Naxçıvan şəhərində yanğın olub VİDEO
Naxçıvan, 3 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Qaraçuq kəndi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yalnız 5 hektar sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqda yerləşən yüksəkgərginlikli elektrik xətləri və ətraf ərazilər yanğından mühafizə olunub.