Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qobustan Milli Tarix-Bədii Qoruğu - İnsanlıq tarixinin canlı salnaməsi - REPORTAJ VİDEO

Bakı, 14 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan ərazisində insan mədəniyyətinin inkişaf tarixini ən qədim qatlarından etibarən izləməyə imkan verən nadir arxeoloji komplekslərdən biridir. Bakıdan təqribən 60 kilometr məsafədə, Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarını əhatə edən bu ərazi ötən əsrin ortalarından başlayaraq aparılan tədqiqatlar nəticəsində dünyanın ən zəngin qayaüstü təsvir məkanlarından biri kimi tanınıb. Qobustan relyefinin özünəməxsusluğu, təbii sığınacaqların çoxluğu və əlverişli iqlim şəraiti qədim dövrlərdə burada insanların məskunlaşmasına şərait yaradıb, bu da arxeoloji materialların zənginliyini şərtləndirib.

Petroqliflər, qədim yaşayış yerləri, kurqanlar, müxtəlif maddi-mədəniyyət nümunələri və Qobustan ərazisində tapılan latın dilli kitabə təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərq və Qafqaz regionunun tarixi üçün müqayisəolunmaz informasiya mənbəyi sayılır. Qayaüstü təsvirlərdə isə ov səhnələri, rəqs kompozisiyaları, ibtidai əmək prosesləri, məişət hadisələri və heyvan fiqurları təsvir olunub. Bu təsvirlər qədim insanların həyat tərzi, sosial münasibətləri, inancları və estetik düşüncəsi barədə dərin təsəvvür yaradır.

Qobustanın dəyəri yalnız arxeoloji tapıntılarla məhdudlaşmır. Bu ərazi həm də bəşəriyyətin estetika və simvolik təsəvvür tarixinin mühüm mərhələlərini özündə yaşadan açıq səma altında təbii muzeydir. Petroqliflərin bədii dili sadə formalara əsaslansa da, məzmun baxımından zəngindir. Onların üslub baxımından müxtəlifliyi Qobustanın minillər boyunca müxtəlif mədəni (müxtəlif tarixi dövrlərə aid) qrupların təmas məkanı olduğunu göstərir. Bu xüsusiyyətlərə görə 2007-ci ildə Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Bu da onun beynəlxalq səviyyədə tanınan universal elmi və mədəni dəyərə malik olduğunu təsdiq edir. Bu gün Qobustan yalnız elmi araşdırmaların aparıldığı arxeoloji kompleks deyil, həm də mədəni turizmin mühüm mərkəzlərindən biridir. Qoruqda yaradılan müasir muzey kompleksi, interaktiv sərgilər və qoruma tədbirləri burada saxlanılan irsin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

AZƏRTAC-ın əməkdaşları Qobustan qoruğunun tarixi inkişafı, arxeoloji araşdırmaların nəticələri, petroqliflərin mənəvi-mədəni mahiyyəti, ərazidə tapılan maddi-mədəniyyət örnəklərinin elmi təhlili və qoruğun bugünkü mühafizə vəziyyətini araşdırmaq üçün reportaj hazırlayıb.

Qobustanın “7 Gözəl” və “Ana Zağa” düşərgələri

Səfər çərçivəsində ilk olaraq Qobustan qoruğunun ərazisində yerləşən “7 Gözəl” və “Ana Zağa” düşərgələrini gəzdik. Bu düşərgələr qoruğun arxeoloji və təbii irsinin mühüm tərkib hissəsi olmaqla, həm qədim insanların həyat tərzini anlamağa, həm də Qobustanın coğrafi xüsusiyyətlərini daha dərindən dərk etməyə imkan yaradır.

“7 Gözəl” düşərgəsi öz adını burada həkk edilmiş qadın təsvirlərindən alır. Bu ərazi qədim zamanlarda sığınacaq kimi istifadə edilib, burada insanların gündəlik məişət izlərini əks etdirən müxtəlif tapıntılar aşkar olunub. Düşərgənin geniş giriş hissəsi gün işığının içəri düşməsinə imkan verdiyinə görə yaşayış üçün əlverişli olub, bu da onun ibtidai insanların məskunlaşması baxımından strateji əhəmiyyətini artırıb. Eyni zamanda, mağaranın yerləşdiyi yüksəklik ətraf mühiti müşahidə etməyə, heyvan sürülərini izləməyə və təhlükələrdən qorunmağa imkan verən ideal mövqe yaradır.

“Ana Zağa” düşərgəsi isə öz morfoloji xüsusiyyətləri və təbii qorunma şəraiti ilə seçilir. Mağaranın daxili nisbətən qapalı, küləkdən və xarici təsirlərdən yaxşı mühafizə olunan formadadır. Bu, onun qədim dövrlərdə daha uzunmüddətli məskən kimi istifadə olunduğunu ehtimal etməyə əsas verir. “Ana Zağa” düşərgəsində aparılan tədqiqatlar burada insanların gündəlik həyatına aid müxtəlif arxeoloji materialların mövcud ola biləcəyini göstərib. Bundan əlavə, düşərgənin yerləşdiyi ərazi Qobustanın təbii landşaftı ilə harmonik uyğunluq təşkil edir və bu da onun həm yaşayış, həm də müşahidə yeri kimi seçildiyini göstərir.

Bu düşərgəyə səfər bizə Qobustanın, sadəcə, petroqliflərlə deyil, həm də qədim insanların yaşadıqları real məkanlarla zəngin olduğunu bir daha nümayiş etdirdi. “7 Gözəl” və “Ana Zağa” düşərgələri Qobustan arxeoloji kompleksinin tarixi inkişaf mərhələlərini aydınlaşdırmağa şərait yaradır.

Cari ilin 9 ayında Qobustan Milli Tarix-Bədii Qoruğunu 160 min nəfər ziyarət edib

Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Şahlar Məmmədov qoruğun elmi, mədəni və beynəlxalq əhəmiyyətinə dair fikirlərini bizimlə bölüşərək bildirib ki, arxeoloji ədəbiyyatda Qobustan əsasən Mezolit dövrü abidəsi kimi tanınır. Lakin son onilliklərdə aparılan sistemli tədqiqatlar nəticəsində məlum olub ki, Qobustanda daş dövrünə aid insan izləri düşündüyümüzdən daha qədimdir və hətta Üst Paleolitin sonlarına qədər uzanır. Bu fakt regionun yalnız yaxın tarixin deyil, yüz min illərlə ölçülən insan fəaliyyətinin şahidi olduğunu sübut edir. Şahlar Məmmədovun sözlərinə görə, ərazidə təkcə Mezolit deyil, Neolit, Tunc, Dəmir dövrləri, hətta Antik və orta əsrlərə aid insan yaşayış izləri də aşkarlanıb. Bu ardıcıl mədəni təbəqələr Qobustanı Qafqaz və Yaxın Şərq regionunda ən mühüm arxeoloji komplekslərdən birinə çevirir.

“Bununla yanaşı, qoruğun UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilməsi onun beynəlxalq səviyyədə tanınmasını təmin edib və Qobustan dünya alimlərinin maraq dairəsinə daxil olub. Belə ki, son illərdə ərazidə İtaliya və İspaniya arxeoloqlarının iştirakı ilə irimiqyaslı araşdırmalar aparılıb və bu, qoruğun beynəlxalq elmi əməkdaşlıq üçün əhəmiyyətli bir mərkəzə çevrildiyini göstərir.

Qoruğun ərazisi isə kifayət qədər genişdir, təqribən 4 min hektardan çox sahəni əhatə edir. Burada 1000-dən çox qaya üzərində 7 mindən artıq petroqlif günümüzə qədər gəlib çatıb. Bu səbəbdən qoruqda qayaüstü təsvirlərin qorunması xüsusi diqqət tələb edir”, - deyə Şahlar Məmmədov vurğulayıb.

O qeyd edib ki, qayaüstü nümunələrin deqradasiyasının qarşısını almaq üçün həm fiziki, həm də rəqəmsal mühafizə tədbirləri görülür. Ərazidə mütəmadi olaraq monitorinqlər aparılır, ekskursiya marşrutları xüsusi qoruyucularla məhdudlaşdırılır, həmçinin 3D fotoçəkilişlər vasitəsilə qayaüstü təsvirlərin rəqəmsal arxivləşdirilməsi həyata keçirilir. Bu yeni texnologiyalar gələcək nəsillərə qoruğun bütün məlumatlarını tam şəkildə ötürməyə imkan verir.

“Turizm statistikası da Qobustanın beynəlxalq nüfuzunu əks etdirən amildir. Pandemiyadan əvvəl (2019-cu il) qoruğa gələn ziyarətçilərin sayı 150 minə yaxın idi. 2017-ci ildə isə 70 min olub. Pandemiya dövründə azalma müşahidə edilsə də, son illərdə turist axını bərpa olunub. 2024-cü ilin statistikasına əsasən, qoruğu təxminən 190 min nəfər ziyarət edib ki, onların 140 min nəfəri əcnəbilər, 50 min nəfəri isə yerli ziyarətçilər olub. Cari ilin ilk 9 ayında isə bu rəqəm artıq 160 min nəfərə çatıb və ziyarətçilərin 70 faizini xarici turistlər təşkil edib. Yerli ziyarətçilərin böyük hissəsini məktəblilər təşkil edir və xüsusilə may-iyun ayları qoruğun ən çox ziyarətçi qəbul etdiyi dövrlərdir. Həmçinin nazirlik səviyyəsində qoruğa insanların diqqətinin cəlb edilməsi istiqamətində beynəlxalq əməkdaşlıqlar genişləndirilir. Bu çərçivədə yeni layihələr həyata keçirilir. Eyni zamanda, yaxın zamanda Ramana qalasının bərpası nəzərdə tutulur və gələcəkdə bu tarixi obyektin də ziyarətçilər üçün açılması planlaşdırılır.

Qobustan Milli Tarix-Bədii Qoruğuna giriş biletinin qiymətləri isə yerli vətəndaşlar üçün 4 manat, xarici qonaqlar üçün isə 10 manat təşkil edir”, - deyə elmi işçi vurğulayıb.

Qobustan xarici ziyarətçilərin təəssüratlarında

Qobustan yalnız arxeoloji baxımdan deyil, həm də turizm təcrübəsi baxımından xarici ziyarətçilərə güclü emosional təsir bağışlayır. Buraya gələn hər qonaq qədimliklə təbiətin vəhdətini, bəşər tarixinin başlanğıc mərhələlərinə yaxınlığı açıq şəkildə hiss etdiyini bildirir. Qoruğu ziyarət edən xarici turistlərin fikirləri Qobustanın beynəlxalq turizm məkanına çevrilməsinin nə qədər real və təsirli olduğunu göstərir.

Bakıya ilk dəfə səfər edən əcnəbi qonaq Yekaterina Draqanova Qobustanı ziyarətini xüsusi həyəcanla xatırlayır. O, təəssüratlarını belə ifadə edir: “Bu, mənim Bakıya ilk səfərimdir və Qobustanı görməyi çox istəyirdim. Tarixlə bu qədər iç-içə olmaqdan çox şadam. Çünki həqiqətən, başa düşürəm ki, burada olduqca qədim bir tarix və onun izləri mövcuddur. Əgər belə demək mümkündürsə, həyat burada yaranıb. Bəşəriyyətin bir çox mərhələsi burada keçib və mən bunun canlı şahidi olan qayaları yaxından görə bilirəm”.

Onun sözlərinə görə, Qobustan ərazisi yalnız qədim insanların izlərini deyil, həm də bəşər sivilizasiyasının formalaşmasının ilkin mərhələlərini insanın gözü önünə sərir. Yekaterina Draqanova əlavə edib ki, bu təcrübədən olduqca təsirlənib və Azərbaycana gəlmək istəyən hər kəsə, ilk növbədə, öz dostlarına Qobustana mütləq səfər etməyi məsləhət görəcək. O, texnologiya dövrünün imkanlarından istifadə edərək ziyarəti zamanı çəkdiyi foto və videoları sosial şəbəkələrdə paylaşacağını bildirir: “Düşünürəm ki, bunu görüb buraya gəlmək istəyən çox olacaq”.

Digər bir ziyarətçi Mark Bell isə petroqliflərə xüsusi marağı ilə seçilir. Onun Qobustanı ziyarət etməsi təsadüfi olmayıb. Mark Bell dünyada müxtəlif petroqlif abidələrini görmüş şəxsdir və bu səbəbdən Qobustanda gördüklərini professional baxışla qiymətləndirir: “Bu mənim Azərbaycana ilk səfərimdir. Burada olarkən Qobustan haqqında ilk dəfə eşitdim və diqqətimi çəkdi. Çünki mən petroqliflərin olduğu dünyanın digər yerlərində olmuşam. Buna görə də buranı görmək məni həyəcanlandırdı. Bir çox petroqliflərin olduğu ölkələr görmüşəm, amma buradakı kimi çox detallı olanını ilk dəfədir görürəm”.

O, həmçinin Qobustan muzeyinin dolğun təqdimatından və eksponatların izahlı şəkildə nümayiş etdirilməsindən məmnun qaldığını vurğulayaraq bildirib: “Muzeydən də zövq aldım, çünki olduqca ətraflı izah edirlər”.

Turistlərin fikirləri Qobustanın beynəlxalq səviyyədə necə güclü bir mədəni təsir yaratdığını nümayiş etdirir. Onların emosional, elmi və vizual baxımdan Qobustandan aldıqları təcrübə qoruğun dünya turizm xəritəsindəki mövqeyinin getdikcə gücləndiyini təsdiqləyir.

Qobustana etdiyimiz səfər bir daha sübut edib ki, bu ərazi təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin ən dəyərli tarixi və mədəni irs məkanlarından biridir. Burada gördüklərimiz, min illərin sükutunu içində saxlayan qayaüstü rəsmlər, qədim insanların yaşayış izləri, mağara tipli sığınacaqların təbii quruluşu və öyrəndiklərimiz qoruğun elmi əhəmiyyətinin nə qədər böyük olduğunu canlı şəkildə göstərib. “7 Gözəl” və “Ana Zağa” düşərgələrinin təbii forması, petroqliflərin zənginliyinin yaratdığı təsir, müasir muzeyin təqdimatları və qoruğun mühafizə tədbirləri Qobustanın həm keçmişə, həm də gələcəyə bağlılığını nümayiş etdirib.

Bu səfər bizə göstərdi ki, Qobustan, sadəcə, bir muzey və ya tarixi məkan deyil, o, insanlıq tarixinin canlı salnaməsidir. Burada hər bir qaya, hər bir təsvir, hər bir iz qədim insanın nəfəsini, düşüncəsini və həyat tərzini bu günə qədər gətirib. Qobustanla tanışlıq həm tarixə bir səyahət, həm də mədəni yaddaşımızın qorunmasının nə qədər vacib olduğunu xatırladan əsl dərsdir.

Qobustan Milli Tarix-Bədii Qoruğu - İnsanlıq tarixinin canlı salnaməsi - REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib