“Şahdağ” Turizm Mərkəzindəki otellərdə bayram paketinin qiymətləri açıqlanıb VİDEO
Qusar, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qarşıdan gələn bayram günləri ilə əlaqədar “Şahdağ” Turizm Mərkəzinin ərazisindəki otellər 3 günlük paketlər təklif edir. Bu paketlərin qiymətləri 1435–2200 manat arasındadır. Qiymətlər otel və təqdim edilən bayram proqramından asılı olaraq dəyişir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov məlumat verib.
Rüstəm Nəcəfov bildirib ki, bayram günləri üçün turizm mərkəzindəki otellərdə bütün yerlər öncədən tam sifariş edilib.
Şahdağ Turizm Mərkəzində eyni vaxtda 1500 nəfər qonağın gecələməsi üçün imkan var. Burada təqdim olunan xidmətlərdən isə eyni zamanda 10 min turist faydalana bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:22]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [21:40]
Laçın şəhərində yeni yol nişanları quraşdırılıb və xətlər yenidən çəkilib
- 10.06.2026 [18:54]