34 barmaqlı uşaq “Ginnesin rekordlar kitabı”na düşmüşdür
Bakı, 7 aprel (AZƏRTAC). Adı “Ginnesin rekordlar kitabı”nda yer almış növbəti iştirakçı Hindistanın bir yaşlı sakini Akştat Sahena olmuşdur. Uşaq 34 barmaqlı doğulmuşdur. Onun əllərinin hər birində 7, hər ayağında 10 barmaq vardır.
Akştat polidaktiliya xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik ya irsən keçir, ya da genlərin ağlagəlməz mutasiyası nəticəsində baş verir. Hindistanlı uşağın orta barmaqları qoşa-qoşadır, baş barmaqları isə yoxdur. Uşaq üzərində artıq barmaqların kəsilib götürülməsi və baş barmaqların bərpası əməliyyatı aparılmışdır.
Bundan əvvəl həmin rekord Çində 31 barmaqla doğulmuş oğlan uşağına məxsus idi. Ötən il aparılmış cərrahiyyə əməliyyatı nəticəsində hazırda onun 20 barmağı vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [19:20]
Almaniyanın strateji məhsullar üzrə Çindən asılılığı daha da artır
- 26.05.2026 [19:12]
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub
- 26.05.2026 [17:21]
Rusiyanın Berlindəki səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
- 26.05.2026 [16:27]
Tehran: ABŞ-nin atəşkəs rejimini pozması cavabsız qalmayacaq
- 26.05.2026 [15:29]