Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hər foto bir dövrün izini qoyur - Ümumdünya Fotoqraflar Günündə peşəkar fotoqrafla SÖHBƏT

Bakı, 12 iyul, Günel Türksoy, Orxan Kərimov, AZƏRTAC

Peşəkar fotoqraf, fotoqrafiya ilə bağlı bir çox kitabların müəllifi, Azərbaycan Fotoqraflar Birliyinin həmtəsisçilərindən olmuş Mirnaib Həsənoğlu 12 İyul - Ümumdünya Fotoqraflar Günü ilə əlaqədar AZƏRTAC-a müsahibə verib. 63 yaşlı fotoqrafla fotoarxivlərinin saxlandığı studiyada həmsöhbət olmuşuq. O, söhbət zamanı bu peşəyə yiyələnməsindən, gördüyü işlərdən, texnologiyanın fotoqrafiyaya gətirdiyi yeniliklərdən, bu sahədəki problemlərdən və digər məsələlərdən danışıb. Həmin müsahibəni təqdim edirik.

- Fotoqrafiya sənəti ilə necə tanış oldunuz? Sizi bu sahəyə cəlb edən nə oldu?

- Bu, bir qədər şablon səslənsə də, deyim ki, bir çox fotoqrafların onlara nə vaxtsa hədiyyə edilmiş, həyatlarında dönüşə səbəb olan fotoaparatları olur. Mənim hekayəm də buna bənzəyir. Təxminən birinci sinifdə oxuyanda Qədir dayım mənə "Smena" markalı fotoaparat hədiyyə etmişdi. O zaman bunun sadəcə bir oyuncaq olduğunu düşünürdüm. Amma zamanla başa düşdüm ki, bu hədiyyə həyatımda bir yol açaraq sanki mənə dedi ki, “sən bu cığırla getməlisən”. Beləcə, o kiçik hadisə böyük marağın başlanğıcı oldu.

- Həmin fotoaparatla çəkdiyiniz ilk foto hansıdır və həmin anı necə xatırlayırsınız?

- Dayımın aldığı fotoaparat mənə birinci sinifdə hədiyyə edilsə də, ilk fotolentimi dördüncü sinifdə işlətmişəm. O zaman fotolenti yumaq, yəni onu aşkarlamaq üçün kəndimizdə yaşayan Şikar kişi mənə kömək etmişdi. Şikar kişi cavanlığında həvəskar fotoqraf olmuşdu. O, sinif yoldaşımın atası idi. Həmin yay günü çox isti idi. Fotolentimi götürüb, sinif yoldaşımgilə getdim. Şikar kişi aşkarlayıcı, bərkidici məhlullar hazırlamışdı. Fotolenti birlikdə həmin məhlullarla yuduq, sonra isə onu kasetə yığmağın üsulunu göstərdi. Prosesi indi də çox yaxşı xatırlayıram. Həmin ev indi tamamilə dəyişib. Amma fotolentimin ilk dəfə aşkarlanması, həmin evin həyəti, havanın istiliyi, hiss etdiyim həyəcan - hamısı bu gün də yaddaşımdadır. Deyə bilərəm ki, o an bir film səhnəsi kimi yaddaşıma yazılıb.

- Valideynlərinizə fotoqraf olacağınızı deyəndə onlar necə reaksiya verdilər?

- Bildirim ki, Gəncə şəhərində anadan olmuşam. Orta məktəbi Goranboy rayonunun Xan Qərvənd kəndində bitirmişəm. 8-ci sinifdə oxuyanda təyyarəçi olmaq fikrinə düşmüşəm. Amma təyyarəçilərin həyatını, çətinliklərini görəndən sonra bu fikrimdən daşınmışam. Ali məktəbə qəbul imtahanından dörd il ardıcıl kəsilmişəm. Amma atam - Həsən kişi bir dəfə də olsun mənə demədi ki, “niyə kəsildin?” Sadəcə deyirdi: “Həyat mübarizədir, hazırlaşarsan, gələn il daxil olarsan”. Bu sözlər mənə həm də güvən verirdi. Hərbi xidmətdən qayıdandan sonra işləmək qərarına gəldim. İndiki “Bibiheybət” təmir zavodunda rəngsaz kimi fəaliyyətə başladım. O vaxtlar yataqxanada qalırdıq, gecələr otaqda hamı yatandan sonra küncdə qırmızı işıq qoyub, fotoları çap edirdim. Altı aydan sonra öyrəndim ki, zavodda əvvəllər fotoqraf ştatı olub, amma sonradan ləğv edilib. Sonralar fotoqraf kimi işləməyə başladım.

- Texnologiyanın inkişafı fotoqrafların işinə necə təsir edib?

- Texnologiyanın inkişafı, əlbəttə ki, fotoqrafiyaya öz töhfəsini verib. Bu gün foto çəkmək daha əlçatan olub. Hər kəs telefonla şəkil çəkir, çəkdiyi şəkillər barədə fikir söyləyə bilir. Fotoqrafiya sanki kütləviləşib. Amma vaxtilə bu iş tamamilə başqa cür idi. O dövrdə foto çəkmək təkcə düyməyə basmaq deyildi, hər şey əl ilə, dəqiqliklə, məsuliyyətlə icra olunurdu. Məsələn, sadə bir fotolentin aşkarlanmasında o qədər incəliklər var idi ki.. Təkcə temperaturun 2 dərəcə yuxarı və ya aşağı olması lentin keyfiyyətinə ciddi təsir edirdi. Əgər lentin fırlanma prosesi sabit deyildisə, bu da fotolara təsir göstərirdi. Yəni hər detal əhəmiyyətli idi - istər temperatur, istər vaxt, istərsə də mexaniki dəqiqlik. Bundan əlavə, o dövrdə biz kimyəvi maddələrlə işləyirdik. Bu maddələrin əksəriyyəti insan sağlamlığı üçün zərərli idi. Məsələn, hidrafin adlı bir aşkarlayıcı var idi ki, onun tozunu udmaq mədə-bağırsaq problemlərinə səbəb olurdu. O vaxt fotoqrafların əlləri, dırnaqları sarı rəngə boyanardı. Bu hər adamın bacara biləcəyi, asan və “düyməyə bas” tipli bir iş deyildi. Əziyyət tələb edən, peşəkarlıq və dəqiqlik istəyən bir sənət idi. Bəli, bu gün hər şey daha asandır, texnika sürətlidir, nəticə dərhal görünür, səhv olsa, silinir. Amma o dövrdə hər çəkilişin arxasında zəhmət, diqqət və sənət dayanırdı. İndi fotoqrafiyada çətinlik ondadır ki, əgər rəqəmsal texnologiya ilə işləyirsənsə, kompüter texnologiyasını mükəmməl bilməlisən. Yəni təkcə foto çəkmək kifayət etmir. Kompüter proqramlarını da dərindən bilməlisən ki, çəkdiyin fotonu keyfiyyətli şəkildə işləyə biləsən. Bir söz var, çox doğru deyilib: “Rəqəmsal texnologiyada nəticə 50 faiz sənin çəkdiyindən, 50 faiz isə çəkilən görüntü üzərində işləməyindən asılıdır. Bu, tamamilə doğrudur. Fotoqrafiya əslində həmişə üç əsas sahənin kəsişməsində olub: incəsənət, kimya və fizika. Keçmişdə bu sahə həm kimya, həm də fizika qanunlarına bağlı idi. İndi isə kimya demək olar ki, fotoqrafiyadan çıxıb. Onun yerini rəqəmsal texnologiya və proqram təminatı tutub. İndi yalnız gözlə çəkmək əsas deyil, rəqəmsal aləmdə düşünmək, planlamaq və işləmək də tələb olunur.

- Sizin üçün “yaxşı foto” hansıdır və nə üçün onu “yaxşı” hesab edirsiniz?

- “Yaxşı foto”nun müəyyən qanunları var. Amma o qanunlardan kənara çıxmaq da mümkündür və bəzən də lazımdır. Lakin ümumi götürəndə, hər çəkilən foto “yaxşı” hesab olunmur. Hər fotonun öz çəkiliş anı, məqsədi var, ancaq onların hamısı böyük fotoqrafiya səviyyəsinə yüksələ bilmir. Əgər bir fotoqraf bir çəkiliş günündə iki möhtəşəm kadr çəkibsə və deyirsə ki, “bu mənim ən uğurlu fotolarımdandır”, o zaman sevinməyə dəyər. Çünki bu artıq sənətdir. Qalanları sadəcə foto olur, informasiyanı daşıyır, hadisəni sənədləşdirir, amma sənət əsəri səviyyəsinə qalxmır. Mən bu fərqi həmişə görürəm və buna böyük önəm verirəm. Mənim üçün “yaxşı foto” texniki, estetik və emosional cəhətdən təsirli olanıdır. Fotoqraf elə bir anı tutur ki, həm sənə bir şey deyir, həm də səni içində saxlayır.

- Peşəkar həyatınız boyu çəkdiyiniz unudulmaz bir foto və onun hekayəsi barədə danışa bilərsinizmi?

- Elə fotolar var ki, onların arxasında xüsusi bir tarixçə dayanır. Mənim üçün fotojurnalistikaya gəlişimin əsas anlarından biri, bəlkə də, başlanğıcı nənəmin fotosunu çəkməyim olub.

Həmin o foto, bu gün divarda gördüyünüz portretdir (Divardan asılmış portreti göstərir - red.). O fotonu görən bir çox adamlar deyirdilər ki, “bu nənə burada ağlayır?” Halbuki, orada ağlamaq yox idi. Sadəcə kadr çox səmimi idi. Fotonun hekayəsi kənd həyatı ilə bağlıdır. Nənəm həyətin ortasında stulda oturmuşdu. Ətrafında isə 5-6 nəvəsi yerdə oturub, onunla söhbət edirdilər. Mən də həmin anı çəkmişdim. Çox təbii, gündəlik bir səhnə idi. Nənəmin fotosunu çəkəndə heç ağlıma gəlməzdi ki, bu, gələcəkdə məşhur olacaq. Sonralar həmin foto bir jurnalda dərc edildi. Amma maraqlısı odur ki, nənəmin fotosunu çəkdiyim üçün ailənin içində mənə qarşı böyük basqılar oldu. Bir çoxları, xüsusilə də dayılarım və onların övladları deyirdilər ki, “nənəni bu cür paltarda, oturuşda niyə çəkmisən?” Onlar üçün bəzədilmiş, poz verilmiş və ideal görünən fotolar olmalı idi. Onlar bu qədər real və səmimi bir təsviri qəbul etmirdilər. Bu vəziyyətdə atam arxamda dayanan tək bir insan oldu. O, özü də həvəskar fotoqraf idi və çəkdiyim fotonu görəndə dedi: “Kim nə deyir-desin, sən bu fotonu çəkmisənsə, nənəni tarixə salmısan. Bu sənə mane olmayacaq, uğur gətirəcək. Həqiqətən də, bu hadisə həm sənətə baxışımı formalaşdırdı, həm də fotoqrafiyada səmimiyyətin və həqiqətin nə qədər önəmli olduğunu öyrətdi.

- Hər bir fotonun hekayəsi var. Bu baxımdan fotoqrafiya sizin üçün sənətdir, yoxsa sənəd?

- Əslində fotoqrafiya həm sənətdir, həm də sənəddir. Sözün mahiyyətinə gəldikdə, fotoqrafiya yaranışından etibarən sənət hesab olunub. İlk dövrlərdə insanlar portret çəkdirəndə onları saatlarla yerində tərpənmədən saxlayırdılar, çünki texnologiya çox zəif idi və fotoqrafiya çətin, zəhmətli bir proses idi. Həmin dövrlərdə əsas məqsəd insanın görüntüsünü sənədləşdirmək, yəni informasiyanı saxlamaq idi. Amma maraqlıdır ki, o məhdud texniki imkanlarla çəkilən fotolara bu gün baxanda orada bədii kompozisiyanı, işıqla işləməyi, kadr quruluşunu görə bilirik. Hətta həmin fotoların bir çoxunda nə kompozisiya qaydaları, nə ideallıq var, amma onlar sənət əsəri kimi yaşayır və təsir göstərir. Demək istəyirəm ki, fotoqrafiyanın birinci funksiyası sənəd kimi informasiya daşımaq, yəni zamanın, məkanın və insanın izini saxlamaqdır. Amma onun bədii tərəfi, yəni hissi ötürməsi, vizual zövq yaratması artıq fotoqrafiyanın ikinci, amma çox vacib olan tərəfidir. Hər bir foto həm sənəd kimi tarixdə qalır, həm də sənət kimi yaşamağa davam edir.

- Hansı janr sizə daha yaxındır: portret, sənədli, yoxsa təbiət fotoqrafiyası?

- Mən özümü ümumilikdə sənədli fotoqrafiyada görürəm. Portret və ya təbiət janrında da çəkilişlər etmişəm, ağır işlər də görmüşəm, lakin bunlar əsasən həyatımı təmin etmək üçün vasitə olub. Amma qəlbən, həqiqətən də, mən sənədli fotoqrafiyanın aşiqiyəm. Bu janrda işləmək mənim üçün təkcə peşə deyil, daxili ehtiyacdır. Sənədli fotoqrafiya reallığı, insanları, həyatın özünü sənətə çevirir. Mən bu reallığı izləməyi, hiss etməyi və olduğu kimi sənədləşdirməyi sevirəm. Hər çəkdiyim kadr mənə bir hekayə danışır, bir zamanın izini qoyur. Mən də bunun içində yaşayıram. Hətta olub ki, birinci gördüyüm kadrı çəkmişəm, sonra onun ətrafında 10-a yaxın başqa kadr çəkmişəm. Amma birinci kadrda emosiyanı və anı tutduğumu hiss etmişəm. Sonrakı çəkilişlərdə artıq kompozisiya qaydalarına, işığın düşməsinə və digər texniki detallara fikir verəndə foto özü sanki bir az sönür, yalnız informasiya daşıyıcısına çevrilir. 40 ilə yaxındır ki, fotoqrafiya ilə məşğul olsam da, istədiyim, ürəyimdən keçən unikal foto 50-dən çox deyil.

- Əgər həyatınızı bir foto ilə anlatmalı olsaydınız, hansını seçərdiniz? Həmin foto hazırda bu studiyada varmı?

- Bəli, var. Divardakı o böyük foto (Divardakı fotonu göstərir – red.). Mən onu 1997-ci ildə çəkmişəm. Bu foto mənim üçün həyatımda sıçrayış anıdır. Mən də o oğlan kimi, elə həmin yerdə olmuşam. Bu, həmkəndlilərimin fotosudur.

Həmin vaxt "Keçid dövrünün portretləri" adlı kitab çap edirdik. Bu fotonu də həmin kitab üçün çəkmişdim. Mənim də başımda palçıq var idi, eynilə bu oğlan kimi. Fotodan elə görünür ki, oğlan böyük bir gölə tullanıb, amma əslində o, kiçik göldür. Bu foto həyatımın keçid dövrünün simvoludur.

- Belə desək, çətin və zəhmətli həyat yolu keçən insanların daha uğurlu hekayələri olur...

- Bu məsələnin başqa bir tərəfi də var. Müşahidə etdiyim odur ki, kənddən şəhərə gələn insanlar daha çox işləməyə çalışırlar. Bu həm də özünü sübut etmək, şəhərdə var olmaq istəyi ilə bağlıdır. Baxın, sizə burada ilk fotoaparatımın eyni modelini göstərirəm, onu çərçivəyə salıb saxlayıram. Uşaqlıqda texnikaya marağım o qədər güclü idi ki, fotoaparatın necə işlədiyini bilmək üçün onu söküb baxmışdım. Bu, mənim uşaqlıq vərdişim idi - evdə nə texniki əşya var idisə, sökürdüm. 1964-cü ildə kənddən şəhərə gələndə aldığımız televizor var idi. Həmin televizor başıma oyun açıb, mən də onun başına oyun açmışam (gülür). Yəni bu yol oradan başlayıb. Amma hər şeyin içində sevgi, maraq və zəhmət var idi.

- Siz Birinci və İkinci Qarabağ müharibələrində fotolar çəkmisiniz. Həmin fotolar sizə necə təsir edib?

- İkinci Qarabağ müharibəsi barədə danışmaq mənim üçün bir qədər çətindir. Çünki döyüşlər gedən zaman birbaşa cəbhə bölgəsində olmamışam. Müharibədən sonra o ərazilərə gedə bilmişəm. Oraya gedəndə başqa bir hiss keçirmişəm. Amma Birinci Qarabağ müharibəsi zamanı fərqli olub. Məsələn, divarda gördüyünüz o foto (divardakı fotonu göstərir – red.) Ağdamın Şelli kəndində ən yüksək nöqtədə çəkilib.

Biz oraya 1991-ci il mayın 1-də rəssamlarla birlikdə getmişdik, hadisələrin içində idik. Yəni müşahidəçi yox, iştirakçı kimi də orada olmuşam. Birinci Qarabağ müharibəsində səngərdə bir gənc görmüşdüm. Əlində əldəqayırma tapança var idi. Onun şəkli məndə var. Təsəvvür edin, o, həmin tapança ilə səngərdən çıxıb, düşmənə atəş açırdı. Bu, real an idi. Mən də həmin anı çəkmişəm.

- Bəs, fotoqrafiya sənətinin hansı problemləri var?

- Problemlərdən biri odur ki, ölkəmizdə fotoqrafiyanı incəsənətin bir növü kimi tanımırlar. Bu peşə bizdə universitetlərdə tədris olunmur. Bizə elə gəlir ki, hər küçədən keçəni qolundan tutub, fotoqraf etmək olar. Bəli, o da fotoqraf olacaq, amma yaradıcı olmayacaq. Hərdən rəssamlarla da mübahisə edirəm, deyirlər ki, fotoqrafiya texniki yaradıcılıqdır. Deyirəm ki, bəs, onda rəssamlıq nədir? Rənglər, fırçanız, malbertləriniz olmasa, şəkil çəkə biləcəksiniz? İncəsənətin bütün növlərində texnikilik var. Teatr, kino sənətində texnikaların rolu danılmazdır. İşin yarısını texnika, yarısını isə insan icra edir. Ancaq nədənsə foto sənəti ilə bağlı bir ifadə yaranıb ki, hamı düyməni basa bilər. Onda mən də deyə bilərəm ki, hamı rəssamlıq edə bilər, rəngi götür, kətan üzərində necə istəyirsən, çək. Hamı aktyorluq edə bilər, lakin aktyorun istedadlı və ya istedadsız olması məsələsi var. Bizdə nə qədər həvəskar fotoqraf mövcuddur. Bütün mobil telefonlar gecə-gündüz şəkil çəkir. Hansı mobil telefondan çəkilmiş şəkli çap edib, divara vurublar? Çap edilməmiş şəkillər foto həyatını yaşamır. Foto, eyni zamanda, bütün təbliğat vasitələri içərisində ən güclüsüdür.

- Ailənizdə yolunuzu davam etdirən varmı?

- Yoxdur. Qardaşımın oğlanları maraqlansalar da, görünür ya mən onlara bu sənəti sevdirməmişəm, ya da onlar sevməyiblər.

- Bu peşəni nə vaxtsa tərk etmək istəmisiniz?

- Xeyr. Fotoqrafiya mənim üçün yalnız peşə deyil, həyat tərzidir. Həyatımı bu sənətə bağlamışam. İnsan belə bir həyat tərzi yaşayıbsa, fərqli olur. Bəzən insanlar buna zarafat kimi baxırlar, amma əslində bu, həyat uğrunda mübarizədir. Mənə deyirlər ki, dünyanı düzəltməyə çalışırsan, Don Kixotluq edirsən. Uzun illər fotoqraf yetişdirmişəm. Artıq 28 ildir ki, bu sahədəyəm. Azərbaycan Fotoqraflar Birliyinin rəhbərliyindən ayrılsam da, bu, fotoqrafiyanı buraxmağım demək deyil. Sənətin içindəyəm, fotoqraf birliklərində fəal iştirak edirəm.

- Gənc fotoqrafların işini necə qiymətləndirirsiniz? Onlara nə tövsiyə edirsiniz?

- Gənclərin öz sənət idealları var. Məsləhət vermək asandır, amma onlar bəzən deyirlər “bu qədər bilirsinizsə, özünüz niyə etməmisiniz?” Mən isə gənclərə həmişə deyirəm ki, əgər fotoqrafiya sahəsində fəaliyyət göstərmək istəyirsinizsə, ingilis dilini bilməlisiniz. İngilis dilini bilmirsinizsə, yaradıcılığınızı ölkədən kənarda nümayiş etdirə bilməyəcəksiniz. Dünya artıq əvvəlki deyil. Böyük qazanda qaynamaq lazımdır. Ona görə də dil bilmək çox önəmlidir ki, işlərini insanlara sata biləsən. Fotoqrafiyada "üçüncü göz" adlı bir deyim var. Bu hər kəsə qismət olmur. Bu sənətin parıltısına gələnlər daha çoxdur. Belə bir deyim var ki, indi Bakıda hər gün bir fotoqraf doğulur. Bu sahəyə qazanc mənbəyi kimi baxırlar. Fotoqrafiyada ən böyük məsələlərdən biri budur ki, bu sahə artıq qadınlar üçün də cəlbedicidir. Əvvəllər texnika çox ağır idi, 25 kiloqrama yaxın fototexnika daşıyırdın, indi isə texnika inkişaf edib, çəki yüngülləşib. Buna görə də bu sahəyə qadınların da marağı artıb. Bəlkə də, bir neçə ildən sonra bu sahədə çalışanların yarısı qadın, yarısı isə kişi olacaq.

- Sonda bu günlərdə Fransada nəşr edilmiş “Eyes of fire” kitabı haqqında məlumat verməyinizi istərdik...

- Mən tarixin təbliği və araşdırılması ilə məşğulam. Azərbaycan fotoqrafiyasına dair fransız və ingilis dillərində kitab nəşr etmək təklifi alanda, bu, məni çox sevindirdi. Bu, kommersiya layihəsi olsa da, qarşılığında heç bir maddi gözləntim olmadı. Biz Azərbaycan Fotoqraflar Birliyinin fotoarxivini yaratmışıq. Bu kitabda dünyasını dəyişmiş 20 fotoqrafın əsərləri toplanıb. Kitab ümumilikdə 280 səhifədən ibarətdir. Kitabın içərisində tarixi məqalə var, onun müəllifi mənəm. Bu il biz, həmçinin Bakı Fotoqrafiya Dərnəyinin 130 illiyi münasibətilə kitab nəşr etdik. Bu kitabda 47 fotoqrafın fotosu yer alıb. Eyni zamanda, Azərbaycan fotoqrafiyasının gümüş dövrü haqqında, yəni 1861-2000-ci illəri əhatə edən dövrlə bağlı kitabımız Fransada çap olundu. Kim istəsə, onlayn şəkildə həmin kitabı ala bilər. Bu günədək aparılan araşdırmalara əsasən, ilk azərbaycanlı fotoqraf 1880-1910-cu illərdə Gəncədə fəaliyyət göstərmiş Məşədi Abbasəli Abbasov olub. Onun fotolarının orijinallarını da tapmışıq. Azərbaycan Fotorqaflar Birliyi olaraq “20 Yanvar” hadisələri, Birinci Qarabağ müharibəsi və s. haqqında arxivləri toplamışıq. Fotoqrafların bədii yaradıcılığına dair arxivləri də yığmışıq. Sevindirici haldır ki, fotoqraf Kamal Babayev vəfat etməmişdən əvvəl bütün arxivini birliyə vəsiyyət edib. Təəssüf ki, belə hallar azdır, fotoqraflar dünyalarını dəyişirlər, onların arxivləri isə övladları tərəfindən çölə atılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir