət edənlər arasında azərbaycanlı pasiyentlər də varmı?

-Azərbaycanlı xəstələr də çox olur. Onların bir qrupu uzun illər burada yaşayan və Azərbaycana tez-tez gedə bilməyən soydaşlarımızdır. Bir qrup isə turist olaraq gəlib, burada diş problemi yaşayanlardır. Tələbələr də bizi tapırlar, yanımıza gəlirlər. Çalışıram ki, öz həmyerlilərimizə dəstək olum. İnsanlar da bizi bir-birlərinə, dostlarına tövsiyə edirlər. Bizi belə tapırlar.

-Londonda bahalı sahələrdən biri stomatologiya xidmətidir. Bəzən elə olur ki, britaniyalıların özləri xaricə üz tuturlar...

-Aldığımız materialları, texnikanı, işçilərə verilən maaşı nəzərə alanda qiymətlər yuxarı olur. Klinikada gördüyünüz cihazların, texnikanın hamısını Britaniyadan almışıq ki, onların sertifikatı olsun. Qiymətlər də Britaniya bazarına uyğundur.

-Məsələn, bir dişi çəkməyin, ya da dişə plomb qoymağın qiyməti nə qədərdir?

-Qiymətlər ağızdakı problemə görə dəyişə bilir, biz bunları xəstə ilə müayinədən sonra danışırıq. Diş çəkdirmək 150 funt-sterlinqdən başlayır, dişin durumuna, ağırlığına görə min funt-sterlinqə qədər çıxa bilər. Plomblar da 150-220 funt-sterlinq arasında dəyişir. Bunlar da plombun böyüklüyünə, istifadə edəcəyimiz materiala, xəstənin tələbinə bağlı olaraq dəyişə bilər. Ancaq bəzən görürsən ki, tələbədir, imkanı yoxdur, biz ona əlimizdən gələn köməyi göstərməyə, güzəşt etməyə çalışırıq.

-Xaricə köçmək istəyən diş həkimlərinə nə tövsiyə edərdiniz?

-Xaricdə xidmət etmək özü bir təcrübədir. Özünü inkişaf etdirmək istəyən, araşdırmaçı ruha sahib insanlar varsa, xaricdə yaşamağı tövsiyə edərdim. Ancaq bunun üçün müəyyən çətinlikləri göz önünə almaq lazımdır, bəzi fədakarlıqlar olmalıdır. Həm də onu deyə bilərəm ki, dünyanın ən mühüm mərkəzlərindən biri sayılan Londonda bir azərbaycanlı olaraq, Azərbaycanı təmsil edən biri kimi burada klinika sahibi olmaq, bir diş həkimi kimi fəaliyyət göstərmək mənim üçün qürurdur, həm də böyük bir məsuliyyətdir.

 

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

London

Londonda klinika açan azərbaycanlı stomatoloq: Bəzən dişi min funt-sterlinqə çəkirik - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağdaşda yetkinlik yaşına çatmayan şəxsin toyu təxirə salınıb

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib

Qazaxıstanda Xəzəryanı ölkələrin elmi potensialının birləşdirilməsi müzakirə olunub

“Vətən” jurnalı: Özbəkistan və Azərbaycan: Müttəfiqlik münasibətlərindən inteqrasiyaya

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri Qax və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb

Hansı nəsil həyəcanlı vəziyyətlərə daha həssasdır? – Psixoloq rəyi

Aİ Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyən daha beş şəxsə qarşı sanksiya tətbiq edib

Azərbaycanın bank sektoru “Moody’s”dən müsbət qiymət alıb

Dövlət orqanlarında 9 vakant inzibati vəzifə üzrə daxili müsahibə elan olunub

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan və Ermənistan arasında sülh Cənubi Qafqaz üçün yeni inkişaf mərhələsinin əsasını qoya bilər - ŞƏRH

Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb

Qalib Liderin Vaşinqton missiyası: regional təhlükəsizliyin və TRIPP layihəsinin gələcəyi ŞƏRH

DVX: Vergi bəyannamələri və onlayn kassalarla bağlı texniki çətinliklər qısa müddətdə həll olunacaq

Fransada növbəti prezident seçkisində iştirak edəcək namizədlərə çağırış olunub

Prezident İlham Əliyevin həyata keçirdiyi strateji nəqliyyat siyasəti Orta Dəhlizin qlobal əhəmiyyətini daha da artırıb - ŞƏRH

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Göytəpə Neolit dövrü məskəni yenidən araşdırılır VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Tovuzda törədilən qətlin təfərrüatları məlum olub – YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Zəngilanda vətəndaşlarla görüşüb

İngiltərənin Tetford şəhərində miqrasiya əleyhinə etirazlar davam edir

Geosiyasi baxımdan "Yaşıl Enerji Kabeli" layihəsi Cənubi Qafqazın qlobal əhəmiyyətini əhəmiyyətli dərəcədə artırır - RƏY

Azərbaycan parlament diplomatiyası beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir

Şimali Kipr Prezidenti: Nikosiya BMT Baş katibinin adanı minalardan təmizləmək təklifini rədd edib

Mütəxəssis: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib