Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənub bölgəsində həndbola maraq artır: Yeni komandalar, böyük hədəflər FOTO VİDEO

Lənkəran, 15 dekabr, İlkin Adıyev, AZƏRTAC

AZƏRTAC-ın "Bölgələrdə idman" layihəsi çərçivəsində növbəti reportaj Lənkərandandır. Reportajı oxucularımıza təqdim edirik.

Cənub bölgəsində idmanın müxtəlif növlərinə, o cümlədən həndbola xüsusi maraq var. Son illərdə regionda idmanın inkişafı istiqamətində atılan addımlar nəticəsində uşaqlar və yeniyetmələr arasında həndbola maraq artıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bölgədə həndbol idman növünün tədrisi və məşqlərin təşkili artıq daha peşəkar, planlı və sistemli formada aparılır. Uşaqlar məşqlər zamanı həndbolun əsas texniki və taktiki elementləri ilə yaxından tanış olur, oyunun quruluşu, müdafiə və hücum prinsipləri, top idarəetməsi kimi bacarıqları mərhələli şəkildə mənimsəyirlər.

Artıq bir neçə aydır ki, regionda bu idman növünün tədrisinə xüsusi diqqət yetirilir. Məhz bu məqsədlə həndbol üzrə yığmanın sabiq baş məşqçisi, “Əməkdar bədən tərbiyəsi və idman xadimi” Vidadi Əliyev Azərbaycan Həndbol Federasiyasının cənub bölgəsi üzrə koordinatoru təyin edilib.

Onun rəhbərliyi ilə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarında 2012–2013-cü il təvəllüdlü oğlanlardan ibarət yeni komandaların formalaşdırılması istiqamətində işlər aparılır.

Vidadi müəllim bildirir ki, Cənub bölgəsində həndbolun inkişaf etdirilməsi gələcəkdə peşəkar komandaların formalaşmasına zəmin yaradacaq. Uşaqlara həm yarışlara hazırlaşmaq, həm də sağlam həyat tərzini öyrətmək üçün xüsusi proqramlar hazırlanıb. Məşqlər təkcə texniki bacarıqların artırılmasına yox, həm də uşaqların fiziki inkişafının və koordinasiyasının gücləndirilməsinə yönəlib: “Artıq iki aydan çoxdur ki, Cənub zonasındayam və burada həndbolun inkişafı istiqamətində ardıcıl işlər aparırıq. Hazırda Lənkəran Olimpiya İdman Kompleksində məşqlərə start vermişik və proses dinamik şəkildə davam edir. Lənkəranla yanaşı, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarında da həndbol üzrə təlim-məşq qrupları yaradılıb. Hər rayonda uşaqlar bu idman növünə böyük maraq göstərir və biz onlarla gündəlik olaraq həm texniki, həm taktiki hazırlıq üzərində çalışırıq. Məqsədimiz cənub bölgəsində həndbolu kütləviləşdirmək və bu regiondan peşəkar komanda və idmançıların yetişməsinə şərait yaratmaqdır. Biz məşqlərdə uşaqların fiziki bacarıqlarından əlavə, onların psixoloji dözümlülüyünü də inkişaf etdirməyə çalışırıq. Həndbol gənclərə yalnız sürət və çeviklik qazandırmır, eyni zamanda, qərar vermə bacarığını, məsuliyyət hissini və streslə mübarizə qabiliyyətini də formalaşdırır. Hədəfimiz təkcə şəhər səviyyəsində deyil, region və ölkə miqyasında həndbolun inkişafına töhfə verməkdir. Cənubda gələcəkdə ölkə çempionatlarında çıxış edəcək komandaların yetişəcəyinə inanıram. Biz, həmçinin valideynlərin bu idman növünə marağını artırmaq üçün seminarlar və açıq məşqlər təşkil edirik. Gələcəkdə həndbol infrastrukturunu genişləndirmək – zalların təchizatını yaxşılaşdırmaq və peşəkar məşqçi heyəti və ən əsası da həndbol idman növü üzrə akademiya yaratmaq da planlarımız arasındadır. İstəyirik ki, həndbol həm əyləncə, həm də ciddi idman kimi formalaşsın”.

Digər məşqçi Fəzail Əbilov isə bildirir ki, həndbol həm maraqlı, həm də əyləncəli idman növüdür. O, uşaqlara yalnız sürət, çeviklik və dözümlülük qazandırmır, eyni zamanda, liderlik və məsuliyyət bacarıqlarını da inkişaf etdirir: “Bizim əsas məqsədimiz cənub bölgəsində həndbolu inkişaf etdirməkdir və bu bölgənin yığma komandasını yaratmaqdır. Bölgədə idmanın şaxələndirilməsi, gənclərin fiziki sağlamlığının artırılması və peşəkar idmançıların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə şəhər komandalarının ölkə səviyyəli turnirlərdə iştirak etməsi, həmçinin Lənkəranın idman həyatında xüsusi yer tutması üçün var gücümüzlə çalışırıq” , - deyə məşqçi vurğulayır.

Komandanın kapitanı Davud Əsədli isə təəssüratlarını belə ifadə edir: “Əvvəllər Lənkəranda həndbol idman növünün olduğunu bilmirdim. Bir gün məktəbimizə gəlib bu idmanla bağlı məlumat verdilər və o andan etibarən marağım yarandı. Həvəslə məşqlərə qoşuldum və qısa zamanda hiss etdim ki, həndbol mənim üçün həm sevimli məşğuliyyət, həm də inkişaf imkanıdır. Bizim komandanın hər bir üzvü həndbolu çox sevir. Mən həqiqətən də bu idman növünə böyük maraq göstərirəm. Hər məşq mənim üçün həm əyləncə, həm də öyrənmək imkanıdır. Biz bir-birimizi dəstəkləyirik, komanda ruhumuz yüksəkdir və hər gün daha da inkişaf edirik”.

Beləliklə, müşahidələrimiz də göstərir ki, gənclərin idmana böyük marağı var. Cənub bölgəsi kimi digər regionlarda da idmanın müxtəlif növlərinə maraq getdikcə artır və bu sahədə sistemli inkişaf müşahidə olunur. Ölkənin hər yerində, o cümlədən Lənkəran, Astara, Cəlilabad və digər rayonlarda təlim-məşq qrupları yaradılır və məşqlər daha peşəkar və planlı şəkildə təşkil edilir. Bu təşəbbüslər gənclərin fiziki sağlamlığını gücləndirməklə yanaşı, onlara məsuliyyət, komanda ruhu və qərarvermə kimi bacarıqları aşılamağa hədəflənib. Lənkəranda həndbol komandasının yaradılması və idman infrastrukturunun genişləndirilməsi kimi gələcək planlar bölgələrdən peşəkar idmançıların yetişməsinə və ölkə çempionatlarında iştirak edəcək komandaların formalaşmasına zəmin yaradır. Nəticədə, bu cür ardıcıl addımlar sayəsində bölgələrdə idman kütləviləşir və gələcəkdə ölkə, hətta dünya səviyyəli yarışlarda iştirak edəcək idmançılar yetişdirmək perspektivi yaranır. Ümid edirik ki, gələcəkdə Lənkərandan, o cümlədən cənub bölgəsindən çıxan komandalar ölkə və dünya səviyyəli yarışlarda iştirak edərək, böyük uğurlara imza atacaqlar.

 

 

 

Cənub bölgəsində həndbola maraq artır: Yeni komandalar, böyük hədəflər  FOTO  VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səməd Vurğunun oğlu: Atamın poeziyası ideologiyalardan asılı olmayaraq dəyərini qoruyub

Azərbaycan-Yunanıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

Bu saata olan əsas xəbərlər

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO

Kəngərlidə ağır qəza olub, 5 nəfər xəsarət alıb

Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb

“Birliyin Gücü – 2026” birgə hərbi təlimində hərbi qulluqçular qarşılıqlı təcrübə mübadiləsi aparırlar

İstanbulda beynəlxalq konfransda Kimya İnstitutunun tədqiqatları təqdim olunub

Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb

Turan Məmmədəliyeva: “Arşın mal alan” layihəsinin festivala daxil edilməsi bizim üçün qürurvericidir

Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik

Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

“Mingəçevir Reqatası-2026”nın qızıl medalçısı: Uğurun əsas səbəbi özünəinam və məqsədyönlü məşqlərdir VİDEO

MI5: Çinin kəşfiyyat qurumları Britaniya universitetlərində aparılan tədqiqatlardan istifadə edib

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Mingəçevir Reqatası-2026”nın iştirakçısı: Güclü rəqiblərə baxmayaraq, qalib gəldik VİDEO

“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azər İlyasov: “Mingəçevir Reqatası-2026”da qalibiyyətə əzmlə nail oldum VİDEO

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində nümayiş olunur

Cəlilabadda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə baş tutub

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

Ekspert: “ADEX 2026” Cənubi Qafqazda təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətlidir VİDEO

“Birliyin Gücü-2026” təlimləri Azərbaycan Ordusunun yeni inkişaf mərhələsi üçün zəmin yaradacaq - RƏY

“Yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 dekabr tarixli 546 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 24 aprel tarixli 651 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Baş prokuror MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 36-cı iclasında iştirak edib

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Mingəçevir Reqatasının gümüş mükafatçısı: Hədəfim qızıl medal qazanmaqdır VİDEO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

2026-2030-cu illərdə enerji səmərəliliyinə investisiyalar ildə 3,2 trilyon dollara çatdırılmalıdır - HESABAT

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib VİDEO

"ADEX 2026": İki qardaş ölkənin birgə istehsalı olan zərbə PUA-sı

Bakıda XIV Beynəlxalq Akustika Mühəndisliyi Forumu keçiriləcək

Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı “ADEX 2026”da nümayiş etdirilir

Tarixçi-alim: Albanlar Qafqaz regionunun yerli əhalisi olub

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Mingəçevir Reqatasında medal qazanan Azərbaycan avarçəkənləri mükafatlandırılıb VİDEO

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı regionda yeni investisiya imkanları yaradır - ŞƏRH

Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

“Hürkuş” yeni nəsil təlim təyyarəsi ilk dəfə “ADEX 2026”da

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNİB VİDEO

Azərbaycan Alpaqut Federasiyasının İcraiyyə Komitəsində yeni təyinatlar olub

Baş nazir Əli Əsədov Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycanın “Erkən hisslər” filmi Avstriyada beynəlxalq festivalda nümayiş olunacaq

Elektron pul köçürmələri ilə bağlı yeni qaydanın qüvvəyə minmə tarixi dəyişdirilib - YENİLƏNİB

Rusiya dizel ixracına qadağanın müddətini uzadıb

Azərbaycan istehsalı olan BARS kamikadze dronu ilk dəfə “ADEX 2026”da nümayiş etdirilir

Aqrar Sığorta Fondu bölgələrdə fəaliyyət göstərən mütəxəssisləri əməkdaşlığa dəvət edir

® "Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı

Azərbaycan istehsalı olan KİQR 01, KİQR 02 və KİQR 03 ilk dəfə “ADEX 2026“da

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Daşkənddə Azərbaycan dili kurslarının yeni tədris ilinin açılışı olub VİDEO

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Sahibkarlar üçün yeni imkanlar

“ADEX 2026” - Azərbaycanın ilk dəfə nümayiş etdirilən hərbi texnika və silahları açıqlanıb

“Böyük Qayıdış” ekran işığında: “Sabaha doğru”

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq VİDEO

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda VİDEO

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar VİDEO

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb