Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-4 VİDEO

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin
bəyanatı

-Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

İlk növbədə, cənab Prezident, Sizi bir daha səmimiyyətlə salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Mən şadam ki, bizim aramızda siyasi dialoq müntəzəm olaraq aparılır. Keçən ilin aprel ayında mən Berlində səfərdə olarkən Sizinlə görüşmüşdüm və şadam ki, mənim dəvətimi qəbul edib Siz Azərbaycana rəsmi səfərə gəlmisiniz.

Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.

Bildiyiniz kimi, keçən il Azərbaycan COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etmişdir. Bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.

Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır.

Eyni zamanda, bu gün digər beynəlxalq məsələlər də müzakirə edildi, o cümlədən Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi. Bütün bu məsələlər təbii olaraq bütün dünyaya təsir edir və səmimi fikir mübadiləsi aparmaq mənim üçün çox önəmli idi.

Bir daha demək istəyirəm, əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir.

Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Almaniya Prezidenti bəyanatla çıxış etdi.

Prezident Frank-Valter Ştaynmayerin
bəyanatı
 

-Hörmətli həmkarım cənab Prezident, bu səmimi dəvətə görə dərin təşəkkürümü bildirir və göstərilmiş qonaqpərvərliyə görə bütün alman nümayəndə heyətinin adından təşəkkür edirəm. Çox ürəyimizcə oldu. Siz qeyd etdiniz ki, Azərbaycanda birinci dəfə deyiləm, bu vəzifədə ilk dəfədir gəlirəm. Prezident kimi birinci dəfə gəlirəm. Əvvəllər Azərbaycanda dəfələrlə olmuşam. Amma axırıncı dəfə 2016-cı ildə səfər etmişdim və artıq doqquz il keçib üstündən. Hazırda dünyada vəziyyət çox sürətlə dəyişir və geosiyasi baxımdan 9 ildə o qədər dəyişikliklər olub ki, 2016-cı ildə ölkənizə səfərim mənə artıq uzaq keçmiş kimi görünür. Şadam ki, bu gün yenidən gəlib görüşdük və çox geniş fikir mübadiləsi apara bildik. Əslində, həmişə bu mübadiləni aparmışıq. Bakıda olmasa da, başqa yerlərdə görüşmüşük, telefonla söhbət etmişik. Münxen Təhlükəsizlik Konfransında görüşmüşük, eləcə də Sizin Berlinə səfərinizi yaxşı xatırlayıram. Keçənilki görüşdə müzakirə apardıq və şadam ki, səfərinizə cavab olaraq bu gün ölkənizdəyəm.

Cənab Prezident, biz ölkələrimiz arasındakı münasibətlərin tarixi haqqında danışmışıq. Əvvəla, şvabiyalı kəndlilərin burada - Azərbaycanda məskunlaşmasını, şərabçılıq ənənələrini yaratmasını xatırlaya bilərik. Onlar kənd təsərrüfatının inkişafında iştirak ediblər. Əlbəttə, sənayeləşmədə də onların xeyli iştirakı olub. Alman təşkilatları, böyük şirkətlər sənayenin inkişafında, mis çıxarılmasında, elektrik enerjisi şəbəkəsinin qurulmasında iştirak ediblər. Bir çox almanlar Azərbaycanda yaşayıblar. Bunu ona görə xatırladıram ki, bu münasibətlərimizin uzun keçmişini, Almaniya ilə Azərbaycan arasında bu münasibətlərin çoxdan olduğunu bilmək vacibdir. Çox məmnunam ki, Azərbaycanda alman dilinə və Almaniyada təhsilə böyük maraq var. Azərbaycan gəncləri Almaniyada təhsil almağa böyük maraq göstərirlər və hesab edirəm ki, biz məhz elmi əməkdaşlıq sahəsində əlaqələrimizi genişləndirməliyik.

Bu cür mübadilədən çox məmnunam. Şadam ki, bir-birimizlə həmişə açıq danışa bilmişik. Həm ümumi fikrimiz olduğu mövzularda, həm də mövqeyimiz fərqləndiyi məsələlərdə səmimi danışa bilmişik. Hər iki tərəf geniş söhbətlər əsnasında bir-biri ilə açıq danışıb, söhbətlər aparıb. Hazırda çox sürətli və dramatik dəyişikliklərin baş verdiyi dünyada yaşayırıq. Cənab Prezident, Siz ölkələrimizi birləşdirən meyarları artıq qeyd etdiniz. Beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir və biz gələcək nəsillərə də düzənsiz dünyanı qoyub getmək istəmirik.

Bizim üçün strateji mövzularda da müzakirə apardıq. Eyni zamanda, iqtisadi əməkdaşlıq perspektivlərimizi müzakirə etdik. Siz artıq bir neçə meyarı qeyd etdiniz. Bununla belə, 2022-ci ildə Azərbaycan Almaniyada böyük rol oynayıb. Rusiyadan aldığımız qaz təchizatında dayanma baş verdiyi zaman Azərbaycan üzərinə böyük məsuliyyət götürdü və mən buna görə Sizə çox təşəkkür edirəm. Sizin sözlərinizdən elə başa düşdüm ki, burada qaz ilə yanaşı, infrastrukturun genişləndirilməsinə də ehtiyac var. Beləliklə, infrastrukturun yaxşılaşdırılması üzərində Avropada işləməliyik. Çünki o, hələ də kifayət həcmdə deyil. Bir sözlə, bu görüşlərdən sonra yeni ev tapşırıqlarımız da var.

Çox şadam ki, Azərbaycan inkişaf edərək mühüm məkana çevrilib və buradan olduqca vacib ticarət yolları keçir, öz növbəsində həmin amil dünyanın birləşməsinə əsas ola bilər. Biz iqtisadi-ticari münasibətlərimiz haqqında danışdıq. Yalnız Mərkəzi Asiya ilə deyil, həm də Uzaq Şərqlə, o cümlədən Cənub-Qərbi Asiya və Çinlə Almaniyanın ticarət əlaqələrində ölkənizin rolu var. Bilirik ki, hazırkı mövcud yolların imkanları məhduddur. Ölkənizdən keçən yollar, həmçinin Orta Dəhlizin rolu alman iqtisadiyyatı üçün vacibdir, yaxşı perspektivdir və bu, daha maraqlı olacaq. Son illərdə cərəyan etmiş hadisələrdən sonra Cənubi Qafqaz regionunuz daha sabit bölgəyə çevriləcək. Bununla mən, cənab Prezident, Sizin toxunduğunuz bir məsələyə də münasibət bildirmək istəyirəm. Siz qonşu Ermənistan arasında sülh münasibətləri haqqında danışdınız. Bu sülh prosesinin çox böyük əhəmiyyəti var. Kənardan müşahidə edən bir şəxs kimi deyə bilərəm ki, bu, bizə böyük təəssürat bağışlayır. Yəni, son bir il ərzində çox böyük addımlar atılıb, çox böyük irəliləyişlər olub. Hər iki tərəfi bu münasibətlə təbrik edirəm ki, artıq anlaşma yaranıb. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bu müqavilə haqqında mən bu gün səhər danışanda cənab Prezidentə dedim ki, bu anlaşma ilə ümid doğuran bir an yaranıb. Bu razılaşma əldə olunduğuna görə ümid edirəm ki, vəziyyət daha da inkişaf edəcək və ondan istifadə edərək tezliklə sülh müqaviləsinin imzalanmasına gəlib çıxacaqsınız, nəhayət sizin regionunuzda əsl və davamlı sülh yaranacaq. Mən buna çox böyük ümid bəsləyirəm və sizi həmin anı əldən buraxmamağa çağırıram. Bütün çətinliklərə və maneələrə baxmayaraq, bu yol qət edilib, xeyli addımlar atılıb və sona qədər getmək lazımdır. Bununla belə, təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır, nəticədə siyasi müqavilə həqiqətən də həyata keçə bilər və qüvvəyə minər. Ümid edirəm ki, hər şey alınacaq və biz, həmçinin kənardan bacardığımız qədər, necə mümkündürsə öz dəstəyimizi verəcəyik. Çox sağ olun.

X X X

Daha sonra jurnalistlərin sualları cavablandırılıb.

Berlində fəaliyyət göstərən DPA informasiya agentliyindən Ullrix Ştaynkol:

-Cənab Əliyev, Sizin İrəvandakı həmkarınız bildirmişdir ki, bu müqavilənin həyata keçirilməsində yaranmış maneələr aradan qaldırıla bilinəcək maneələrdir. O, özü bunun üçün çalışır. Çətinlik ondadır ki, Sizin ölkəniz daha əlavə tələblər irəli sürür. Xahiş edirəm, izah edin, sülh müqaviləsini imzalamaqda nə qədər ciddisiniz? Sülh Sizin üçün nə qədər ciddidir? Daha bir sualım cənab Federal Prezidentədir ki, Siz öz növbənizdə Ermənistandan Azərbaycana hər hansı mesaj gətirmisinizmi?

Prezident İlham Əliyev: Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdir. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu, özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq. Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz mümkün olan bu müqavilənin əsas prinsiplərini də ortaya qoyduq. Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi. Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ respublikasının taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz edirdik. Çünki “Dağlıq Qarabağ” adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Bu, bizim daxili işimiz olduğu üçün biz təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik.

Ancaq 2023-cü ilin sentyabr ayında Qarabağ torpağında separatizmə son qoyulandan bir neçə aydan sonra Ermənistan təkidlə irəli sürdüyü o maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı oldu. Faktiki olaraq real danışıqlar təqribən bir il bundan əvvəl başlamışdır. Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni, bu, birinci məsələdir.

İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.

X X X

Prezident Frank-Valter Ştaynmayer:

-Xanımlar və cənablar.

Son üç onillik ərzində bu münaqişəni, onun kəskinləşməsini və yaratdığı əzab-əziyyətləri, eləcə də xeyli qurbanlara səbəb olmuş müharibələri müşahidə edən hər bir insan başa düşür ki, bu cür münaqişənin həlli, eləcə də tərəflər arasında qarşılıqlı etimadın bərpası üçün xeyli vaxt və səy tələb olunur. Bunu öncədən qeyd etdim və bilirəm ki, belə münaqişələrdən sonra çox böyük səylər tələb olunur. Həmin səylərə də hörmət bəsləyirəm ki, müqavilənin mətni işlənib hazırlanıb. Hazırkı dövrdə razılığı əldə etmək çox böyük işdir. Ümidvaram ki, həmin müqaviləyə əlavə olaraq cənab Prezident Əliyevin indicə qeyd etdiyi şərtlər üzərində də razılaşma olacaq. Fikrimcə, onlar Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasında maneəyə çevrilməməlidir. Təkrar edirəm, çox önəmli qətiyyət var, vacib an yetişib, onun ritmini itirmək məsuliyyətsizlik olardı. Yadda saxlamaq lazımdır, Almaniyanın da, Avropanın da təcrübəsi göstərir ki, müqavilənin hazırlanması və onun həyata keçirilməsi ilk addımdır. Sonra isə müqavilənin həqiqətən də qüvvəyə minməsi, reallıqda barışığa çevrilməsi neçə nəsilləri tələb edir. Bu, çox uzun bir prosesdir. Belə bir etibarlı barışığın həyata keçirilməsi hər iki ölkədən və xalqdan hələ çox vaxt tələb edəcək. Ona görə də bu barışığa uzun zaman tələb edildiyini diqqətdən qaçırmaq olmaz. Amma ilk addım müqavilənin hazırlanması, imzalanması, ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsidir. Sonra isə digər problemlər də həll oluna bilər. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq.

X X X

REAL Televiziyasından Vəfa Həmzəyeva:

-Hər ikinizi salamlayıram. Sualım cənab Ştaynmayerədir. Cənab Prezident, Siz çıxışınızda qeyd etdiniz ki, Ermənistan ilə Azərbaycan arasında olan bu prosesləri, münaqişəni və indi gəldiyimiz nöqtəni izləyirdiniz və biz əminik ki, proseslərin fərqindəsiniz. Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərində təcavüzkar müharibə aparıb və beynəlxalq hüququn normalarını ciddi şəkildə pozub. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal etmişdi. Yəqin ki, hələ o dönəmdə Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, münaqişə daha tez həllini tapardı. Necə düşünürsünüz, Qərb niyə Ermənistana qarşı konkret addımlar atmadı? Təşəkkür edirəm.

Prezident Frank-Valter Ştaynmayer:

-İlk növbədə, demək istəyirəm ki, suala görə çox sağ olun. Amma dediklərimə yəqin qulaq asmamısınız. Mən müxtəlif vəzifələrdə Cənubi Qafqazdakı münaqişələrlə məşğul olmuşam, Azərbaycan ilə Ermənistan arasında münasibətlərlə də uzun müddətdir tanışam. Almaniya hökumətlərinin son illərdə siyasətlərinə nəzər yetirsəniz, yəqin görəcəksiniz ki, orada həm Ermənistana, həm Azərbaycana çox balanslaşdırılmış münasibət olub. Yəni, çalışmışıq elə yanaşma göstərək ki, həssas məqamlar diqqətdən kənarda qalmasın və bu vaxta qədər biz beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Dediyim kimi, biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər.

X X X

Almaniyanın ARD telekanalının müxbiri Silviya Ştöber:

-Cənab Prezident Əliyev. Siz 17 bəndi qeyd etdiniz. Bu 17 bənddən Azərbaycan üçün hansı ən vacibidir?

Cənab Prezident Ştaynmayer, Siz barışıq sözünü işlətdiniz. Bu barışıq İkinci Dünya müharibəsindən sonra Almaniyanın bərpası üçün vacib idi. Həmin amil Avropadakı ölkələrin xalqlarının bir-birinə yaxınlaşması işində necə rol oynamışdır? Bu barədə də danışsanız, minnətdar olaram.

Prezident İlham Əliyev: Əslində, belə tarixi müqavilələrdə hər bir paraqraf, hər bir bənd böyük əhəmiyyət daşıyır. Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni həddindən çox yükləmək də istəməmişdi, ona görə o, çox yığcam müqavilədir, əsas prinsipləri əhatə edir. Yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər nazirliklərinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoş niyyət göstərib. Əks təqdirdə, bu sənəd ərsəyə gəlməzdi. Bu, birincisi. İkincisi, Ermənistanda və bəzi Qərb dairələrində Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmaq istəyirlər. Bu da tamamilə əsassızdır. Çünki artıq qeyd etdiyim kimi, bu prosesin təşəbbüskarı Azərbaycan olub. Əsas prinsipləri işləyən də Azərbaycan olub və biz xoş niyyət göstərərək bu danışıqlarda iştirak etmişdik. Əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə qeyri-real bir şərt qoyardıq ki, Ermənistan onu qəbul etməzdi.

O ki qaldı, həmin prinsiplərin ən əsasına, ən vacibinə, əlbəttə ki, bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır - Qarabağ daxil olmaq şərti ilə. Özü də o Ermənistan hökumətindən ki, 2019-cu ildə bu hökumətin başçısı Xankəndidə - Azərbaycan ərazisində, - haraya ki, qanunsuz gəlmişdi, - mitinqdə elan etmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Bu gün bəziləri, - mən bunu bir neçə dəfə demişəm, - Ermənistanı “sülh göyərçini” kimi təqdim etməyə çalışırlar. Amma Ermənistan hökuməti həmin hökumətdir ki, hakimiyyətə 2018-ci ildə gələndən sonra o vaxta qədər aparılmış bütün danışıqları sıfra bərabər etdi. Bildirdi ki, Azərbaycan dırnaqarası, qanunsuz “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. Bizə qarşı əsassız ərazi iddialarını nəinki aradan götürmədi, hətta öz tələblərini daha da sərtləşdirdi. Bax, bugünkü həmin Ermənistan hökumətinin müdafiə naziri açıq demişdir ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Yəni, indi bugünkü Ermənistan hökumətindən və onun başında duranlardan “sülh göyərçini” düzəltmək tamamilə yanlış və əsassızdır. Bu gün razılaşdırılmış mətn onu göstərir ki, Ermənistan bu sülh müqaviləsinə məcburən imza atır. Çünki döyüş meydanında əldə etdiyimiz Qələbə, ondan sonra siyasi müstəvidə Azərbaycanın mövqeyinin üstünlük təşkil etməsi Ermənistanın arxasında duran bəzi Avropa ölkələrinin səylərinə rəğmən, nə BMT Təhlükəsizlik Şurası, nə Avropa İttifaqı Azərbaycana qarşı hər hansı bir məhdudlaşdırıcı ölçü götürmədiyi üçün bu gün Ermənistan məcbur olub Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə bu bəndlər arasında təbii olaraq məhz budur - “Qarabağ Ermənistandır və nöqtə” deyən bir adam bu gün “Qarabağ Azərbaycandır” deyir. Hesab edirəm ki, bu, gözəl bir təkamül prosesidir və biz bunu alqışlayırıq.

X X X

Prezident Frank-Valter Ştaynmayer:

-Mənə verilən suala cavab olaraq bir neçə cümlə deyim. Barışıq necə qurulmalıdır? Buna necə təşəbbüs göstərmək olar? Bunun üçün istənilən yerdə tətbiq oluna biləcək bir resept və ya standart yoxdur. Məlumdur ki, müharibə apardıqdan sonra inam yalnız müəyyən vaxt keçdikdən sonra yaranır. Etimad birdən-birə yox, tədricən və ya ehtiyatla qazanılır. Qarşılıqlı inam bu cür formalaşır. Sizin suala cavab olaraq Avropadan bir misal çəkim: Ullrix Vikard, alman jurnalisti, tanıdığınız həmkarınız, bu yaxınlarda alman-fransız münasibətləri haqqında kitab dərc edib. O yazır ki, son 400 il ərzində Almaniya ilə Fransa arasında 23 müharibə baş verib. 1870-ci, 1914-cü və 1939-cu illərdəki son 3 müharibə lap çox qurbanlarla yadda qalmışdır. Bu iki ölkə bir-birinə sonsuz ədavəti olan düşmən idilər. Keçmiş tarix kitablarında Fransa Almaniyanın əzəli düşməni kimi qələmə verilirdi. Əslində, çoxsaylı qurbanlardan sonra yaxın dostluq münasibətlərinin yaranmasını gözləmək çox da asan deyildi. Əski tarix kitablarına baxsaq, bunu təsəvvür etmək belə mümkün deyil. Hər iki tərəf həm qətiyyət, həm siyasi iradə göstərərək keçmişi geridə qoyub yeni gələcəyə doğru addım atıb. Hər bir regionda, dünyada, o cümlədən Cənubi Qafqazda da azad və sülh şəraitində həyatı hər kəs arzulayır. Bununla belə, dinc şəraitdə yaşamaq üçün, həmçinin müəyyən siyasi işlər görülməlidir.

X X X

Azərbaycanın AnewZ televiziyasından Orxan Amaşov:

-Mənim sualım Prezident Ştaynmayerədir. Azərbaycanın Qarabağ regionunda Ermənistan tərəfindən yaradılmış qondarma separatçı rejimin keçmiş rəhbərlərinin hazırda Bakıda məhkəməsi gedir. Onlar öz ifadələrində etiraf edirlər ki, 100-dən artıq mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın şəhər və kəndlərinin bombardmanı Ermənistanın hazırkı rəhbərliyinin, daha dəqiq desək, baş nazir Nikol Paşinyanın birbaşa əmrləri ilə aparılmışdır. Həmin müharibə cinayətlərinə gəldikdə, nəyə görə Avropa İttifaqı və onun təsisatları Ermənistana və onun siyasi-hərbi rəhbərliyinə qarşı sanksiya tətbiq etməyib? Sağ olun.

Prezident Frank-Valter Ştaynmayer:

-Almaniyanın xarici siyasətinə nəzər salsaq görərik ki, mən son dövrlərdə bu siyasətin iştirakçısı olmuşam, bir çox hökumətlərdə iştirak etmişəm. Öz adımızdan onu deyə bilərəm ki, biz bu regionda qeyri-sülh şəraiti ilə heç vaxt barışmamışıq. Bir tərəfin digər tərəfə ərazi iddialarına heç vaxt dəstək verməmişik. Düşünürük ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər qüvvədə olmalıdır, tanınmalıdır və onlara hörmətlə yanaşılmalıdır. Almaniyanın mövqeyinə gəldikdə deyə bilərəm ki, biz öz xəttimizə, mövqeyimizə həmişə sadiq olmuşuq. Ümid edirəm ki, bu, sizin regionda da anlaşılar. İstəyirik ki, iki dövlət arasında qeyri-sülh dövrü geridə qalsın və sabitlik gətirəcək yeni bir gələcək yaransın. Həm Ermənistan, həm də Azərbaycan üçün Cənubi Qafqaz sülhün bərqərar olduğu regiona çevrilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-4 VİDEO

Almaniyada Bundesver Günü tədbirlərinə 300 minə yaxın insan qatılıb

Nadejda İsmayılova: "Dalğa" zirvədir

Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub

Naxçıvanda 7 yaşlı uşaq kanalda boğulub

Qarabağ Regional Təhsil İdarəsi üzrə zona mərhələsinin qalibi məlum olub

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Şəkidə məktəblilər arasında voleybol festivalı baş tutub

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakıda keçirilən akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun finalçıları bəlli olub

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqalə dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır