Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xocalı soyqırımından 33 il keçir - Şahidlər hadisə yerində AZƏRTAC-a danışıblar REPORTAJ VİDEO

Xocalı, 26 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalını işğal edən zaman dinc sakinlər sağ qalmaq üçün şəhəri tərk etməli oldular. Qarlı, şaxtalı fevral gecəsində təqribən 2500 nəfər sakin Qarqar çayını keçib Ağdama doğru hərəkət etdi. Lakin onların bir qismi donaraq həyatını və ya sağlamlığını itirdi, bir qismi erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildi, bir qismi isə girov götürülərək, işgəncələrə məruz qaldı.

AZƏRTAC-ın bölgə müxbiri Xocalıda soyqırımının törədildiyi ərazilərdə faciə şahidləri ilə həmsöhbət olub, 33 il əvvəl baş verən hadisələri onların dilindən dinləyib.

Qan yaddaşı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklərlə qətlə yetirildi, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər isə girov götürüldü.

Bir tərəfdən düşmən gülləsi, digər tərəfdən şaxta, soyuq...

Üstündən illər ötsə də, xocalılılar hələ də o dəhşətli hadisələri ürək ağrısı ilə xatırlayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər. Uzun həsrətdən sonra doğma yurdlarına qayıtsalar da, bir gözləri gülür, bir gözləri hələ də ağlayır. Bir tərəfdən doğma yurda qayıtmağın sevincini, digər tərəfdən 33 il əvvəlki ağrı-acını yaşayırlar.

Xocalı sakinləri ilə bu dəfə Xocalının özündə görüşüb qanlı hadisələrin baş verdiyi ərazilərə doğru yola çıxırıq. Bizimlə birlikdə gedən Nərgiz Mahmudova və Zənurə Səlimova başlarına gələn müsibətləri xatırlayır, göz yaşlarını saxlaya bilmirlər. Qarşı tərəfdə görünən dağlara baxıb, “Qarqarı keçib xilas olmaq üçün bax, o dağlarla gedirdik. Həmin gecə sanki təbiət də bizə qarşı idi - hava qarlı, şaxtalı, Qarqar da indikindən gur axırdı. Bir tərəfdən ermənilərin gülləsi, digər tərəfdən də şaxta, soyuq...”, - deyib köks ötürürlər.

“Atam yalvardı ki, onu öldürsünlər, amma qadın və uşaqlara toxunmasınlar”

Avtomobilimiz Əsgəranda Qarqar çayının üstündəki körpüdən keçib dağlara doğru irəliləyir. Nəhayət, o dəhşətli günlərdə Nərgiz Mahmudovanın və onlarla digər Xocalı sakininin girov saxlanıldığı fermaya çatırıq. Nərgiz xanım fermanın içərisində bir müddət göz yaşları içərisində səssiz qalır. Bir təhər toxtayıb, özünü ələ alır: “Ermənilər Xocalıya hücum edəndə atam, anam, iki bacım və iki qardaşımla birlikdə Qarqar çayını keçib meşəyə qaçdıq. Güclü qar yağmışdı. Yerimək olmurdu. Dağa çıxırdıq, yol tapmırdıq. Üç gün gedəndən sonra getdiyimiz yerə bir də gəlib çıxmışdıq. Acından ağlayırdım. Atam məni sakitləşdirirdi. Çünki ermənilər səsə gəlib bizi öldürə bilərdilər. Ağacın nazik budaqlarını qırıb çeynəyir, mənə verirdi. O zaman mənim 9, bacılarımın birinin 14, digərinin 20, qardaşlarımın da 22 və 25 yaşları var idi. Ac-susuz dağda, meşədə bir həftə qaldıq. Dəhşətli günlər idi. Hara gedirdik, ermənilərin öldürdüyü insanlara rast gəlirdik. Hər tərəfdə qarın üstü al qan idi. Yaralananlar, çığıranlar, inilti səsləri... Dəhşətli mənzərələr idi. Ağdama çatmaq ümidi ilə dayanmadan gedirdik. Bir dağın başında möhkəm atışma başlandı. Sakitlik yarananda gördük ki, bizdən başqa heç kim yoxdur. Atam, anam, bacılarım və başqa iki qadın var idi. Atam əlimızı buraxmırdı. Bizimlə gedən adamların qalanı yox idi. Səhərə yaxın dağdan endik, gördük bir kəndin yanına gəlmişik. Elə bildik Ağdamın kəndidir. Qarşımıza erməni silahlıları çıxdı. Atam onlara yalvardı ki, onu öldürsünlər, amma qadın və uşaqlara toxunmasınlar. Bizi bu fermaya gətirdilər. Gördük bizimlə birgə dağda, meşədə gedənləri də tutub bura gətiriblər. Ən pis işgəncələri fermada gördük...”

Nərgiz xanımın gözləri dolur, qəhərlənir və bir müddət susur... Özünü ələ alıb yenidən o dəhşətli günlərdə yaşadıqlarını danışır: “İnsanları döyürdülər, işgəncə verirdilər. Ac-susuz qalırdıq. Qadınların qulağından sırğanı dartıb qoparırdılar... Yaşadıqlarımı, keçirdiyim o hissləri izah edə bilmirəm. 60-70 nəfər bir həftəyə yaxın fermada qaldıq. Sonra bizi Əsgərana gətirdilər. Burada da bizə işgəncələr verdilər. Atamın qabırğalarını qırdılar, avtomatın arxası ilə gözünə vurdular, dişlərini çıxardılar. Həmin o faciə günlərində atamın bacısını, qardaşımın hamilə həyat yoldaşını güllələyib öldürdülər... Sonra Milli Qəhrəman Allahverdi Bağırov bizi girovluqdan qurtardı. Bizi xəstəxanaya gətirdilər, yardım etdilər. Jurnalist Çingiz Mustafayev də gəlib çəkdi. Don vurduğu üçün atamın, anamın, bacılarımın və mənim ayaqlarım pəncə hissəsindən kəsildi. Hamımız ikinci qrup əlilik. 33 il keçməsinə baxmayaraq, hələ də anamın ayağının yarası sağalmayıb. Amma bizi daha çox qəlbimizdəki yara incidir. Hələ də şahidi olduğum vəhşiliklərin təsirindən çıxa bilmirəm...”.

“Sanki qarın üstünə al yaylıq sərmişdilər”

Sonra kütləvi qətliamın törədildiyi Qaraqaya yaxınlığına gedirik. Digər həmsöhbətim Zənurə Səlimova deyir ki, burada baş verən dəhşətlər qəlbində sağalmaz yaralar, silinməz izlər qoyub: “Danışmaq çox çətindir. Hər danışanda qaysaq bağlamış yaralarımız yenidən qopur. Mən yeni ailə qurmuşdum, dörd ay idi ki, toyumuz olmuşdu. Ermənilər imkan vermədilər ki, bəzəkli evimdə xoşbəxt yaşayım. Gəncliyimi, xoşbəxtliyimi aldılar...

Qarlı, şaxtalı hava idi. Belə bir havada biz Qarqarçayı keçdik. Yamacı qalxanda Afilə müəllimə yıxıldı. Dedik ki, uşaqlar bizimlə gəlsin, siz arxadan gələrsiniz. Amma onlar bizimlə gəlmədilər. Ermənilər o ailəni məhv etdilər. Çətinliklə eniş-yoxuşlarla gedirdik. Milli Qəhrəman Əlif Hacıyev gəlib bizi Ağdama doğru aparmağa başladı. 50-60 nəfər gedirdik. Qaraqayaya yaxın yola çatanda ermənilərin “UAZ” markalı maşını gəlib keçdi. Əlif Hacıyev qışqırdı ki, yolu tez keçək. 10-15 nəfər yolu keçə bildik. Ermənilər atəşə tutmağa başladılar. Çönüb arxaya baxdıq ki, bizimlə birgə gələnlərin hamısı yerə sərilib. Sanki qarın üstünə al yaylıq sərmişdilər. Yanımda Telman adında bir nəfəri vurdular. Həmin vaxt nənəmi gətirirdim. Nə qədər dedisə onu buraxım, buraxmadım. Dayımı Qaraqayada tutmuşdular. Onun cəsədini beş gün sonra gətirəndə elə vəziyyətdə idi ki, tanımadıq. Avtomatla gözündən vurmuşdular. “KamAZ”ın arxasına bağlayıb sürümüşdülər. Başının dalı sürünməkdən dağılmışdı, beyni boş idi. Axırda da ürəyinin üstündən vurmuşdular. Qaynanamın taleyi bu günə qədər məlum deyil. Övladları indi də analarının sümüklərinin tapılacağını gözləyir. Xalamın iki övladının taleyi məlum deyil. Xalam “bala” deyə-deyə dünyadan köçdü. 12 yaşlı əmim oğlunu anasının yanında vurdular. Anası cəsədini yaylığı ilə bağlayıb özü ilə gətirmişdi. Dayımın yoldaşının 25 gündən sonra meyiti tapıldı... Dəhşətli günlər idi. Sağ olsun Ağdam camaatı. Bizə çox kömək göstərdilər. Xilas olub Ağdam məscidinə gələndə orada daha bir dəhşətli mənzərəni, yüzlərlə meyit gördük...”.

Zənurə Səlimova deyir ki, Vətən, yurd həsrətinə son qoyulsa da, 33 il əvvəl yaşadıqları heç vaxt yaddaşından çıxmayacaq: “Ali Baş Komandan başda olmaqla Ordumuz sayəsində Vətənimizə qovuşmuşuq. Şəhid valideynləri qarşısında baş əyirəm. Onların qanları, canları bahasına biz bu gün Xocalıdayıq. 20 yaşımda gəlin köçdüyüm o evə 53 yaşımda dönmüşəm. Xocalıdan 3 nəfərlə çıxmışdıq, üç oğul övladım, iki gəlinim, dörd nəvəmə qayıtmışam. Ona kədərlənirəm ki, Xocalıya başımızın tacı olan anamla, qayınanamla, itirdiklərimlə qayıda bilmədim”.

Xocalı yenidən qurulur, burada həyat qaynayır

Artıq ağır və çətin günlər də, Vətən həsrəti də geridə qalıb. Qarabağ, Xocalı və illərdir bu yerlərin həsrətində olan sakinlər üçün yeni dövr başlayıb. Xocalılılar öz yurdlarına qayıdırlar. Onlar Xocalıda bir vaxtlar sönmüş çıraqlarını yenidən yandıraraq, xoş günlərini yaşayırlar. Erməni cinayətkarları isə haqq-ədalət məhkəməsi qarşısında cavab verirlər.

Prezident İlham Əliyev bu il fevralın 19-da Xocalının Ballıca kəndinə köçən sakinlərlə görüşündə deyib: “...Xocalı şəhərini bərpa etmək bizim ən başlıca borcumuz idi. Çünki müharibədən və işğaldan, Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi. İkinci Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da dayanandan sonra yenə də bütün köçkünlər bilirdilər ki, Xocalı azad olunmayana qədər biz işimizi bitmiş hesab etməyəcəyik. Nəinki Xocalı, Xankəndi də, Ağdərə, Xocavənd və Əsgəran rayonları da işğalçılardan tam azad edildi. Yüzlərlə kənd artıq öz sahiblərini gözləyir”. Bəli, dövlətimizin başçısının da dediyi kimi, Xocalı azad olunmadan işimizi bitmiş hesab etməyəcəydik. Müzəffər Ali Baş Komandanın “dəmir yumruğ”u sayəsində indi Xocalı azaddır. Azərbaycan dövləti azad olunmuş bütün ərazilərdə olduğu kimi, Xocalıda da genişmiqyaslı tikinti-quruculuq işləri görür. Xocalı yenidən qurulur, burada həyat qaynayır, evlərin pəncərəsindən yanan gur işıqlar ətrafı aydınladır.

33 il həsrətini çəkdikləri bu gözəl məkan nə qədər acı xatirələrlə dolu olsa da, bura xocalılar üçün doğma və müqəddəsdir...

Xocalı soyqırımından 33 il keçir - Şahidlər hadisə yerində AZƏRTAC-a danışıblar REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir VİDEO

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir VİDEO

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir VİDEO

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər VİDEO

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər VİDEO

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir VİDEO

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir VİDEO

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub