CƏMİYYƏT
Bakı Kənar Dairəvi yolunda uçqun təhlükəsi aradan qaldırılıb - YENİLƏNİB VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi aradan qaldırılıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində uçqun riski olan qaya parçaları ərazidən götürülərək, yaranmış təhlükə aradan qaldırılıb və avtomobil yolunda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti bərpa olunub.
11:39
Hazırda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir. Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri müvafiq tədbirlərin görülməsinə cəlb olunub. Hazırda nazirliyin qüvvələri tərəfindən aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülərək yaranmış təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.